Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
107
sistem” anlayışını ifadə edərək xüsusiləşmişdir. Bu halda sözün
terminoloji mənası onun ümumişlək mənası əsasında
yaranmışdır.
Terminlərin
yaranması
sözlərin
semantikasındakı
xüsusiyyətlərlə bağlıdır. Bu zaman məna xüsusiləşərkən
obrazlılıq və emosionallıq olmamalı və sözün məna sərhədi də-
qiqləşməlidir. Məsələn: ümumişlək söz kimi müraciət “birinə
üz tutub söylənilən söz, çağırış”, terminoloji sahədə isə
“yaddaş qurğusu və orada yerləşən verilənlərin oxunması və ya
yazılması üçün istifadə olunan fayl ilə əlaqənin yaradılması
prosedurası”
mənasında
xüsusiləşərək
terminləşmişdir
[162,s.368].
Semantik qruplar arasında əlaqələr iki şəkildə özünü
göstərir. Birinci, eyni sözün müxtəlif mənaları ilə ayrı-ayrı
qruplara daxil olması şəklində, ikincisi, bir semantik qrup
üzvlərinin sözdüzəltmə yolu ilə yeni bir leksik-semantik qrup
yarada biləcək törəmələr verməsi şəklində; Termin mənsub
olduğu sistemdə neçə sözlə semantik əlaqəyə girir-girsin, onun
həmin sistemdəki yeri yalnız özünə mənsub olan sintetik
səciyyəli fərdi semantikası ilə müəyyən olunur. Beləliklə,
termin hansı mənada işləndiyini dəqiqləşdirmək üçün ilk
növbədə, onların semantik inkişafını öyrənmək lazımdır. Ter-
minlərin semantik münasibətlərinin vahid şəbəkə əmələ
gətirmək imkanını nəzərdən keçirsək görərik ki, terminlərin se-
mantik münasibətləri onlara daxilən xas olan, yaxud olmayan
semantik xüsusiyyətlərlə əlaqəsinə görə təsnif edilə bilər.
Semantik münasibətlərdə terminə xas olan məna gərək başqa
terminlərdə də təkrar olunsun, yaxud onlarda semantik yaxınlıq
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
108
müşahidə olunsun. Bu semantik yaxınlıq əsasında terminoloji
leksikada müxtəlif elmi sahələr formalaşır. Məsələn, balta sözü
“odun doğramaq, ağac kəsmək və s. üçün işlədilən saplı, enli
və itiağızlı dəmir alət” deməkdir, neft termini kimi isə “neft və
qaz quyularının qazılmasında tətbiq olunan qazma alətlərinin
əsas elementi” hesab olunur [197,s.187].
Ümumişlək sözlərin ilkin mənası ilə birgə terminləşməsi
prosesində sadə sözlər üstünlük təşkil etsə də, düzəltmə sözlər
də xeyli saydadır. Dilimizin elmi-texniki, iqtisadi-siyasi
terminologiyanın müxtəlif sahələri üzrə əmələ gələn
terminlərin bir çox hissəsi bu üsulla yaranır. Morfoloji yolla
termin yaradıcılığı dilimizin sözyaratma prosesinin üzvi tərkib
hissələrindən hesab edilir. Bu qrup isimlər adlardan düzələn
isimlər və feillərdən düzələn isimlər olmaqla iki qrupa bölünür.
Məsələn: mövsüm+lük ismə -lük şəkilçisi əlavə etməklə
düzələn bu isim ədəbi dildə “bir mövsüm üçün olan, mövsümlə
əlaqədar olan” deməkdir, termin kimi isə dinamikada
müntəzəm olaraq amillərin təkrarlanan dəyişmələrini əks
etdirən anlayışdır [154,s.393], [181,s.461]. Bəzi isimlər isə
sifətlərə artırılan –lıq şəkilçisinin köməyi ilə yaranır. Məsələn,
sağlam+lıq-“orqanizmin sağlam vəziyyəti”, “bədən üzvlərinin
hamısının düzgün işlədiyi, normal fəaliyyət göstərdiyi hal”
anlamında işlənən bu söz termin kimi əhali və fərd üzrə
fərqləndirməklə sosial səviyyədir [155,s.16]. Əhali sağlamlığı
cəmiyyətin inkişafının, həyat səviyyəsinin vacib göstəricisi və
şərtidir [181,s.563]. Yaxud da, həssas+lıq; Sifətdən düzələn bu
isim “həssas adamın xüsusiyyəti, keyfiyyəti”, “həssas şeyin
keyfiyyəti” mənalarını bildirir, epidemioloji termin kimi isə,
|