Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə53/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   49   50   51   52   53   54   55   56   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
109 
“orqanizmin xəstəliyə tutula bilmə qabiliyyəti, xəstəliyə qarşı 
vəziyyətini” ifadə edir [153,s.376],[177,s.42]. Və ya asılı+lıq- 
“birinin iradəsinə, hökmünə tabelik, birinin yardım və kö-
məyinə möhtac olma; sərbəstliyin, müstəqilliyin olmaması” 
deməkdir [152,s.145]. Hüquq termini kimi isə “hər hansı bir 
digər şəxsin nəzarəti altında olmaq” mənasını verir [211,s.8]. 
M.Qasımov –lıq şəkilçisindən danışarkən onun termin 
yaradıcılığında dörd başlıca funksiyaya malik olduğunu 
göstərir. Bunlara sənət-peşə, mücərrəd anlayış, əlamət və xüs-
usiyyət, əlamət və kəmiyyət məzmunlu terminoloji vahidlər aid 
edilir [53,s.127-28]. Yuxarıdakı nümunələrdə -lıq şəkilçisi 
mücərrəd anlayış bildirən terminlər yaratmışdır. 
Feildən düzələn isimləri şəkilçilərlə birgə aşağıdakı kimi 
qruplaşdırmaq olar. “Termin yaradıcılığında iştirak edən bu 
şəkilçilərin hamısının funksiyası müxtəlifdir. Bəzi şəkilçilər 
kəmiyyət etibarilə çoxlu miqdarda yeni termin əmələ gətirə 
bildiyi halda, bəziləri yalnız məhdud dairədə işlənən sözlərə 
artırılaraq az miqdarda yeni terminlər formalaşdırır” [58,s.70]. 
-ıq
3
–ik
4
; Bu şəkilçi əşya, obyekt, proses adı bildirən 
terminlər düzəldir. Məsələn, bacarıq sözü “bilik, təcrübə, 
vərdiş nəticəsində əldə edilmiş işgörmə qabiliyyəti” deməkdir, 
pedaqoji termin kimi “hər hansı əməli və ya zehni əməliyyatın 
adamın əldə etdiyi biliklər və həyat təcrübəsi əsasında tez, 
dəqiq və şüurlu yerinə yetirə bilməsi” deməkdir [152,s.195], 
[156,s.55]. Bilik sözü ümumişlək söz kimi “oxumaq və ya 
təcrübə nəticəsində əldə edilən məlumat”, “elm” deməkdir 
[152,s.305]. Pedaqoji termin kimi fəlsəfi mənada “bilik, xarici 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
110 
aləmin dərk olunmasının təcrübədə yoxlanmış nəticəsi” 
anlamını ifadə edir [156,s.67]. 
-ım
4
; Bu şəkilçi obyekt, vasitə, proses adı bildirən 
terminlər düzəldir, məsələn: seçim, yığım, doğum, ölüm; 
Düzüm sözü “mozaika tipli verilişlərdə, xüsusən informasiya 
proqramlarında materialların (vizual, şifahi) aktuallığına, 
ictimai 
əhəmiyyətinə, məna bağlılığına görə ardıcıl 
düzülməsi”dir [195,s.58]. Yaxud, yayım sözü müxtəlif 
məzmunda yayım verilişlərinin təşkili, hazırlanması və elektrik 
rabitəsi vasitələrinin köməyi ilə geniş dinləyici və tamaşaçı 
auditoriyasına çatdırılması deməkdir [192,s.317]. Doğum 
sözü“nəsli təşkil edən insanlar məcmusunda, yaxud nəsillər 
məcmusunda uşaq doğumu prosesi”dir [181,s.127]. Ölüm sözü 
“insan və ya heyvanın həyatının sona çatması”, “ömrün 
nəhayəti, vəfat, ölmə” deməkdir və eyni vaxtda bir neçə sahə 
üzrə xüsusiləşərək terminləşmişdir [154,s.550]. Belə ki, termin 
kimi “nəslin ölüb-getmə prosesi, əhalinin təkrar istehsalının iki 
əsas proseslərindən biri”, biznes registrdə “bilavasitə statistik 
vahidlərə aid olan demoqrafik hadisə”, demoqrafik statistikada 
isə “insan orqanizminin həyat fəaliyyətinin bərpa olunması 
mümkün olmayan dayanması”dır [181,s.520]. 
-ma
2
; Bu şəkilçi məhsuldar bir şəkilçi kimi məsdərin son 
samitini itirməsi ilə əmələ gəlib, feli isim tipli terminlər 
yaradır. –ma
2
şəkilçisi ilə düzələn ümumişlək sözlər daha çox 
terminləşir. Məsələn: boşanma, bölmə, bölünmə, gecikmə, 
udma, udulma, qarışma, seçmə, ayırma; Bölmə sözü 
ümumişlək söz kimi bir neçə mənada işləkdir: “riyaziyyatda bir 
sayda neçə sayın olduğunu”, “bölmə əməli, bölmə cədvəli”, 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin