Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
97
Terminə yanaşma dilçilikdə iki cürdür. Belə ki, normativ
yanaşmaya əsasən termin təkmənalı, kontekstdən asılı olaraq
hər hansı emosionallıq, sinonimlik və çoxmənalılığa malik
olmamalıdır. Deskriptiv yanaşmaya əsasən termin sözdür, lakin
xüsusi məna kəsb edən sözdür. Fikrimizcə, terminlər elmi
səciyyə daşıyan sözlərdir və hər iki bəndin xüsusiyyətlərini
özlərində əks etdirirlər. Çünki elm ümumbəşəridir. Bu isə
terminin sərhədlərini daha da genişləndirir. Belə ki, dilin öz
sözləri dilin öz sərhədləri daxilində anlaşılan və istifadə
olunandırlarsa, terminlər daha geniş miqyaslı hesab olunurlar.
Terminlər dildə digər sözlərlə müqayisədə daha dinamik və
dəyişkəndirlər. Bu da onların aid olduqları elm sahələrinin
inkişafı və sürətli qloballaşması ilə bağlıdır. Bu baxımdan
T.L.Kandelaki terminologiyanın inkişafında iki məsələni əsas
götürür:
1. Fonetik kompleksin anlayışı, məfhumu lazımınca ifadə
edə bilmə qabiliyyəti;
2. Anlayışın və ya mənanın köhnəldiyi an yeni fonetik
kompleksin yaranması prosesi [114,s.48];
Ümumişlək sözlər hesabına termin yaratma prosesində
eyni fonetik tərkibə malik sözlər bir çox hallarda müxtəlif
mənalar ifadə edərək omonimləşirlər. Amma bu omonimləşmə
leksikologiyada olduğu mahiyyəti kəsb etmir. Belə ki, leksik
omonimlərin hər ikisi ad bildirirlər, amma ümumişlək sözlərin
terminləşməsi prosesində terminləşmiş ümumişlək söz əlavə
olaraq definitiv funksiyası qazanır. O artıq hər hansı anlayışı və
ya məfhumu həm adlandırır, həm də anlayışa təhkim olunur.
Son dövrlər bu hadisəni adlandırmaq üçün dilçilikdə
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
98
konversiya terminindən istifadə olunur. Konversiya- sözün sin-
fini dəyişməklə yeni sözlər düzəltmək prosesidir [146,s.140].
Türkologiyada bu haqda ilk dəfə A.Qulyamov bəhs etmişdir.
O, bir nitq hissəsindən başqasına keçidi söz yaradıcılığının bir
üsulu hesab edərək onu leksik üsul adlandırmışdır. Bu üsul
vasitəsilə formalaşan birləşmə termini ümumişlək söz kimi
“birləşdirmək”, “yapışdırmaq”, “bir-birinə calamaq”, “bir neçə,
yaxud bir çox şeyi bir araya toplamaq”, “aralarında vəhdət,
birlim
yaratmaq”,
“uyğunlaşdırmaq,
uzlaşdırmaq,
əlaqələndirmək, bağlamaq” deməkdir [152, s.319]. Hüquq
termini kimi birləşmə sözü “onun nəticəsində bir hüquqi
vahidin yox olması və onun bütün fəaliyyət növləri və istehsal
vasitələrinin digər hüquqi vahidə birləşməsi ilə müşahidə
olunan demoqrafik hadisə”ni təyin edir [181,s.72]. Birinci
halda birləşmə sözü hərəkət, müəyyən akt bildirirdisə, ikinci
halda hadisənin adını bildirir. Bu tip keçid proseslərində sözün
vəzifə dəyişməsindən daha çox sözlərin semantikasında olan
dəyişiklik nəzərə çarpır. Sözün termin kimi xüsusi sahədə ifadə
etdiyi məna əvvəlki mənasına nisbətdə daha az işləkdir. Yaxud,
dönmə sözü ümumişlək söz kimi “cinsini, nəslini dəyişmiş,
dönmüş”, “dinini, məzhəbini, əqidəsini dəyişmiş” mənalarında
işlənir [152, s.681]. İdman termini kimi isə dönmə sözü
“güləşçi ayaq üstə olmaqla arxası və yaxud yanı rəqibə dönmə
prosesi” deməkdir [171,s.84]. Sağalma sözü xəstəlikdən
qurtarıb ayağa durmaq, yaxşılaşmaq, şəfa tapmaq, sağlamlığını
qaytarmaq mənasını ifadə edir [155,s.14]. Sağalma sözü termin
kimi xəstəlikdən sonra orqanizmin həyat fəaliyyətinin bərpa
olunması mənasında xüsusiləşmişdir [177,s.44]. Bu halda
|