Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
81
rast gəlinən sözləri leksik-semantik baxımından aşağıdakı kimi
qruplaşdırmaq olar:
1.Yaylıq adları: Çuqqu Qəbələdə “qadın yaylığı”
[151,s.112]; dümarə Oğuzda “ipəkqarışıq parçadan hazırlanmış
böyük yaylıq” [151,s.157]; dümbüz “Oğuzda ipək parçadan
qadın yaylığı” [151,s.158]; heyrət “Mingəçevirdə kələğayı”
[151,s.217]; kolxana Borçalı, Gədəbəy, Şəmkir, Tovuzda
“kəlağayı” [151,s.284]; alınnığ [Salyan] “alına bağlanan
yaylıq, kiçik kəlağayı” və s. [151,s.13].
2. İpək parça adları: Ay-ıldız Bərdə, Füzulidə qiymətli
“parça adı” [151,s.22]; darayı Mingəçevirdə “kobud, lakin sıx
toxunmuş ipək parça” [151,s.124]; dəhrəburnu Bərdədə “parça
növü” [151,s.130]; gecə-gündüz Şuşada “ipək parça növü”
[151,s.191]; gəngədur Bakıda “ipək parça növü” [151,s.194];
hacıbəribax // hacımənəbax // hajbəribax Bakı, İsmayıllıda,
Bərdə, Goranboyda “parça növü” [151,s.211]; hor-horu
Salyanda “parça adı” [151,s.228]; iynəbatmaz Bakıda “parça
adı” [151,s.264]; küçəmanadargəlir Şuşada “güllü ipək parça
növü” və s. [151,s.291].
3. Barama növləri və istehsalı ilə bağlı sözlər: Basna
Şəkidə keyfiyyətsiz aşağı növ “barama və ya ipək növünün
adı” [151,s.36]; qarayuxu Kürdəmirdə “barama qurdunun be-
şinci yuxusu” [151,s.310]; qaratulux Füzuli, Zəngilanda
“barama qurdunda xəstəlik adı” [151,s.310]; bəç Füzulidə
“xırda vaxtı ipək qurduna verilən ilk yarpaq” və s. [151,s.41].
Ənənəvi parça istehsalının ən qiymətli xammal növü ipək
olmuşdur. İpək parça istehsalı uzun texnoloji proses olmaqla
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
82
barama açılmasından başlayır, sonra əyirilir, qaynadılıb təmiz-
lənir, rənglənir və nəhayət, ipək sap alınması ilə başa çatır.
4. İpəkçilikdə istifadə olunan alət adları: dümdümə
Şamaxıda kəlağayı toxunan dəzgahın hissəsi [151,s.158]; əlgi
Basarkeçiddə əl iyi, ip və ya sap əyirmək üçün alət [151,s.169];
heşi Ağdaşda ip eşən alət [151,s.217]; Nümunələrdən
göründüyü kimi, ipəkçilik peşəsi ilə bağlı sözlərə daha çox
Şirvan, Şəki, Şamaxı, Bakı, Bərdə və Qarabağ dialektlərində
rast gəlinir.
Azərbaycanda arıçılıq, xüsusilə Sovet hakimiyyəti
dövründə inkişaf etməyə başlamışdır. Əvvəl mövcud olan xırda
dağınıq arıçılıq təsərrüfatları kolxoz və sovxozlarda, sonralar
isə ixtisaslaşdırılmış iri arıçılıq təsərrüfatlarına çevrilmişdir.
Azərbaycanın Astara, Şamaxı, Quba, Qusar, Qarabağ,
Şəki, Zaqatala, Daşkəsən, Lerik, Lənkəran, Kəlbəcər, Laçın
və s. rayonlarında arıçılıq yaxşı inkişaf etmişdir. Buna baxma-
yaraq, Azərbaycan dilində arıçılığa aid termin olduqca azdır,
arıçılar, əsasən, rus dilində yazılmış kitab və jurnallardan
istifadə edirlər və bu dili lazımi səviyyədə bilmədikləri üçün
orada işlədilən terminlərin mənasını da düzgün anlaya
bilmirlər. Bu kimi anlaşılmazlıqların yaranmaması üçün həmin
sözlərin milli dildə qarşılıqları verilməli və işlənməlidir. Bunun
üçün həm ədəbi dildə, həm də dialekt və şivələrdə zəngin
materiallar vardır. Arıçılıqla bağlı dialektlərdə işlənən sözlərə
misal olaraq verilmiş nümunələrə nəzər salaq: arıcıl [Göyçay]
“arı saxlamağa həvəskar” [151,s.17]; arılıx [Şahbuz] “arıxana,
arı səbətləri qoyulan yer” [151,s.17]; girginə “Qarakilsədə arı
beçəsi tutmaq üçün balaca səbət” [151,s.200]; höər
|