Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə34/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   30   31   32   33   34   35   36   37   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
71 
elmi sahəsində yeni kəşflərin edilməsi, yeni xəstəliklər və 
dərman adlarının elmə gətirilməsi nəticədə bu sahənin də 
inkişafına səbəb olmuşdur. İnkişafın nəticəsi olaraq yeni an-
layış və terminlər yaranmışdır. Araşdırmalar göstərir ki
dialektlər hesabına yaranan heyvandarlıq terminləri xeyli 
saydadır, məsələn: maça “qoyunun dal ayağının bükündən 
aşağı hissə” mənasında termindir [172,s.57]. Salyanda bu söz 
iki mənada “qatır və qoyunun qol əti”; Zəngilanda isə 
“qoyunun [və ya keçinin boğazından sallanan] bir cüt vəzi” 
kimi işləkdir [150,s.341]. Yaxud, ağıl sözü “qoyun, quzu 
saxlamaq üçün qamışdan, çubuqdan dairəvi hörülən yer” 
deməkdir və bu mənada heyvandarlıq terminidir [172,s.9]. Bal-
akən, Biləsuvar, Cəbrayıl, Şirvan, Şəki, Zəngilan zonalarında 
“yayda mal-qara saxlamaq üçün ətrafı hasarlanmış, üstü açıq 
yer”, Şirvanda “qışlaqda qoyunlar üçün qamışdan tikilmiş yer”, 
Şəkidə “tövlə” [150,s.14] mənalarında işlək olan bu sözə 
“Azərbaycan dilinin izahlı lüğəti”ndə də oxşar mənada- 
“içərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya 
ağac ilə hasarlanmış üstüaçıq yer” qeyd olunur [152,s.59]. Sözə 
KDQ-da da rast gəlmək mümkündür, burada söz “qoyun, qoç 
saxlamaq üçün yer” anlamında işlənmişdir: Arqasına urub, 
bərk ağılın ardın sökən. Ağılın qapısını bərkitdi [183,s.10]. 
Beləliklə, sözün tarixi inkişafına nəzər saldıqda aydın olur ki, 
qədim türk sözü olan ağıl ilkin mənasını qoruyaraq müasir 
dövrdə də eyni anlamda işlənməklə yanaşı, heyvandarlıq sahəsi 
üzrə termin kimi formalaşmışdır. 
Kənd təsərrüfatı terminologiyasında söz yaradıcılığı ədəbi 
dilin söz yaradıcılığı sisteminə əsaslanır. Ə.Həsənova yazır: 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
72 
“Termin yaradıcılığı ümumi ədəbi dilə məxsus söz yaradıcılığı 
sistemini formalaşdırır, daha doğrusu, həmin model və 
vasitələri terminoloji leksikanın əsas tələblərinə və 
funksiyalarına tabe edir” [33,s.39]. Kənd təsərrüfatı 
terminologiyasını əks etdirən lüğətlərə nəzər saldıqda aydın 
olur ki, lüğətlərdə bu sahədə tətbiq olunan alət və vasitələrin 
adını bildirən xeyli sayda terminlər vardır. Çünki kənd
terminologiyasının 
inkişafı 
həm 
Azərbaycanda 
kənd 
təsərrüfatının tarixi, həm də bu sahədə işlək olan texnikanın 
tətbiqi ilə sıx bağlıdır. Məsələn, kərənti sözü dialektdə 
“dəryaz” mənasında işlənir. Bu sözə Culfa, Çəmbərək, 
Gədəbəy, Gəncə, Goranboy, Qazax, Naxçıvan, Ordubad, 
Şəmkir, Şərur, Tovuz bölgələrinin leksikasında eyni anlamda 
rast gəlmək mümkündür [151,s.277]. Sözün kələntə variantı isə 
Cəbrayıl, Culfa, Ordubad, Ucar bölgələrində işləkdir. Sözün 
kərənti forması “dəryaz” mənasında heyvandarlıq sahəsində 
termindir [151,s.273], [172,s.9]. 
Azərbaycan kənd təsərrüfatı terminlərinin digər sahələrin 
terminlərindən fərqləndirən cəhətlərindən biri bu terminlərin 
xəlqiliyidir. “Vaxtilə xalq dilində ayrı-ayrı dialekt və şi-
vələrində işlənən yüzlərcə söz zaman keçdikcə xüsusiləşərək, 
kənd təsərrüfatının spesifik terminləri kimi formalaşmışdır” 
[33,s.5]. Məsələn, baytal sözü heyvandarlıq termini kimi 
“ilxıçı, mal həkimi, baytar” deməkdir. Qubada bu söz “iki yaşlı 
madyan” mənasında işlənir [172,s.14],[150,s.44]. “Türk 
dillərinin etimoloji lüğəti”ndə sözə “madyan, iki yaşlı madyan” 
mənasında rast gəlinir. “Türk ləhcələrinin sözlüyü” lüğətində 
sözün baytasın forması da eyni mənada qeyd olunmuşdur. Sözə 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin