4.3. NEFT VƏ QAZ YATAQLARININ BİRBAŞA AXTARIŞINDA GEOFİZİKİ ÜSULLARIN ROLU
Son illər geofiziki üsullar neft və qazın birbaşa axtarışında geniş istifadə edilir. Daha doğrusu yer səthindən geofiziki üsullar vasitəsilə neft və qaz yığımları konturlaşdırılır (axtarış quyuları qazılmadan). Buna yataq tip anomaliya (YTA) deyilir. Bu məqsədlə aşağıdakı geofiziki üsullar tətbiq edilir:
1. Seysmik 2. Qravimetrik 3. Radiometrik 4. Elektrometrik 5. Maqnitometrik
1. Seysmik üsullar.
Seysmik üsulların neft və qazın birbaşa axtarışında tətbiqi iki axtarış əlamətinə əsaslanır.
Birinci əlamət- qaz-neft, qaz-su və neft-su kontaktlarının geoloji-stratiqrafik sərhədlərinin əks olunması; ikinci- dalğaların udulma əmsalı qiymətinin neft və qaz yataqları sahəsində çoxalmasıdır (şəkil 4.4).
Neft-su və qaz-su kontaktları əksolunma sərhədləri adlanır. Əksolunma sərhədləri müasir seysmik üsullarla yaxşı izlənilir. Əksolunma sərhədlərini izləməklə neft və qaz yataqlarını, onların konturlarını təyin etmək olar. Neft və qazın birbaşa axtarışı məqsədilə Kuybışev vilayətinin Muxanov yatağında (Rusiya Federasiyası) DƏÜ-nun tətbiqi ilə Devon, Karbon və Perm yaşlı komplekslərdə neft-su kontaktları müəyyən edilmişdir. Qeyd edilən neft-su kontaktları kəşfiyyat qazmasının məlumatları ilə uyğun gəlmişdir. Bəzi yataqlarda neft-qazın birbaşa axtarışında DİQÜ-nün tətbiqi də müsbət nəticə vermişdir. Qeyd etdiyimiz seysmik axtarış üsulu neftli laylar kiçik qalınlıqlı və litoloji cəhətdən müx
təlif cinsli olduqda, daha çox dərinlikdə yerləşdikdə az effektli olur. İkinci əlamət- seysmik dalğaların neft və qaz yayılan sahələrdə kiçik sürətlə yayılması və şiddətli udulma qabiliyyətinə malik olmasıdır. Ona görə də qırışıqlı strukturların neft və qaz yerləşən tağ hissəsi "keçəl zona" formasında göstərilir.
Dostları ilə paylaş: |