Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
91
saxlayaraq əlavə məna variantları da qazanır. Yəni söz bir-
birinə yaxın, oxşar anlayışı ifadə etməyə başlayır” [70,s.67].
Terminologiyada isə terminin çoxmənalılığı qəbul olunmur və
onun mahiyyətinə ziddir.
Terminologiyada ümumişlək sözlərin məna derivasiyası
əsasında terminləşməsi prosesinin əsas səbəbi ümumişlək
sözün çoxmənalı lüğəvi semantikaya malik olması ilə bağlıdır.
Bu proses sözün mənasının çoxalması, genişlənməsi ilə baş
verir. Ümumişlək sözlərin terminləşməsi prosesi dedikdə,
sözlərin mənasının dəyişməsi nəticəsində yeni vahidlərin
meydana gəlməsi nəzərdə tutulur. “Azərbaycan dilinin ən
müsbət xüsusiyyətlərindən biri də eyni səs tərkibinə malik olan
sözün bir neçə leksik mənaya malik olmasıdır” [51,s.53]. Dilin
lüğət tərkibində artıq mövcud olan sözlərin səs tərkibini, for-
masını saxlamaq şərti ilə onlardan əlavə bir mənanın, yəni
terminoloji mənanın ifadəsi üçün istifadə edilməsi semantik
hadisədir. Bu prosesin əsas mahiyyəti sözlərə yeni məzmunun
əlavə olunmasıdır. Bu tip sözlər terminləşdikdə terminoloji
sahələr üzrə yeni məna kəsb edir və beləliklə, sözlərin əvvəlki
mənalarına daha bir məna əlavə olunmuş olur. Bu tip
terminləşən sözlərin əvvəlki mənası ilə yeni mənası arasındakı
münasibət
müxtəlifdir.
Ümumişlək
sözlər
hesabına
terminləşmə prosesi terminoloji leksikanın inkişaf istiqamətləri
arasında həmişə mühüm rol oynamışdır. S.Sadıqova bu prosesi
iki istiqamətdə qruplaşdırır: “1. Ümumişlək söz heç bir
dəyişikliyə uğramadan terminoloji leksikada termin kimi
işlənir; 2. Ümumişlək söz qrafik və morfoloji cəhətdən
dəyişiklik edilərək, ya da ümumişlək söz başqa sözə qoşularaq
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
92
yeni terminoloji anlayışı ifadə edir” [83,s.115]. Göründüyü
kimi, bu proses bir neçə istiqamətdə baş verir. Bu tip termin
yaradıcılığı prosesində ümumişlək söz məna əlaqəsini saxlaya
da bilər, saxlamaya da. Bu baxımdan, ümumişlək sözlərin
terminləşməsi prosesində mənanın inkişaf istiqamətlərini
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Ümumişlək məna ilə birgə terminləşən sözlər;
2. Ümumişlək mənasını qismən itirərək terminləşən
sözlər;
3. Ümumişlək mənasını tam itirərək terminləşən sözlər;
Qeyd etdiyimiz kimi, ümumişlək sözün çoxmənalı lüğəvi
mənaya malik olması onun terminoloji leksikada terminə
çevrilməsinə əsas səbəbdir. Ancaq bu terminin çoxmənalı ol-
ması demək deyil. Çünki bir çox halda ümumişlək sözün
terminləşməsi zamanı söz əvvəlki məna əlaqələrini itirir və
beləliklə, terminə xas xüsusiyyətləri özündə əks etdirmiş olur.
Məsələn, boşanma sözü ümumişlək söz kimi “boşanmaq-
ərindən ayrılmaq” mənalarını verir [152,s.337]. Hüquq termini
kimi “nikahın ləğv edilməsi nəticəsində kəbin birliyinin
dayandırılması” prosesini təyin edir [181,s.77]. Ümumişlək söz
kimi feil, termin kimi isə isim funksiyasındadır. Ümumişlək
olan və daha sonradan terminləşmiş söz fərqli nitq hissələridir.
Çoxmənalı sözlər isə bir qayda olaraq eyni nitq hissəsinə aid
olurlar. Bundan əlavə, çoxmənalı sözün yaranmasında
məcazlaşma mühüm rol oynayır ki, qeyd olunmuş nümunədə
məcazlaşma hadisəsinə rast gəlinmir.
Göründüyü kimi, qeyd olunan nümunədə sözün əvvəlki
mənası ilə birgə terminləşmə prosesi çoxmənalılığa oxşasa da,
|