Seysmik üsullar.
Bu üsul bütün məlum geofiziki üsulların hamısından effektli sayılır. Bu, müxtəlif süxur komplekslərində süni partlayış nəticəsində yaranan seysmik dalğaların yayılma sürətinə və onların qeydə alınmasına əsaslanır. Seysmik tədqiqat üsullarının bir neçə modifikasiyası tətbiq olunur: § Dalğaların əksolunma üsulu (DƏÜ) § Sınan dalğaların əksolunma üsulu (SDƏÜ) § Dərinlik seysmik zondlanma üsulu (DSZÜ) § Ümumi dərinlik nöqtələri üsulu (ÜDNÜ) § Düzləndirici-istiqamətləndirici qəbul üsulu (DİQÜ) Seysmik üsullardan regional və axtarış etaplarında istifadə edilir. Regional axtarışda seysmik üsulların qarşısında yer qabığının iri struktur formalarının öyrənilməsi məsələsi qoyulur. Regional seysmik tədqiqatla regional qalxımlar və onların quruluşu, tədqiq olunan ərazilərdə yerdəyişən qırılmalar, regional stratiqrafik uyğunsuzluqlar, regional litoloji (zona və rayonları əhatə edən) pazlaşmalar, iri tektonik elementlərdə ayrı-ayrı stratiqrafik kəsilmələrə görə struktur planların uyğun gəlib-gəlməməsi və s. öyrənilir; mükəmməl axtarış işlərində seysmik tədqiqat aparılmaqla ayrı-ayrı lokal strukturlar, onların ölçü və formaları öyrənilir, lokal strukturların geoloji quruluşları dəqiqləşdirilir, lokal qırışıqların ayrı-ayrı stratiqrafik bölgülərə görə struktur planları və stratiqrafik uyğunluqları izah edilir, qırışıqların formalaşma şəraiti; neftlilik-qazlılığa görə perspektivlik dərəcəsi izah edilir, lokal strukturlar axtarış qazmasına hazırlanır. Seysmik tədqiqat böyük həcmdə işlərin aparılmasını tələb edir. Məsələn 15-20 km2 sahəsi olan strukturu öyrənmək üçün seysmik profillərin uzunluğu 900-1000 km-ə qədər çatdırılmalıdır. Seysmik işlərin nəticəsi profillər və bir sıra şərti götürülmüş
horizontlara görə tərtib olunmuş struktur xəritələr vasitəsilə göstərilir. Seysmik müşahidələr qırışıqların uzanmasına perpendikulyar və paralel istiqamətlər üzrə aparılır. Mükəmməl seysmik axtarış işləri zamanı profillər arasındakı məsafə, adətən, 1 km- dən az götürülür. Uzununa keçən profillər strukturun ən hündür hissəsində verilir. Həmin profillərin verilməsində məqsəd eninə profillərin əlaqələndirilməsidir. Bu isə bizcə profil məlumatlarına görə struktur xəritənin tərtib edilməsinə imkan yaradır. Regional axtarışda seysmik üsullar qravimetrik və maqnitometrik tədqiqatlarla birlikdə tətbiq edilir. Seysmik tədqiqat müxtəlif geoloji şəraitdə tətbiq oluna bilər. Sınan dalğaların əks olunması üsulu (DƏÜ) lokal strukturların 6000-7000 m dərinlikdə izlənməsinə imkan verir. Qanadların meyli 5-60 olan qırışıqlar bu üsul ilə daha yaxşı öyrənilir. Dərinlik zondlanma zamanı həmin üsul yer qabığının 30-40 km dərinliklərinin izahında xüsusi əhəmiyyət kəsb edir. Seysmik axtarış üsulları müxtəlif geoloji regionlarda müxtəlif nəticələr verir. Məsələn, qədim platforma vilayətlərində (Rus və Şərqi Sibir) bu tədqiqat üsulu hündürlüyü 30-50 m olan lokal strukturları müəyyən edə bilər. Cavan platformalar (Turan, Qərbi Sibir və s.) mürəkkəb qırışdırılmış bünövrədən, qalınlığı 2,5 km- dən çox olan çökmə örtüyündən ibarətdir. Bu tip platformalarda seysmik üsullar (DƏÜ və s.) yaxşı nəticə verir. Geosinklinal və keçid vilayətlərində də seysmik axtarış üsulları geniş tətbiq edilir. 1951-ci ildən Azərbaycanın ərazisində bu üsullardan istifadə edilir. Hazırda seysmik tədqiqatının verdiyi məlumatlar əsasında respublikamızın ərazisinin xeyli hissəsinin 4-6 km dərinlik quruluşunu xarakterizə edən struktur sxemlər tərtib olunmuşdur. Seysmik axtarışın verdiyi məlumatlara görə böyük dərinlikdə yerləşən strukturlarda aşkar edilmişdir. Seysmik tədqiqat üsulları duz tektonikası intişar edən neft
li-qazlı vilayətlərdə də (Dnepr-Don və Xəzərqarşısı çökəkliklər) yaxşı nəticə verir. Seysmoloji cəhətdən mürəkkəb olan ayrı-ayrı rayonlarda DİQÜ xüsusilə yaxşı nəticə verir (şəkil 4.3).
Şəkil 4.3. DİQÜ ilə geoloji məlumatların öyrənilməsi ( (V.V.Znamenskiyə görə) a-profil DƏÜ ilə; b-profil DİQÜ ilə. Seysmik üsullar dəniz və okeanlarda da geniş tətbiq olunur. Seysmik üsulların tətbiqi ilə Cənubi Xəzər çökəkliyində çoxlu lokal qırışıqlar müəyyən edilmişdir (məsələn, Abşeron və Bakı arxipelaqının əksər strukturları). Lakin bu strukturların tağ hissələri tektonik qırılmalarla mürəkkəbləşdiyindən "qeyri-müəyyən" zona formasında göstərilir. Deməli, seysmik tədqiqat
üsulları tektonik qırılmaların çox intişar etdiyi ərazilərdə yaxşı nəticə vermir. Bununla əlaqədar olaraq belə ərazilərdə kompleks geofiziki tədqiqatlar aparılır. Radiometrik üsul. Radioaktiv element yataqlarının axtarışı məqsədini daşıyan radiometrik üsullar çoxdan tətbiq olunmağa başlanmışdır. Son zamanlar bu üsuldan neft və qaz axtarışı işlərində də istifadə olunur. Radiometrik üsul süxurların təbii radioaktivliyinin (qamma-aktivliyinin) öyrənilməsinə əsaslanır. Radioaktiv üsul vasitəsilə süxurların qamma-aktivliyi bilavasitə çöl şəraitində marşrutlar üzrə öyrənilir. Konkret geoloji şəraitdən asılı olaraq, radiometrik tədqiqat işləri neftli-qazlı strukturların aşkar edilməsində əksər hallarda müsbət nəticə verir. Məsələn, radiometrik axtarış üsulunun tətbiqi sahəsində Başqırdıstanda bir sıra antiklinal zonalar aşkar edilmişdir ki, bunların da bəzisi neftlilik-qazlılıq baxımından müsbət qiymətləndirilmişdir. Radiometrik planlaşdırılma digər geofiziki üsullardan ujuz başa gəlir və qarşıya qoyulan məsələlərin qısa bir zamanda həllini təmin edir.
Dostları ilə paylaş: |