Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
68
istifadə olunan vasitə” anlamını verir [151,s.468],[187,s.176].
DLT-da bu söz “dəri, hər şeyin dərisi” anlamında qeyd olunub.
Buradan alınaraq “yer sağrısı”
ifadəsi deyilir ki, bu da “yer
üzü, yer qabığı” deməkdir. “Kışı sağrısı yüz= insanın dərisi
üzüdür.” Çünki üz istiyə-soyuğa düşdüyü üçün daha sərt olur
[64,430, I, 417-26]. Qeyd olunan sözlərdə funksiya baxımdan
məna əlaqələrinin olması anlayış əlaqələrinə səbəb olmuşdur.
Bu baxımdan
sağrı sözünün termin mənası çoxmənalılıq
əsasında formalaşmışdır.
Söz funksiya baxımından oxşarlıq əsasında semantic məna
genişlənməsi prosesi nəticəsində terminləşmişdir.
Beləliklə,
aydın olur ki, sözün əvvəlki mənasına yeni mənanın əlavə
olunması onu məhdud dairədən kənara çıxarır və termin kimi
formalaşmasına zəmin yaradır. Əşya və hadisəni adlandırmaq
üçün müxtəlif
üsullardan istifadə edilir ki, bunlardan biri də
sözün yeni məna qazanaraq dildə yeni vahidə çevrilməsidir.
A.Cəfərova yazır: “Dilin leksik fondunda olan sözlərin
semantikasında məna dəyişikliyinə
əsaslanan bu üsul termin
yaradıcılığında da geniş yayılmışdır. Terminlərin semantik
aspektdə öyrənilməsi,
o cümlədən terminlərdə məna
dəyişmələri, terminoloji mənaların tiplərinin müəyyənləşməsi
sahəsində onların semantik metodla tədqiqi sahəsində son illər
dilçilik elmində zəngin təcrübə toplanılmışdır” [18,s.45].
Azərbaycan dilində xalq təbabəti terminləri əksər hallarda dilin
öz daxili imkanları hesabına yaranmışdır və bu proses indinin
özündə də davam edir, məsələn:
zahı sözü Gədəbəy, Tovuzda
“təzə doğmuş (qırxı çıxanadək) qadın, heyvan” deməkdir. Eyni
anlamda
bu
söz
kliniki
termin
kimi
işlənir