H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari



Yüklə 127,86 Kb.
səhifə8/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Axtarış və kəşfiyyat üsulları

Elektrometrik üsullar.

Elektrometrik tədqiqat üsulları sabit və dəyişən jərayan mənbələri ilə yer qabığında yaranan təbii və süni elektromaqnit sahələrinin ölçülməsinə əsaslanır. Bu üsullardan həm regional, həm də axtarış etaplarında istifadə edilir. Regional tədqiqatlarda elektrometrik üsullardan istifadə edərək tədqiq olunan rayonun ümumi geoloji quruluşu və ayrıayrı iri struktur elementləri öyrənilir. Bu məqsədlə aşağıdakı elektrometrik üsullardan istifadə edilir: TPÜ, TZÜ, VEZ və DEZÜ. Elektrometrik axtarış üsullarından ən çox mükəmməl neftqaz axtarışı işlərində istifadə olunur. Bu məqsədlə elektrometrik üsulların köməyilə aşağıdakı məsələlər izah edilir. § gəlmə torpaq qatı ilə örtülü sahələrdə və dənizlərdə (200 m- ə qədər dərinlikdə) planalma işləri aparılır;

§ valabənzər və lokal strukturlar öyrənilir; § ayrı-ayrı lokal strukturlarla əlaqədar olan tektonik pozulma öyrənilir. Axtarış etapında TPÜ, VEZ və s. üsullar tətbiq olunur. TC (tellurik cərayan) üsulu tədqiq olunan ərazidə tektonik rayonlaşdırma işləri apardıqda müvəffəqiyyətlə tətbiq olunur. Bu üsul həm də struktur xəritəalmada və lokal strukturların axtarışında istifadə edilir. Lokal strukturlar tellurik cərayan sahəsi gərginliyinin yüksək qiyməti ilə xarakterizə olunur. TC üsulu axtarış etapında o vaxt yaxşı nəticə verir ki, seçilmiş dayaq (reper) horizontunun relyefi yüksək amplitudalı və litoloji kəsilişi yaxşı seçilmiş olsun. TC üsulu son zamanlar platforma və qırışıqlı vilayətlərin bünövrə quruluşlarını öyrənmək məqsədilə də tətbiq olunur (şəkil 4.1).

Elektrik zondlanma və profilləmə üsulları süni yaradılmış elektrik sahəsinin öyrənilməsinə əsaslanır. Elektrik sahəsi sabit jərəyanın köməyilə yaradılır.

Şaquli elektrik zondlama onun geoloji kəsilişini dayaq elektrik horizontunun dərinliyini izah edir. Bu üsul qırışıqlıq zəif inkişaf edən (qanadları kiçik yatıma malik) və dayaq elektrik horizontu olan rayonlarda yaxşı nəticələr verir. VEZ üsulunun tətbiqi ilə Rus platformasında, Orta Asiyada, Sibirdə, Ural çökəkliyində (rifləri öyrənərkən) yüksək effektlik əldə edilmişdir (şəkil 4.2).

Şəkil 4.2. VEZ üsuluna əsasən struktur xəritə

Elektrik profilləmə üsulu əksinə dik yatıma malik olan və çoxlu qırılmalarla mürəkkəbləşən ərazilərdə tətbiq olunmur. Onun köməyilə sahə üzrə süxurlarda xüsusi müqavimətin (ölçü vahidi omm- dir) dəyişməsi tədqiq olunur və nəticədə bərabər xüsusi müqavimətlər xəritəsinə əsasən rayonun geoloji quruluşu (müəyyən dərinliyə görə) öyrənilir. Elektroprofillərdə və ya bərabər xüsusi müqavimət xəritələrində antiklinal qırışıqlar olan sahələrdə xüsusi müqavimət çox olur. Bu həmin qırışığın tağında yüksək müqavimətli süxurlar yerləşən halda baş verir. Əksər qırışığın tağı kiçik müqavimətli süxurlarla örtülmüşsə, dediyimizin əksi müşahidə olunacaqdır. Bu üsuludan həm qırışıqlı, həm də platforma rayonlarında istifadə edilir. Dəniz dibinin quruluşunu öyrənmək məqsədilə son vaxtlar elektroprofilləmə üsulundan geniş istifadə olunur. Bu üsulla 1,5-2 km dərinlikdə yerləşən strukturlar öyrənilir.


Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin