H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari



Yüklə 127,86 Kb.
səhifə1/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
  1   2   3   4   5   6   7   8   9   ...   21
Axtarış və kəşfiyyat üsulları



H.M.HÜSEYNOV, A.Q.ABBASOV

NEFT-QAZ YATAQLARININ AXTARIŞI VƏ KƏŞFİYYATI

NEFT VƏ QAZ YIĞIMLARININ AXTARIŞ VƏ KƏŞFİYYAT ÜSULLARI

Neft və qaz yığımlarının axtarışında bir sıra üsullardan istifadə edilir. Bu üsulların çoxu axtarışın bütün mərhələlərində tətbiq olunur. Ümumiyyətlə, neft və qaz yığımlarının axtarışında tətbiq olunan üsullar bunlardır: geoloji axtarış, geofiziki axtarış, geokimyəvi axtarış, hidrogeoloji, hidrokimyəvi və geotermik axtarış. Həmin üsullar konkret şəraitdən asılı olaraq ya müstəqil, ya da kompleks tətbiq oluna bilər.

4.1. GEOLOJİ ÜSULLAR

Neft və qaz yığımlarının axtarışında tətbiq olunan geoloji üsulların əsası hələ neftçıxarma sənayesinin inkişafının ilk dövrlərində qoyulmuşdur. Geoloji axtarış üsulları axtarış və kəşfiyyat işlərinin, demək olar ki, bütün etap və mərhələlərində tətbiq edilir. Bu üsulların tətbiqi nəticəsində böyük və elementar strukturların stratiqrafiyası, litofasiyası, paleotektonikası, paleocoğrafiyası və digər məsələlər həll oluna bilər. Geoloji üsulların nəzəri əsasları XIX əsrin əvvəllərində D.V.Qolubyatnikov tərəfindən qoyulmuşdur. O, Abşeron yarmadasında həmin dövrdə qazılmış quyuların kəsilişini öyrənməklə neft və qaz yataqlarının axtarışında məlum stratiqrafik vahidlərin əmələ gəltirdikləri antiklinal qırışıqların aşkar edilməsinin rolu haqqında mühüm fikir söyləmişdir. 1908-1916-ci illərdə Maykop rayonunda tədqiqat işləri aparan İ.M.Qubkin orada yeni stratiqrafik və litoloji tip yataqlar aşkar etmişdir.

D.V.Qolubyatnikov və İ.M.Qubkinə qədər müxtəlif sahələrin neft və qaz yataqlarına ayrı-ayrılıqda, bir-birilə heç bir əlaqəsi olmayan hadisə kimi baxılırdı. 1917-ci ildə İ.M.Qubkin neftli sahələrin yer qabığında paylanmasının təsadüfi deyil, müəyyən regional neftli-qazlı zonalar içərisində yerləşməsi fikrini irəli sürmüşdü. Əvvəllər geoloji üsullar ayrı-ayrı sahələrin geoloji quruluşunun əsas cəhətlərini öyrənmək məqsədilə tətbiq olunurdu. Belə axtarış işlərinə kiçik miqyaslı geoloji planlaşdırmanı misal göstərmək olar. Geoloji xəritəalmadan məqsəd miqyasdan asılı olmayaraq yer qabığının geoloji quruluşunun öyrənilməsi və qrafiki şəkildə təsvir edilməsidir. Geoloji planalma nəticəsində ayrı-ayrı sahələrin stratiqrafiyası, tektonikası, faydalı qazıntıları və s. öyrənilir.

Geoloji xəritəalma özü üç növə ayrılır (cədvəl 4.1):

1. Marşurutlu geoloji xəritəalma.

2. Regional geoloji xəritəalma.

3. Mükəmməl geoloji xəritəalma.

1:1000000 və 1: 500000 miqyaslarında kompleks geoloji xəritəalma marşrutlu axtarış mərhələlərində tətbiq olunur. Bu cür geoloji planalma qarşısında ərazinin geoloji quruluşunun əsas cəhətlərinin səthi öyrənilməsi və bunun əsasında perspektiv sahələri müəyyənləşdirilməsi məsələləri qoyulur.




Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin