Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə36/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   32   33   34   35   36   37   38   39   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
75 
Xalçaçılıq sahəsi xalqın qədim tarixi ilə bağlı olduğu üçün 
bu sahədə xeyli sayda dialekt sözlərinə rast gəlinir. Bu tip 
sözləri semantik baxımdan aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Xalçaçılıq sahəsi ilə bağlı alət və vasitələrin adları. 
Pazlı dialekt sözü “xalçaçılıqda taxta dəzgahlarda istifadə 
edilən bir tərəfi yoğun, bir tərəfi nazik solan möhkəm ağac 
parçası” [157,s.165]; qırxlıq //qırxın dialekt sözü Zəngəzurda 
“qoyun qırxan alət”, xalçaçılıqda “qoyun yunu qırxmaq üçün 
qayçı” [151,s.142],[157,s.64]; kirki // kirkit dialekt sözü 
Şəmkir, Qazax və Gəncədə “kilim, gəbə toxumaq üçün alət” 
deməkdir. Xalçaçılıqda isə bu söz “xalça istehsalında üz 
əlqacları “yatırtmaq” üçün istifadə olunan alət” mənasında 
işlənir. Lavaşa sözü xalçaçılıq sahəsində “yun ipləri 
rəngləyərkən istifadə edilən turş alçadan hazırlanmış yastı 
biçimli turşu maddəsi”, dialekt sözü kimi isə Ordubadda “ipək 
çəkərkən baramanı tiyanda islatmaq üçün 25 sm uzunluğunda 
olan əyri ağac deməkdir [157,s.135],[149,s.287],[150,s.324]. 
2. Xalçaçılıq sahəsində istifadə olunan ip növlərinin 
adları. Arğac dialekt sözü Şəki, Ağdamda “xalının, gəbənin və 
ümumiyyətlə toxunan palaz parçaların eninə gedən ip” 
deməkdir [149,s.39]; Sözün arqac forması xalçaçılıq sahəsində 
“parça və xalça sənətində üfüqi istiqamətdə keçirilən ip, sap” 
mənasında termindir [157,s.14]. Saçaq sözü “xovlu və kilimin 
palaz kimi xovsuz xalçaların aşağıda və həm də yuxarısında 
sallanan iplər”, Qafanda isə “ipdən əyrilmiş sap” deməkdir 
[157,s.179],[149,s.356]; Yaxud, əlçim sözü xalçaçılıqda 
“daranmış yunu asan əyirmək məqsədilə hazırlanan əl içi 
boyda yun parça”dır. Söz bəzən əlçin formasında da işlənir 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
76 
[157,s.88]. Bu kəlməyə Salyan, Göyçay ərazilərində “təmiz 
daranmış əl boyda yun” mənasında rast gəlinir [151,s.169]. 
3. Xalça növlərini bildirən adlar. Xalça növləri adları ilə 
bağlı xeyli sayda dialektlərdə sözlər vardır ki, onlar bu sahə ilə 
bağlı terminoloji lüğətlərdə əks olunublar. Məsələn: xalı 
“böyük ölçüdə toxunmuş xalı-xalça” [157,s.208]; görədil 
“Abşeron məktəbinə daxil olan xalça kompozisiyası” 
[157,s.132]; 
mərəzə 
“Şirvan 
məktəbinə 
daxil 
olan 
kompozisiyasının adı” [157,s.145]; nəlbəkigül “Qarabağ xalça 
məktəbinin Şuşa qrupuna daxil olan xalça adı” deməkdir 
[157,s.157]. 
4. Palaz növlərini bildirən adlar. Gördin “yerə salınan 
kilim, palaz” [157,s.131]; pənbə “pambıq ipləri ilə toxunmuş 
palaz” [157,s.167]; buzalu “Bakıda palaz növü” [150,s.68], 
[157,s.66]; geyvət “Şəmkirdə içərisində ot və ya saman 
qoyularaq çul əvəzinə işlənilən naxışlı palaz deməkdir 
[157,s.191],[150,s.176]. Fərş sözü xalçaçılıqda “yerə salınan 
hər bir şey, xalça, palaz”dır [157,s.205]. Bu kəlmə Naxçıvan, 
Zərdab, Şahbuzda da eyni anlamda işləkdir [149,s.403]. 
Göründüyü kimi sözlər dialektdə işlənən mənalarını 
saxlamaqla xalçaçılıq sahəsində xüsusiləşərək terminləşmişdir. 
5. Naxış adları. Azərbaycan xalçaçılıq sənəti dünyada 
naxışları ilə məşhurdur. Dialekt və şivələrdə xalçaçılıqda 
istifadə olunan naxış adları bildirən sözlərə də rast gəlinir, 
məsələn: göl dekorativ və tətbiqi sənət nümunələrində, o 
cümlədən, xalçaçılıq sahələrində geniş yayılan naxış 
elementlərindən biri [157,s.131]; xətt dekorativ sənətlərini bü-
tün janrlarda istifadə edilən “düz çəkilmiş xətt” deməkdir 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin