Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə42/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   38   39   40   41   42   43   44   45   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
87 
Goranboy rayonu taxıl istehsalı üzrə ixtisaslaşmışdır. İqtisadi 
rayonda, həmçinin bostançılıq, tərəvəzçilik, meyvəçilik və 
heyvandarlıq sahələri inkişaf etmişdir. Bu sahə üzrə rast 
gəldiyimiz bir sıra termin səciyyəli sözlərə misal olaraq, cüjü 
(Tovuz) - hanada ipləri tənzimləyən ağac [150,s.83], çin
(Bərdə, Cəbrayıl) - xalça, gəbə üçün əyrilmiş ip [151,s.104], 
hajbəribax (Bərdə, Goranboy) - ipək parça növü [151, s.211] 
və s; 
Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsasını 
kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının başlıca sahələri 
üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıq və tü-
tünçülükdür. Regionda, həmçinin meyvə, kartof, bostan-
tərəvəz məhsulları becərilir. Burada barama saxlanması üçün 
geniş sahələrdə tut bağları salınmışdır. Üzümün məh-
suldarlığına görə iqtisadi rayon xüsusilə seçilir. İqtisadi 
rayonda heyvandarlıq, əsasən, ətlik-südlük, yüksək dağlıq 
sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdir. 
Ərazidə bu sahələr üzrə xeyli sayda termin səciyyəli sözlər 
vardır. Məsələn, dəmiri (Ağdam) - üzüm növü [151,s.132], 
dizmari (Ağdam, Ordubad) - qurudulmuş üzüm, kişmiş 
[151,s.147]; irəxansilə (Ağdam) – üzüm növlərindən birinin 
adı [151,s.259], mərəndə (Ağdam, Füzuli) - üzüm növü 
[150,s.352], hazari (Ağdam, Tərtər) – üzüm növü [151, s.215] 
və s.
Naxçıvan MR inkişafda olan çoxsahəli sənaye və aqrar-
sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı 
məhsullarının emalı xüsusi yer tutur. Burada elektronika, metal 
emalı, yüngül, tikinti materialları sənayesi var. Həmçinin bura 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
88 
kənd təsərrüfatı, əsasən, üzümçülük, tütünçülük və bağçılıq 
sahəsi üzrə ixtisaslaşmışdır. Məsələn, güzdəx' (Ordubad) – 
payız yunu [150,s.191]; qarasərmə (Naxçıvan) – üzüm növü 
adı [150,s.281], qarçin (Ordubad) – çarpayının yanındakı 
divara vurmaq üçün ipək və ya iplikdən toxunmuş parça 
[150,s.282], alanayi (Ordubad) - şaftalı növü adı [150,s.20], 
astamat (Ordubad) – tütün növü adı [150,s.27], əsgərani  
(Culfa) - üzüm növünün adı [151,s.177], hüseyni (Culfa) - 
üzüm növü [151,s.233] və s. 
Beləliklə, terminologiyamızda geniş yayılmış, sahə 
terminologiyasının baza anlayışlarının adlandırılması üçün 
daha çox istifadə olunan üsul dilin öz sözlərinin terminə 
çevrilməsidir. Bu üsul terminləşmə (transpozisiya) adlanır. 
E.M.Qalkina-Fedoruk yazır: “Biz o sözü termin adlandırırıq ki,
ona elm, texnika və incəsənət sahəsində tam şəkildə 
müəyyənləşmiş hər hansı bir anlayış müvafiq gəlir” 
[109,s.117]. Çünki terminləşmə prosesində dildə işlənən söz 
elmi anlayışı ifadə edən termin funksiyasını qazanır. Müxtəlif 
elm sahələrinin formalaşması dövründə dilin öz lüğət 
tərkibində olan sözlərin terminləşməsinə üstünlük verilmişdir. 
Terminləşmənin geniş yayılmasını şərtləndirən başqa bir cəhət 
elmlərin tədqiqat obyektinə cəlb edilən hadisə və predmetlərin 
insanı əhatə edən obyektin gerçəklikdə mövcudluğundan irəli 
gəlir. Bu proses hər bir halda sözyaratma qanunlarına və dilin 
qrammatikasına uyğun formada tənzimlənməlidir. 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin