H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari



Yüklə 127,86 Kb.
səhifə6/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
1   2   3   4   5   6   7   8   9   ...   21
Axtarış və kəşfiyyat üsulları

Mükəmməl axtarışda elə geofiziki tədqiqat üsullarından istifadə edilir ki, onların vasitəsilə neft və qaz yığımlarının toplanması üçün əlverişli tələlər müəyyənləşdirilir. Belə tədqiqatlara:

1) Seysmik üsullardan ÜDNÜ, DİTÜ, DƏÜ,

2) Elektrometrik üsullardan VEZ və

3) Bəzi rayonlarda yüksək dəqiqliyi ilə fərqlənən qravimetrik üsullar daxildir.



Maqnitometrik üsul.

Maqnitometrik üsul, müxtəlif maqnitlilik dərəcəsi ilə fərqlənən süxurlarda yaranan maqnit sahəsinin öyrənilməsinə əsaslanır. Məlum olduğu kimi, müxtəlif maqnitlilik xüsusiyyətinə və yatım formasına malik olan süxurlar müxtəlif anomaliyalı maqnit sahəsi yaradır. Maqnitometrik üsulun başlıca vəzifəsi isə həmin müxtəlif anomaliyalı maqnit sahəsini öyrənməkdən ibarətdir. Maqnit sahəsinin gərginliyi qamma ilə ölçülür. Bu üsulla aşağıdakı geoloji məsələlər öyrənilir: § Platforma vilayətlərində çökmə örtüyünün qalınlığı və kristallik bünövrəsinin dərinliyi. § Dərinlik qırılmaları. § Maqnit mineralların yataqları.

§ Ayrı-ayrı rayonlarda lokal strukturlar, duz günbəzləri. § Su ilə, eləcə də gəlmə torpaqla örtülü sahələrin regional tektonikası. Qeyd edildiyi kimi, platformalarda maqnitometrik tədqiqat üsulu regional geoloji məsələləri öyrənmək məqsədi ilə tətbiq edilir. Qədim platformalarda (kratonlarda) maqnit sahəsi platformanın relyefi və kristallik bünövrənin tərkibi ilə xarakterizə olunur. Bu da həmin sahələrdə iri qalxımları, çökəklikləri ayırmağa imkan verir. Maqnit sahəsinə bünövrənin müxtəlif petroqrafik tərkibə malik olması da təsir göstərir ki, bunun da əsasında intruziv süxurların turş və əsas olması müəyyən edilir. İri qırılmaların (dərinlik qırılmaları) müəyyən olunması, qırılma sahələrinin müxtəlif maqnit sahəsinə malik olması ilə təyin olunur. Hazırda axtarışda aeromaqnit planalma işləri geniş tətbiq olunur. Bu tədqiqat üsulu dəniz sahələrində (Xəzər, Azov, Aral və Oxot dənizlərində) daha yaxşı nəticə verir. Platforma rayonlarında əlverişli geoloji şəraitdə maqnitometrik üsul ayrı-ayrı qalxımların öyrənilməsində də tətbiq oluna bilər. Platformaların kənar çökəklikləri qeyri-maqnit xassəli (homogen çöküntülər) süxurlarla zəngin olduqları üçün maqnitometrik tədqiqatda minimum anomaliya ilə müşayət olunur. Əgər həmin çökəkliklər dərin qırılmalarla parçalanmışsa maqnitometrik üsulla onların maqnitliliyi həm maksimum, həm də minimum anomaliyalarla göstəriləjəkdir. Çünki qalxan blok intruzif süxurlarla, enən blok isə qeyri-maqnit xassəli çökmə süxurlarla xarakterizə olunur. Ona görə də qalxan blok maksimum, enən blok minimum anomaliya ilə səciyyəvidir. Duz günbəzləri maqnitometrik üsullarla yaxşı öyrənilir. Dnepr-Don çökəkliyində bu üsul yaxşı nəticə vermişdir. Belə ki, duz günbəzləri ətrafı zonada Dnepr-Don çökəkliyində yüksək maqnitliyə malik olan diabaz qırıntıları ilə zəngindir. Ona görə də onlar maksimum anomaliya ilə xarakterizə olunur. Amma duz künbəzləri amaqnitlik xassəsinə malikdir.

Geoloji quruluşunda maqnitli süxurlar iştirak edən lokal strukturlar da maqnitometrik tədqiqatlarla öyrənilə bilər. Əksər hallarda bu üsul digər geofiziki üsullarla (xüsusilə qravimetrik üsul ilə) birlikdə tətbiq olunur. Bəzən maqnit planaalması geoloji planaalma ilə birgə də aparılır. Maqnitometrik üsulun üstünlüyü ondan ibarətdir ki, onunla qısa vaxtda geniş sahələri tədqiq etmək mümkündür.




Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin