ali.valioglu@hotmail.com
NÜVƏDI
Yerli Sözlər
Toplayan
Ali Valioğlu
834 Başliq
Ilk Basım-TURUZ.COM
8\4\2012
Acı səvzi il boyu suda yaşıl qalan yeyilən acı göyərti..
Acıtərə vəzəri.
Ada kötüyü kökəlib həddini aşan adama deyilir.
Ağnamaq eşşək özünü torpağa,peyinlikdə yerə sürtməsi..
Ağrıx gözün iltibahı.
Ağtüklü qoyun cinsinə deyilir..
Alaqarın çiling-ağac oyununda azlıqda qalan dəstəyə verilən əlavə oyun. .
Alaqarın yeməkdən tam doymamaq..
Alanbar-dolanbar əyri-üyrü getmək,tərs oynamaq..
Alasan-küləsən boş şey, mənasz.
Alaşqa ariq at, həm də rusiyanın iri cinsli zastavalarda əsgərlərin xidmətinə verilən atlar..
Alışım soyulan dərinin üstündə qalan ət layları..
Alqax-calqax qohum-qardaşın dəstə ilə tökülüb gəlməsi..
Allahlamaq tez bir zamanda yeməyi yeyib-qurtarmaq..
Andıra qalasan yox olasan.
Anqırtma beşdaş oyununda uduzanın barmaqları arasına qoyub sıxmaqla verilən cəza növü..
Aralıqatı boş-bekar gəzən,hamının buyruğuna gedən adama deyirlər..
Arqaş qatıcı,mərdiməzar,satqınlıq edən..
Astal qışda meşələrdə palıd ağacında göyərən yaşıl şibyə.
Aşqar aşqarlanmaq çox yeyib qarnı qalxan, və ya çox yediyindən heç yerə tərpənməyən, sözə baxmayan adam..
Atdı-babış (gəldi.) at minib boş-boşuna çapdıran adam..
Atdı-babış küçələrdə ayaqyalın elə-belə qaçan uşaq..
Atdıqarışqa iri, uzunayaq, qıvraq yeriyən qarışqa..
Avecə Təndirdə çörək bişirənin şərikli köməkçilərnə deyilir..
Avza pis görünüşlü, pis geyimli adama deyilir..
Azaylanmaq tənbəlin işə həvəssiz getməsi, ya da getmək istəməməsi..
Baba Hacı Nüvədidə pir. Babəkin,anasının, arvadının, Bəruməndin və Kələntəniyyənin hər üçünün qəbrləri qoşadır. Nüvədililər oraya daima ziyarata gedərdilər. 1988-ci ildən ermənilərin işğalına keçib..
Bacıx bəzək-düzəkli geyimi sevən qız uşağına deyilir.
Badkeş beldən(kürəkdən) qan almaq üçün işlədilən heyvan buynuzundan düzəldilmiş alət..
Basdıq-alana içi qoz və s.doldurulmuş əncir..
Başını bir yerə yığmaq oğlanı evləndirmək.
Bayındır Güman ki,Dədə Qorqiddakı Xanın adıdır..
Bayınmaq Hı səndən bayınıb heyzə oldum.(Lağ ilə: yəni, səndən yarıdım, xeyir gördüm)..
Bazburut boy-buxunlu, iri gövdəli, yekəpər adam..
Becid tez-tez.
Behdin boş-bekar.
Behtəşən miras qalmış.
Bekinkarı əlindən heç nə gəlməyən, bacarıqsız, küt.
Belinə çöpdən dirək işi yarıtmayana lağ ilə deyilən söz.
Beyəncəri eybəcər, kifir.
Bezəgərir narın yarpaqlı, xoş ətrli yeməli səvzi..
Bezovşa bağa yarpağı .
Bəddə Bu bağlamanı al atın yükünə bağıa (bəddə)..
Bəndam otu dərz bağlamaq üçün otdan hörülmüş bağ.
Bəndivan bənd etmək, aş, bağla.
Bərə dağ keçid, ovçu ovu vurmaq üçün bərədə gizlənir. Və ya sürünü sağmaq üçün arvadlar bərədən (dar keçiddən keçən heyvanıları asanlıqla tutub sağırlar).
Bərqəş qəsdən,bilərəkdən,pislik.
Bəsarəti bağlanıb qisməti, bəxti gətirməmək.
BƏŞƏ birçək,qadınların saçı.
Bəşməkan filan bəşməkan danışdı, yəni boş söz, heç nə .
Bəyəm məgər.
Bəysimat mayalı xəmirin həddən artıq qıcqırması,turşaması.
Bəzzat qoçaq,(əzazil,zalım mənasında da işlədirik).
Bic-bicengə dələduz, fırıldaqçı,kələkbaz (uşaqlara deyilir).
Bicələk fırıldaq işlədən balaca uşağa deyilir.
Bidadlıq etmək dəlilənmək, havalanmaq.
Bıddamaq nəyi isə qurdalamaq, çörlə, barmaqla torpağı, divar deşiyi qurdalamaq.
Binalı həmişə, hər vaxt.
Binalılıq həmişəlik, ömürlük, əbədi.
Bir burun qaynadı endir xörəyin bir dəfə qaynatmağa deyilir.
Birəmiş körpə oğlaq-quzunu güntunda(sutkada) bir dəfə əmizdirmək.
Birhavdan bir azdan sonra.
birinizə Yəni qışqırıb-bağırmaq.
Birmərrə bir dəfəlik.
Bisdən-təvərədən çıxmaq Hövsələdən çıxmaq.əsəbiləşmək.
Bisəfərım beləliklə, sonra, deməli.
Bolşevik qayqanağı pamidor-yumurta çığırtması .
Bomba çörəkçidə qalın kərpic formasında bişirilən çörək..
Bombaz parça növü.
Böyən-davarın yazağzı (yazın əvvəli) duru ifrazına deyilir.
Bu dəkkədə bu an, bu vaxt.
Bu yeng ilə bu gedişlə, bu hal ilə.
Buğa əl Kəbirin qəbri.
Buğukar Mehri rayonunda tanınmış pir.Ərəb xilafətındə Babəkə qarşı vuruşan Türk sərkərdlərindən biri olan .
Bulacaq otu bağlama etmək üçün oxlov uzunluqda budaqdan hazırlanmış əl ağacı.
Bulama təzə doğan heyvanın mayasını südə qatıb istidir və qatı halına düşənəcən bulayırlar. .
Burma biri biçilmiş otu ağacla burur, ikincisi əşilmməkdə olan otları bir-birinə calayıb burulmuş yoğun ot dağılmasın deyə qolda üç qat eləyib düyün salır. .
Burux (heyvan) axtalanmış heyvan (xayası çıxarılmış).
Burunlu-qulaqlı (sıpa) qanmaz,kobud adama deyilir.
Burunu üzdən kəsmək münasibətləri bir dəfəlik kəsmək.
Buşqax evin küncü, bucağı.
Bühlüm döngə .
Bühmək 1) aldatmaq, başından eləmək. 2) hər hansı şeyi dəsmala, kağıza bükmək..
Cacıx. Biryan dağ səbzisi.
Cəhl eləmək inad göstərmək, höcətləşmək, mübahisə etmək.
Cəng kəsib mis qabın oksidləşməsi.
Cərgənədən oldu qapını yerindən eləmək. xarab etmək.
Cır balaca, dadsız meyvə.
Cıvındarax saçları yolmaq, ust-başını cırıb-yolmaq.
Cıvrıq qozun qabığı.
Cızığagirmə keçmiş uşaq oyunu.
Cüftə zəif bədənli, cansız.
Çağala əpiyin ilk qozası.
Çaqqanağı çıxıb sür-sümüyü, skleti.
Çalğı tövlə, kaha süpürmək üçün koldan hazırlanmış süpürgə.
Çalxar dana dərisindən hazırlanmış nehrə.
Çalqa-malqa qəfildən ölümcül xəstələnmək, əhvalın pozulması.
Çanxıl çınqıl.
Çarpanaq daşdan qopan çox balaca giliz.
Çatdanquş çatdaquş, saqqız ağacının meyvəsi.
Çer çəpgöz.
Çəçələri barmaqları,əlləri.
Çəft şalvarın arxa hissəsi.
Çəkil tut ağacının budaqlardan arıtlanmış hissəsi .
Çələbiyan oğru. çapıb-talayan. bir yerdə durmayan.
Çəlika qıçları çox nazik, apıq adam.
Çəlimsiz cılız, zəif.
Çəm suyun üzündə mamır.
Çəmbər it quyruğunun ucunun qövs şəklində olması.
Çəpərə ölmüş malın skleti, qabırğaları.
Çərçi xırdavatçı,xəsis, qıymaz.
Çilləkən vermək suyun üzünə yığılıb axarını ləngidən çör-çöp.
Çılmaq, Çıldırmaq səssizcə xəbər vermək,üstüörtülü işarə vermək.
Çimçavat iyrənən.
Çimçəşmək iyrənmək, ikrah olmaq.
Çımır ani huşlanmaq.
Çitəmə yan-yana düzülmüş, döşənmiş.
Çobankərə necə gəldi danışmaq, iş görmək, qaydasız iş.
Çoşqa donuz balası.
Çözarası heyvan bağırsağlarındakı piy.
Çust ayaqqabı.
Çüyə odun parçası.
Daatdamaq gedib yoxlamaq,axtarmaq,yerini öyrənmək.
Dabbax mal-heyvan xəstəliyi.
Dadadadı göydədi ağrıdan çığırıb-bağırmaq.
Dadi-bidad Allaha yalvarmaq mənasında.
Dağal tənbəl.
Dağal tənbəl.
Dam daşı evin üstünün torpağını bərkitmək üçün diyircək .
Dana tut,Bedana tut,Eşşək tut tutun növləri.
Danaqıran dağ gülü.
Danaqirandan 40 dərz bağlayır göpçu,küykü,yarıtmaz.
Danqızlanma yekə-yekə danışmaq, üstünə kəkələnmə.
Dar lülüfə dar uzun.
Daraba məhəccər.
Daraybadad uzaq, hər yerdən əlaqəsi kəsilmiş yer.
Dastavaz əzbərləmək, çox çeynənmiş söz.
Daşırqamaq mal-qaranın daşlıqda çox gəzməkdən dırnaqları yeyildiyindən tərpənə bilməməsi.
Dəbbələmək tələb etmək, təkid etmək.
Dəc bütov, toxunulmamış.
Dədəli-nənəli xörək adı.
Dəfi dönüb pisi çıxıb, küskün, heç nəyə məhəl qoymamaq.
Dəfin nağda vermədi qəfildən öldü(heyvanla bağlı işlənir).
Dəhnə bulaq, kəhriz.
Dəli möv barsız üzüm(meynə).Bunun çiçəklərini yığıb qurudurlar,bar verən üzümlər təzə çiçəkləyəndə qurudulmuş tozu üzüm salxımlarını bir-bir tozlayırlar.Beləliklə salxımlar həm iri olur, həm də məhsuldar olur. .
Dəmşəlax şırtı, əttökən,təlxək, mənasız danışan.
Dəndənə Divar hörərkən daş düz otursun deyə altına qoyulan yastı, balaca daş parçası.
Dənəş-dənəş iri, dən-dən.
Dəp Yaylaqda ağacdan və iki yanı daşdan tikilmış, yaxut yanlarına çətən çəkilmiş (alaçığı əvəz edən) alçaq, balaca ev..
Dəstərxan süfrə.
Dəvri qədimdən uzaq keçmişdən.
Dibək içi çıxarılmış çuxur iri daş.Duz,çəltik döyərdilər.
Dıdı-vıdı yalandan kitab oxmaq,başdansovdu oxumaq.
Dıfı yetim .
Dığacar olmaq cana döymaq,zara gəlmək.
Dıhınc deməli, indi, deməli oldu, ıhı.
Dıjmır şıltaq,idişkən,tutduğuğundan əlçəkməyən.
Dıqı (dıqış) az miqdarda heyvan, balaca oğlaq.
Dıqqı azarı deyingənlik.
Dıqqı zəhlə tökən.
Dıqqılı balaca, lap xırda.
Dilab evdə balaca taxça.
Dilgir olmaq deməkdən yorulmaq.
Dındalamaq xörəyi iştahsız yemər, qaşığın ucu ilə qurdalamaq, xörəyi elə-belə çevirmək.
Dındının yanını kəsib yanında, böyründə oturmaq.
Dınqa Təpənin yüksəkliyi,hündür daşın təpəsi.
Dınqırı dınqırdan seçir tükü-tükdən seçir,çox ayıq,diqqətçil.
Dıpıdaşı sakitcə,lal-dinməz oturmaq.
Dirçəlib arıqlıqdan,xəstəlikdən durmaq,özünə gəlmək.
Dırdeh yekə, boylu-buxunlu, lakin əlindən bir iş gəlməyən.
Dır-dığalar (dığa ermənicə oğlan) yaramaz,şuluq uşaqlar.
Dirədöymə qədim uşaq oyunu.
Dirəmə kisəni ağzına qədər doldurmaq.
Dirəşmək inadkarlıq göstərmək.
Diringi tutmaq çalıb-oynamaq.
Divdik diribaş, çevik.
Dıvışqulu tez üşüyən,soyuqdan büzüşən.
Dizlik alt tuman.
Doqquzdan dağlarda bitən qırmızı, giləli meyvə.
Dombalan nubarı xoş olmayan xəbər, narahat söz.
Dönə-dönə dəfələrlə.
Dutdamaq iti küşkürtmək, kiminsə üstünə qaldırmaq.
Duzlaq ildə 1-2 dəfə heyvan sürüsünə duz verilən yer.
Dübbü inadcıl,inadkar, dediyindən əlçəkməyən.
Dübür 3-4 yaşlı iri erkəc keçi.
Düdük 1.İçində təzə tutulmuş saqqızı saxlamaq üçün barmaq boyda qarğı.2. Düdük acıqlı söyüş kimi də işlənir .
Dühcə yumaq.
Dümləmək acgözlüklə qabdakı suyu başına çəkib tam içmək.
Dümsük 1.dürtmə.2.Oğlaqı əmərkən anasını dümsükləyir.
Dünyagir tamahkir,dünya malından doymayan.
Düşərgah yurd yeri,əhalinin yaylaq yeri, düşdüyü oba.
Düyə ilyarımlıq doğmamış inək.
Düyünçıx boxça, bağlama.
Ehdin eləmir saymır,əhəmiyyət vermir.
Ehdininə almır hesaba almır,saya salmır..
Ehsan xanın oğludur Heç nəyi saymayan, qoddaz, yekəxana adama lağ ilə deyilir. Eysan xan Naxçıvan xanlığının hörmətli xanı olub..
Erməni kəndi çıxıb balaca cızılan yerə, yaraya lağ mənası ilə deyilən ifadə.
Eşşəkbeli qədim uşaq oyunu.
Eygiliyə çıxmaq asudəliyə, xoş günə çıxmaq..
Eymə dəridən, parçadan qatıq üçün tikilən torba .
Eynin açılsın qaş-qabağın, keyfin açılsın.
Eyninə almaq fikir verməmək, vecinə almamaq.
Eyzən tamam, həmişə.
Əbə daşı və ya dıppı daşı yerindən tərpənməyən, hərəkətsiz.
Əbə çiling-ağac oyununda ovuc irilikdə qazılmış yer, məkan, mərkəz.
Əfsanətə düşüb verdiyin xəta-bəladən qurtarıb.
Əfsimək düyünü,buğdanı məcməyində atıb-tutmaq.
Əhliyət olmaq nəzarət etmək, qayğı, xidmət göstərmək.
Əkmək 1. əkmək, bitirmək 2.oğurlamaq, azdırmaq.
Əlbəhəlim dərhal, ağızdan söz qurtarmamış.
Ələkçinin və ya qalayçının qıl verəni kiməsə arxa duran adama deyirik.
Ələngə kəsilmiş malın çanaq sümüyü.
Əlik cüyür, ceyran.
Əlləmə iri atılan daş parçası.
Əneyin məzəli, gülməli.
Ənəhət fərdi təsərrüfat, camaat.
Ənik İtin, canavarın bir yaşa yaxın balası.
Ənkə nəslin ata-babası.
Ərbə Tərəzinin gözlərini bərabərləşdimək üçün qoyulan daş, əşya .
Ərdəm, kirdar qeyrət, həvəs, şövq.
Ərdov Xəstə heyvana verilən iliq suda qatılmıç unlu həlim.
Ərsin xəmir kəsmək üçün əl irilikdə dəmir alət .
Əşədi həddən ziyada, qərarsız.
Əvdimək yerdən tut yığmaq, düyünü çəltik-qaradan təmizləmək.
Əvlad uzaq qohum.
Əylişmək, idişmər arası dəymək, kinni olmaq,ədavət aparmaq.
Əzvayiş dolanışıq, güzaran.
Faltağan yaranan, yaltaqlanan.
Fasıx bic,fırıldaq, hiyləgər,evlər yıxan,alcaq.
Fərş otağa salınan kilim-gəbə, otağın döşəməsi.
fıstırıq atır kefi gəlmək, şənlənmək, oynamaq.
Fıt, Fınt, Fıtca eynilə, tam oxşar.
Frovun kinli, qəzəbli, əzazil,ipə-sapa yatmayan.
Gahgir hərdəmxəyal.
Gaz gəz diş çəkmək üçün kəlbətin .
Gedələşmək mübahisə etmək, höcətləşmək, davalaşmaq.
Gəlinbacı qardaş arvadı.
Gəllədar çoxlu heyvanı ilə camaatın heyvanlarından sürü düzəldib çobana və sürüyə nəzarət edən adam.
Gəmircək atın-ulağın ağzında artıq ət, zob.
Gərdügüşt lağ mənasında xoşagəlməz,bacarıqsız.
Gərgubud kələkötür,kobut, əyri-üyrü.
Gərməşov çubuqlarından səbət toxunur.
Gəşniş yabanı ətrli dağ keşnişi və təbii bağ tərəvəzi.
Gəvən iynə yarpaqlı,yağlı kol, yandırılıb döyüb telləndirib .
Gəy yazmaq heyvanın qısır qalması.
Gəyişmək məsləhətləşmək.
Gəzirəlik kol-kosluq yer.
Gıldır-gıldır iri-iri, yekə-yekə.
Gılıf baca, deşik, küfül.
Girə vermək satmaq, ələ vermək.
Girnəş istidən qoyun-quzunun baş-başa veriv durması, kölgədə daldalanması.
Gırrdın iri odun parçası.
Gırt yarı tən yarı.
Giyəv kürəkən.
Goveyin 1.Xışın itu ucu.2. məcazı mənada- gur səsli adam.
Gödən ağrısı adama əziyyət verən, başınıaparan, zəhlətökən .
Götürgə tikilinin, yarlığanın qabağına çəkilmiş alçaq divar.
Götürüm düşmək yoxsullaşmaq,kasıblamaq.
Gözəmək paltarda dağılmış, süsülmüş yeri yamamaq.
Gubu evin ilk qaba suvağı.
Gupadanqulu sözünün dalı-qabağını bilməyə, kobud danışıqlı.
Güdül 1.qarın.2. bədənin başla qıçlar arasındakı hissə.3.yoğun ağacın qısa gövdəsi.
Gülgavaz gülüng olan adam, xoş gəlməyən adam.
Gürşad gücglü, ildırımlı leysan yağışı.
Güzlək Yağışdan sonra biçilmiş yerin təzə yaşıllaşması.
Hadağa ölçüsündən xeyli çox, hədsiz.
Hafıldey sobanın istisindən evin hədsiz dərəcədə qızması.
Hakışta bir ayağı üstündə atılaraq yerimək.
Halla-qulla qollarından, qıçlarından götürüb aparmaq.
Hampa xeyli adamın sürüsünə nəzarət edən,nizamlayan adam.
Haraqurna iri giləli, çox şirin üzüm növü.
Harsın erməni gəlini, arvadı (söyüş mənasında).
Havırlaşmak itlərin mehribanlaşması.
Havır-zavır eləmək düşdüyü vəziyyətlə barışmamaq,çığır-bağır salmaq.
Hazara evin nərəsinə (milinə) altina vurulan dirək əvəzi dirək .
Herağac gəlmisən 1.Tez gəlmisən.2.yubanmısan, gecikmisən.
Herağaş erkən, tez.2. yubanmaq, gecikmisən.
Hernən-peri qanmır he nəyi qanmır, başa düşmür.
Heyri ipək qurdu üçün tut ağacı.
heyvana yem edirlər.Heyvan10-15 günə kökəlir..
Heyzə etmək yəni vermədik, yedirtmədik,razı salmamaq.
heyzə azırda olmaq.
Hə dəy, Nasta heç bir iş görmür,işləmir,dərslərini oxumur.
Həçi qaraçısı ləyaqətsiz, döyüşkən, söyüşkən,yanşaq qadın.
Hələm-hələm tək-tək, nadir.
Həmgələ gəlmək iki sürünü bir örüşdə yan-yana otarmaq.
Həmxana köhnə, yaşaması çətin olan ev.
Həncama qədim qapılara vurulan petla.
Həndə-məndə o yan-bu yan eləmə,yekə-yekə danışma.
Hərgah əgər.
Hərifana Malı kəsib adamlar arasında bərabər pay qoymaq.
Həsbə tökəsən sağalmaz xəstəlik.
Həsbə tökəsən sağalmaz qara yara.
Həsbəndində olmaq arzusunda olmaq,bir şeyin tamahında olub və ya olmaması.
Həybə iri xurcunun .
Hingilti inildəmək, zarımaq.
Hıntıl olmaq bayınmaq, yarımamaq, bir şeyə çatmamaq.
Hırıfı tutub qəzəbi, hirsi.
Hökküldəmək hündürdən, qəzəbdən, əmir formasında ucadan danışmaq, bağırmaq.
Hölləşmək malların buynuzlaşması, bir-birini buynuzları ilə itələşməsi.
Hövlünnən hirsindən, hikkəsindən, qəzəbindən.
Hudax əkin zamanı qabaq öküzləri işlədən cütçü.
huşturux dodaqda çalınan fit, fıştırıq.
Huzunun biri qamazın, kobudun, eşşəyin biri.
Hülü sümüyündən ayrılmayan şaftalı.
Xalvar adam boyda buğda kisəsi.
Xar etdin peşman etdin, xəcalət etdin.
Xar erkək keçi.
Xarım sel-su alaçığa dolmasın deyə alaçığın üstündən açılan arx. Bu sözü Şumer-Türklər də işlədirdi..
Xelley xeyli.
Xəfə yarıqaranlıq havasız yer.
Xəşənək paxıl, qarnı qurdlu.
Xəzaz yabanı səbzi.
Xıcın məhsulu yığılmış bağa meyvə axtarışına çıxmaq.
Xıjm ilə bərkdən, qapıb-qovurub almaq.
Xıl zil-zibil.
Xilal nöqsan.
Xıncım-xıncım çiling-çiling olmuş, ovulmuş.
Xirçək haça dirək.
Xırnova sel-suyun yuyub əmələ gətirdiyi yarlığan.
Xısın-xısın gizli-gizli, yavaş-yavaş.
Xışma ovuclamaq.
Xıtı yaltaq.
Xıtı yaranan, yaltaq.
Xızan sürü.
Xorasan boranı, balqabaq.
Xuduru əbəs, boş, mənasız.
Xufat-xunah xiffət, fikir-dərd çəkmək.
Xupunca doyunca, bəs deyincə.
Xuruş paxıl, paxıllıq.
Xusax çox alçaq. darısqal ev.
Xusumat kinli, paxıl.
Xuşu suyu boş, tez sözə yatan.
Xutunun biri xutu qoduğun, eşşəyin biri.
İcəşmək sataşmaq, söz atmaq,gözümçıxdıya salmaq.
İgəşqan.Şitəngi davakar, adamla yola getməyən .
İnni-cinni, İns -cins heç bir canlı olmayan.
İsbatlı samballı, əməlli-başlı.
İsnad vermək tanıtmaq, yerini göstərmək.
İşkil qapı cəftəsi.
Kal yetişməmiş meyvə,gec-çətin başa düşən adam.
Kalafa xarabalığı qalmış ev.
Kalamış(Xart kalamış) kərtdənkələ.
Kalfır qabaq dişləri tökülmüş.
Karkin xeyirxah, əltutan.
Kasa tısbağa.
Keşəlt suya qoyub yumşaltmaq.
Kevə ayı balası.
Keydər quşu hinduşqa irilikdə meşə xoruzu.
Keyxa erməniyə deyilən "dost", "aşna".Söyüş mənasında.
Kəci baramanın isladılıb döyüb yumuşalmışı,həm də pambıqdan əyirilmiş sap.
Kəfşən böyük sahəli bağ.
Kəkil tel, saç.
Kələ (Buğa) erkək, iri öküz.
Kələf 1. işlərin düyün, tərs düşməsi.2.Boyanmamış ip dəstəsi.
Kələkey təzə doğmuş heyvanın mayası və süddən bişirilmiş qatıq bərklikdə məhsul .
Kələyini kəsdi imkanını,fürsətini,işini,arzusunu,halını kəsdi.
Kəpir kövrək, tez ovulan daş, dağ.
Kərə 1. yağ.2. tükü tam qırxımlış baş.3.qulağı kiçik olan heyvan.
Kərəməz qatığa süd qatıb çörək doğrama yeməyi.(Nənətılta isti südə çörək doğrayıb xeyli soyuq suda saxlayandan sonra yeyilir)..
Kərənti dəryaz, ot biçmək aləti.
Kərki ağac yonmaqdan ötrü ağzı içəti olan dülgər aləti.
Kərmə qurumuş heyvan təzəyi.
Kəsavət basıb bədbinlik, kifirlik, bədlik basmaq.
Kəsik sahibsiz uşaq.
Kəvla üzüm ağacının dibinə vurulan ağac paya (dirək).
Kəzzab qaniçən, başkəsən, zalım, yazığı gəlməyən.
Kilə süpürgə 1.çox işlənib kötüyü qalmış süpürgə. 2.Danlanan, hər işə göndərilən,qiymət verilməyən adam.
Kilə təndir üçün gil palçıqdan döyülüb uzadılmış dördkünc çiy kərpic.
Kilid qıfıl.
Kilkə pırtlaşıq, kirli, gödək yun.
Kilt düşmək toyuğun kürt yatması.
Kirkan bəşə qarmaqarışıq saç.
Kirkirə əl dəyirmanı.
Kirov olub qızlar saçlarını soyuq suda və ya isti sudan dərhal sonra şaxtaya çıxarsa, saç möhkəm dolaşıq düşür və daranıb açılması çətinləşir..
Kirs selabda, yarlığanda, dərələrdə buzlaşmış qar yığımı.
Kirza yarpaqlı tutdan iri bağlama.
Kisib tapmaq güya tapılmayan şeyi tapıb fərəhlnmək.
Köbə 1.şəhəngin alt kəmərəsi.2.tumanın ətəyinə tikilmiş lent.
Ködəv dərialtı şiş, irinli yara.
Kömbə ocaq külünə basırılıb bişmiş qalın çörək.
Körükburun (Pınzaburun) yastı, iri burun.
Kösəv kösöy, yanmış, yanmaqda olan odun.
Köşə çarıq tikmək üçün dəridən çəkilmiş nazik tel.
Köşkə kaş, yaxşı olardı ki,.
Kuka balaca çörək. Kuka Şumer Türklərində də işlənirdi.
Kuru at balası.
Küfül qağlarda, qayalarda təbii deşik,kiçik mağara.
Kükovul incə yarpaqlı,ətirli, dolmada işlədilən bitki növü.
Küllük kül tökülən yer.
Künə 1.yumurtanın sivri olmayan hissəsi.2.Barama qurduna verilən yarpaqlı tut buqaqları və qalığının tığı .
Kür fərasətsiz, tənbəl, bacarıqsız.
Kürə qulağı orta ölçülü heyvan.2. Çörək bişirilən soba.
Kürül bolluca, hədsiz-hüdutsuz var-dövlət.
Kütah elə qurtar, sözə, işə son qoy, başver.
Kütür-kütür topa-topa səpmiş yara.
Küyər 2 yaşlı keçi.
Qabax keçi buynuzu olmayan keçi.
Qacır qartal.
Qadarazi adamları idaraya çağıran adam.
Qaflan pələng.
Qafratel koperativ(dükan sözünün təhrif ölmuş forması.
Qağan igid lağ mənasında. vurub-yıxan.
Qax meyvələrin qurudulmuşu.
Qaxac qurudulmuş ət. Hədsiz qurumuş çörək.
Qala böyük qardaşa deyilir.
Qanqalaq baltanın ağzından çıxan odun parçaları,qalıqları.
Qanqırtaq təndirdə qalıb qurumuş çörək parçası.
Qannıpıçaq düşmən olmaq.
Qapızaq oğlaq-quzu küzünə qoyulmuş balaca qapı.
Qara qabar sağalmaz yara.
Qarabağır quş.
Qarabaqara 1.daban-dabana izləmək. 2.dalısınca düşmək.
Qaraburundan nəzərə almadan, kor-korana, təxminən.
Qaradalaq olmaq işləyib özünü haldan salmaq, yormaq.
Qaraqulaq 1.çaqqal.2.Nə qaraqulaq kimi qarışmısınız bir-.
Qarama 1.başa qapaz salmaq.2.dayaz bataqlıq.
Qarayara sağalmaz yara.
Qarınəpi qarınqulu, çox yeyən, yeməkdən doymayan.
Qarqaşa 1.ağır iş, nəhəng iş görmək.2.Ailə vəziyyəti ağır.
Qarpınmaq qatırın, eşşəyin ağzı ilə öz qarnını dişləməsi.
Qartökət -T- şəkilli damlardan qar tökmək aləti.
Qaşqa porsuq sözə baxmayan,hər sözə rədd cavabı verən adama deyilir..
Qaşqa alnında ağ xalı olan at, heyvan.
Qatqar yeməkdə hər şeyi bir-birinə qatmaq.
Qatma ip, bağ.
Qatmalı Buğda ilə bişirilən ayranaşı (dovğa).
Qatmecə müxtəlif ərzaqların birlikdə bişirilmiş xörək.
Qavra qavara, yiyə, balta-dəhrə itilədən əşya.
Qavrış için qavrış olsun , yəni için yansın.
Qazayağı ətirli, yarpağı qırçın-qırçın, yeməli yabanı səbzi.
Qeyzə gəlmək cürətə gəlmək.
Qəcələ sağsağan.
Qəcələbeyin huşsuz,ağılsız, ağlıyüngül.
Qəcəlov cığal, döyüş-mərəkə salan adam.
Qəcər yastı, yaşıla bürünmüşı təpə.
Qəcimək şaxta vurub donmaq,üşümək.
Qəddəmək ağacı, qələmi yonmaq.
Qəhər-qiyamət dözülməz çovğun-qiyamət.
Qəhətlik qıtlıq, yoxsulluq.
Qəhmər çıxmaq Tərəfini saxlamaq, təəssübünü çəkmək.
Qəhrin çəkmək 1.dərdin çəkmək.2.nazın çəkmək.
Qəmə bıçaq.
Qəmələmək bıçaqlamaq.
Qəndahara gedib Yubanan, boş yerə gedən adama lağ ilə deyilən söz..
Qərçinik Nüvədi dağlarında cin olan yerə deyilir..
Qəti-kəs bir dəfəlik, tamamilə.
Qətnəzər nəhayət.
Qətnəzər ondan əlavə, savayı.
Qəysər olmaq soyuqlamaq, soyuqdan üşümək,donmaq.
Qəysərxana qışda soyuq, buz kimi olan ev..
Qəzillə aldat, tovla.
Qıcanmaq hücum çəkmək.
Qıcı-qıcı dolmaya vurulan yabanı ədviyat.
Qıç eləmək dişləmək.
Qıdmov xəsis.
Qığ qoyun, keçi ifrazı.
Qıxmıq nəsil, qohum-qardaş.
Qıjov 1.maili, su iti axan arx, cüyə.2.Az, yavaş axan su .
Qılı çiling-ağac oyununda ikinci əsas hissə.
Qılovlamaq kərəntini, baltanı itiləmək.
Qımır çətin xasiyyətli, hikkəli, acıqı.
Qınqıt körpə uşağın lap az çölə getməsi (ifrazatı).
Qıpıq eləmək xəcalət etmək, nöqsanini tez-tez başına qaxmaq.
Qıra, Qovun yemiş.
Qırb dəyər,hörmət.
Qırçın qat-qat.
Qırğı çalağan, şahin.
Qırxbuğan yabanı səbzi.
Qırxlıq qoyun qırxmaq üçün alət.
Qırqıc ayaqdan şikəst. yeriyə bilməyən.
Qırqıta Narı ağacdan dərmək üçün ucu əyri uzun ağac.
Qirpmaq atın dişləməsi.
Qırrı qırlanmış kağız növü.Dam örtüyü üçün işlədilir.
Qırtıb oturmaq səssiz-səmirsiz oturmaq.
Qırtına vurur aralıqda boş-boşuna gəzmək.
Qısqanc cücü, həşarət.
Qısqı sıxıntı,tələsdirmək, tələb etmək.
Qısqılamaq tələsdirmək.
Qıvırraşmaq vurnuxmaq, çaxnaşmaq.
Qıvraq 1.cəld,tez,sürətli.2.Yığcam,səlqəli yüklənmiş yük.
Qıvşaq solmuş, xarab olmuş pis iy verən meyvə,ərzaq.
Qıy 1.zirvə.2. quş göydə QIY vurdu.
Qıyya çəkdim haray qoparmaq, haray salmaq,haraylamaq.
Qızıxmaq cinsi qızmaq, cinsi hisslərin coşa gəlməsi..
Qızılqabıq iri, sulu dənəli tez yetişən nar növü.
Qızırqanmaq xəsislik etmək, qıymamaq.
Qızışma paltarda, yorğan-döşəkdən,ustü-başdan pis iy.
Qızqaçırma qədim uşaq oyunu.
Qoca nənə. Anaya isə nənə deyirik..
Qolaylamaq hara gəldi tullamaq,tolazlamaq.
Qovurma qış üçün qovrulmuş ət.
Quqqu alapaxta quşu.
Quqqu kimi tək, tənha.
Quqqu yuvası çox darısqal,çox balaca ev.
Quqqulu-quu Tək-tənha.
Ququlu narın içindəki dənələrin pərdəli hissəsi.
Qulanc burnundan açılmış əlin son barmağına olan məsafə, bir metr.
Qultumac əllərini yelləmək.
Qultumac qultumacın yelləyir,yəni qollarını yelləyir,tovlayır,yırğalayır.
Quluncan müalicəvi ot.
Qum ağac budaqlarından bağlanmış şələ.
Qurşanmaq öyrəşmək,dadanmaq, bir şeyə vərdiş etmək.
Quşqun palanın arxa hissəsi. Və palanla bağlı sözlər:tüyərək, balığalar,qaşı....
Qut ye ürəyində qut olsun, yəni ye tox ol.
Qutu kimi yığcam. yöndəmli.
Quyruq döğub sentyabrın 5-də palıd ağacının yarpaqları arxasında qırmızı-sulu,yumuşaq maddə.
Quzuqulağı bağlarda və dağıarda bitən yabanı səbzi.
Lalovun acgöz, aclıqdan çıxmış, görməmiş adam.
Lam sakit, durğun, hərəkətsiz.
Laş (pazax ət, çındır ət) qabırğaların yanlarından sallanan ət parçasıı.
Lavızlı dadlı, ləzzətli.
Lavzama danışma, dinmə, hürmə.
Leylan çölü geniş xarabaya qalmış çöl, ağlını itirib çöllərə vurmaq.
Ləhləmək 1.itin istidən dilini eşiyə salıb töyşüməsi. 2.Qaçıb haldan düşmüş adamın töhşüməsi.3.bol suda islanmış torpaq.
Ləj düşüb incidiyi adamla dava-mərəkə aparan adam.
Ləms iflic, hərəkətdən, haldan düşmək.
Ləvərə toyuğun qabıqsız yumuptası.
Licim 1.yaraşıqsız geyimli,xarici görünüşsüz.2. tənbəl, ışləməyə həvəsi olmayan.
Lığanda ağacın budağını əyib yerə basdırmaqla onun çoxaldılması.
Lığlığa yaraya yığılmış irin-çirk, boğazda ağrılı irinli şiş.
Lılıx fırtıx.
Lılımır boş bişirilmlş yumurta, başdansovdu bişirilmiş yemək.
Lilov yaxantı su, kirli su.
Linc olmaq çox qaynayıb ötmüş xörək.
Lingini çəkmək axsamaq yanını, budunu çəkmək.
Lizipis zay etmək, yarıtmaz, səliqə-sahmansız.
Lov (başı lovlu, lov xəbəri) bəla, bəd xəbəri, başını yolub yelə vermək .
Löküt tam bişməmiş düyü, iri.
Löpük işlənmiş sabunun kiçik qalığı.
Lümə 1.kəsilmiş ağaçın qısa qalığı.2.itin kəsik quyruğu.
Lümə kötüyü,.
Madarın sovmaq kasıblıqdan başını bir təhər dolandırmaq.
Mafingi əldə qayırma, müvəqqəti.
Mağal yeri günorta heyvanların dincəldiyi, sağına gəldiyi yer.2. heyvanların gecə qaldığı yer .
Mağıl heç olmasa,buna baxmış.
Mahlım məgər, yoxsa?.
Maif gözdən şikəst, kor.
Malakovuş yabanı səbzi.
Malapır yayda qanadlı ağ balaca böcək.Kilim, gəbələri dalazlayır, (yalayir, yeyir) naxışları solur.
Maliyəsi bir qəpiklikdir dəyəri, qiyməti.
Mançıxıb acından haldan düşmək, sür-sümüyü çıxmış,arıq.
Marıtdamax güdmək, pusquda durmaq.
Maş balaca ağ və gəhrayı lobya.Şumer-Türklərdə də bu söz vardı..
Mat bərk doşab.
Mataran qarın.
Mezər barama sapından toxunmuş çarşaf.
Məjmeyin iri mis sini.
Məkə qarğıdalı. Köşşək qarğıdalının dənsiz çubuğu.
Mələs sulu, yumuşaq turş meyvə, peyvəst meyvə.
Məməri təməli, mayası.
Məntəqə heyvan sürülərini mayalandırılan yer.
Mərək yaylaqlarda saman yığılan yer, örtük.
Mərfəc kilim formasında toxunan, yorğan-döşək yığılan sandıq.
Mərs iki parça bağ arasındakı yer,zəmi arasındakı boş sahə.
Məzməzək mozalan.
Mıqıtməcaz tez küsən, inciyən, hirslənən.
Mıqqınmaq tərpənmək, durmaq.
Mırqız yanaqları qırmızı keçi.
Mirov bağların suvarılması üşün suya nəzarət edən adam.
Mısmırıq dodağını kefsizdən sallamaq, kefi pozulmaq.
Miz ətin, quru meyvənin qurdlanması.
Moltanı varlı-dövlətli, hərşeydən bol.
Mövəstil üzümün təzə uzanmış zoğu.
Muğaşar alça, gavalı qurusu.
Mulax narın, heyvanın budaqla qırıb saxlamaq.
Mulalı danışma örtülü, gizli danışmaq.
Mur qulağı, yanaqları ağ çil-çil keçi.
Murad quşu tut təzə yetişəndə sürülərlə tutdan-tuta qonub yeyən qaranquş irilikdə quşdur.
Mücavir növbətçi, qarovulçu.
Mülüd damın örtüyünə verilən palçıq.
Mülüd evin üstünə verilən palçıq.
Mür xalçanın ipini yeyən həşərat.2. dəmirin çürüməsi,yeyilməsi.
Müsəlli müsəlləh, ibadət olunan təpə, dağ.
Müstər çox tənbəl, işləməyə canı çıxır.
Nabıt olasan yox olasan, peşman olasan,yarımayasan.
Nal ağacı divar möhkəm olsun deyə hər tərəfə divar enində qoyulan qoşa ağac .
Nammıxıda maşallah, allah saxlasın.
Nanahır 1.yekəpər, kobud.2.Nəmli evlərdə ağ tarakan formalı bögək.
Netən-netən gözdən salınmış.Hər gələn bir söz deyir.
Neybət kifir, eybəcər.
Nığnıqa, Şinnik səs-küy, mərəkə.
Nışqar axurda qalan otun artığı.
Nızqa naxış, çörəyə, qoğala vurulan naxış.
Noştov səhər yeməyi yeməmək,ac olmaq.
Novrast iri, uzungiləli tez yetişən üzüm növü.
Nuhu-Nəbidən çox-çox qədimdən.
Nur pendir suyundan alınan şirintəhər məhsul.Şora bəvzər.
Olancadan olmaq haldan, heydən düşmək,hər yaxşı xasiyyətindən qalmaq..
Oruğa qoruq, örüş.
Oruğunu aşmaq həddini aşmaq.
Orux nəsil, zat.
Ovurtdaq yumru ətli sifət, ovurdu ətli adam.
Öfgə ağ ciyər.
Ölət ye qarğış,zəhrimar, ağı.
Öləzimək solmaq, zəifləmək.
Örük mal-heyvan uzağa getməsin deyə əlinə kəndir salıb ağaca, mıxa bağlamaq.
Övc etmək aptmaq, yaxşılaşmaq, inkişaf etmək.
Övcül qabaqcıl, əziz, lazımlı.
Pakı zəmidə 2-3 metr biçilmiş sahə.
Pandom qəbiz olmaq.
Papaq incir içi boş, şirəsiz iri əncir.
Pardaqlanmaq gül kimi açılmaq.
Parpın yabanı səbzi.Bişirib sarımsaq-qatıqla yeyilir və turşuya da qoyulur.
Partov ağzı söyüşlü, danışığını bilmıyən,ədəb gözləməyən.
Pata bəzəmək yalan, şər,böhtah demək.
Patava çəkmə, ayaqqabı, corab.
Pazax arıq, yağsız ət, cəmdək.
Perramaq qovmaq, kənarlaşdırmaq.
Peşər sağından sonra keçini-qoyunu yenidən sağmaq.
Peydahın kəsilsi nəslin, artımın kəsilsin.
Peysər yağlı boyun.
Peyvəst iri, əla növlü meyvə ağacı, və ya meyvə.
Pəl vurmaq yüklü ulağın yükünün ağaca,daşa toxunması .
Pəlləşmək iki yüklü malın bir-birinə toxunması, sürtünməsi.
Pənireyh yumuru yarpaqlı yabanı səbzi,sığatan bişirilir.
Pərdi evin ustunə döşənən ağaç, taxta.
Pərpiləmək danlamaq, qabağənə almaq.
Pəstah alət,lavazimat.
Pəşmi deyil vecinə deyil.
Pıçılqan ayaq barmaqlarının arasında çat, yara.
Pılçıx gözün iltihabı, gözün küncünə yığılmış çirk.
Pilk yastı, ağ, məxməri yarpaqlı yabanı koldur.Dəmləyib icdikdə sidik daşlarnın tökülməsinə və mədəyə kömək edir..
Pinc sınmış saxsını, kuzəni, nehrəni yamamaq üçün əhəng, su, pambığı bir yerdə döyülüb yumuşaq halına deyilir.
Pır soyumaqda olan təndirə azca odun qoyub yandırmaq.
Pırpız qaba, bir-birinə qarışmış.
Pıtırqan 1.çox künclu və iti tikanlı ot.2. pıtraq, dolu, bol.
Piyava bağ səbzisi, az acı və iştah gətirici qıyaq göyərti Pərvəriş rövnəq, şövq, qol-qanad açmaq.
Pompan yumru kök, ağır hərəkətli.
Pötüt fransız sözü olub balaca deməkdir. Bizdə də balaca, şuluq uşağa deyilir, bəzən də yetim qalasan mənasında.
Püfürdək heyvanın sidik kisəsi, keçmişdə uşaqlar kəsilmiş heyvanın sidiyini boşaldıb üfürüb şışırdər və əltopu edərdilər. .
Ravannamaq əzbərləmək, öyrənmək, vərdiş etmək.
Rəngan solğun, saralmış, zəifləmiş.
Rəşbər bağban.
Rəvac vermək sahmana, nizama salmaq, imkan vermək.
Rəzə cəftə, işkil.
Rıxtın çox ağır, iri daş.
Rikin divarın künclərinə qoyulan düz tilli, divarı nizamını təmin edən iri daş.
Sağal öküz sarı öküz.
Sağal tülkü bic, fırıldaq adam.
Sağanaq cəhrənin pəri (barabanı).
Sağır yetim.
Sağrı atın belinin arxa tərəfləri.
Samı boyunduruğu öküzün boynuna bağlamaq üçün qöşa çubuqlar .
Sattıqat ayaqyalın elə-belə qaçan uşaq, avara gəzən.
Selax 1.Dəridən olub küpün, saxsının ağzına bağlanır.2.dabansız,yüngül ayaqqabı..
Selinti selin gətirdiyi ağac, odun, çör-çöp.
Selov selab, dar dərə.
Serizə həmişə,aramsız.
Serizə həmişə.
Seybənd daşla döşənmiş yol, küçə, yer.
Seydim-sırıq başdansovdu, necə gəldi, səliqəsiz, sahmansız.
Seyin metal nimçə.
Səfilamanat toxunmadan, olduğu kimi,sağ-salamat.
Səhli saymaq saya salmamaq, eşitməmək, əməl etməmək.
Səkil heyvanın ayağında olan ağ xalı.
Səkmək kəklik kimi yerimək, dabanı üstə yerimək.
Sələ dən, sünbül yeməsin deyə ulağın,öküzün ağzına vurulan ağızlıq .
Səllimə başlı-başına, işsiz, bekar gəzən,ərköyün böyüyən.
Səmrimək kökəlmək.
Səmriyib kökəlib.
Səndirləmək az qala yıxılmaq.
Sərdan qoyun sürüsü sağılan yer.
Sicim atı, qatırı yükləmək üçün 8-10 metr kəndir.
Sığatan çirişdən, düyüdən hazırlanmış xörək.
Sığırquyruğu yabanı 80-90sm.hündürlukdə sarı çubuqlu bitgi.
Silə ağzına qədər dolu.
Sılıf təmizlənməmiş düyünün içində darııdan balaca,sarı olur.
Sillə şapalaq.
Simriyib həyasızlaşıb,sözə baxmayan.
Sinmək (inad adama deyilir) əyilmək, yumuşalmaq, razılaşmaq.
Sinni yaşlı, qoca.
Sırtıx. Sırıxlı pencək əvəzi.
Siyapır həyasız, utanmaz.
Sonqulamaq diqqətli olmaq, düşər-düşməzliyini sınamaq.
Sulu çörək yumru, bir qədər qalın təndir çörəyi.
Suncuxlamaq atılıb- düşmək, oynamaq.
Sunqulamax diqqət vermək, yoxlamaq, götür-qoy etmək.
Suraylamaq hara gəldi ayaqqabıli girmək,evdə gəzmək.
Suyumu oxşarı, bənzəri.
Suzalıb arıqlayıb, halsızlayıb.
Süddüyan ağ yapışqanl südlü kol.
Sülə, Sümsük hər şeyə tamah salan.
Sümsü söyüd, qoz budağından barmaq uzunluğunda hazırlanan fit çalmağa yarıyan əşya.
Süng eləmək var-yoxdan çıxartmaq.
Sürsat atılmış, lazımsız əşyalar.
Sürük rədd ol, itil, çəkil get.
Sütül buğdanın, qarğıdalının təzəcə yetişmişi.Sütül oğlandır, sütül qızdır, yəni təzəcə cavandır.
Şadara köşədən(dəridən) toxunmuş iri deşikli ələk.
Şax 1.buynuz.2. Gəlin aparanda iri nar budağının üstü çoxlu meyvələrlə bəzədilmiş şənlik ağacı.
Şax düz, qamətli, ütülü.
Şaxlanmaq fərəhlənmək, qürrələnmək.
Şaxşavar qollu-budaqlı quru ağac.
Şaqqavat hündür, boy-buxun, görkəm.
Şaqqıldamaq nərildəmək.
Şalax ərik iri, içi və ləti şirin ərik növü.
Şappır iri yarpaqlı.
Şayəd əgər, hərgah, işdir .
Şelə suyu gəzdirir ara vurmaq.
Şeşə vurub guya görünməz bir varlıq zəfər yetirib.
Şəfşirə quru meyvələr toplusu, yazağzı təzə çıxan meyvə,tərəvəz.
Şəngil yellənəcə.
Şəpə küləyin dərələrdə yığdığı qar topası.
Şərşəmət mərdiməzar, böhtan.
Şətəl ara vurmaq, şuluqluq qatmaq.
Şıdırğı yağır gur, müsibət yağmaq.
Şiqq ilə ərklə, birdən, açıqürəklə.
Şılın, Şılınlıq sıx kol, çətin keçilən kolluq.
Şingilim atmaq şıllaqlamaq, şıllaq atıb oynamaq.
Şinnik səs-küy, yığıncaq.
Şıpıtma əlüstü, dərhal, həmin an,qaçaraq gəlmək.
Şıppadanqulu gözlənilmədən, birdən, qəfildən.
Şırna daşdan tökülən su, nov, damlarda yağış üçün qoyulan novalça, su gur və hündürdən tökülənə şəlalə deyirik .
Şırtdanmaq.Əriyin əzmək yüngüllük etmək, sevinmək.
Şırtı düşük,yüngül xasiyyət,xoşagəlməz hərəkət.
Şiv ağacın zoğu, çubuğu.
Şivit Şüyüd.
Şorun-şortun çıxartmaq ağ eləmək.
Şötük tumanın, yopğan üzünün yanına salınan parça .
Şuğluzuma olmaq Allan yanında günah qazanmaq, günahkar olmaq, günah qazanmaq.
Şuğul bənnanın divarı tərəziləyən aləti.
Şurov, Şurova şoraba, turşu.
Şükürataz torpaq altda uzun, sirin yeyilən zoğ.
Şümrü başkəsən, cəllad, allahsız,kafir.
Tağalaq cəhrədə əyirilən düyçəni dağılmasın deyə iyə keçirilən qurumuş dairəvi dəri.
Tarıbaba qanadları dairəvi qırmızı,qara xallı balaca böcək.
Tay ipi atın, qatırın yanlarına salınacaq yükləri taylayan qısa kəndir.
Tazaraxlandı götürülüb qaçmaq.
Teyxa həmişə, bütünlüklə,tamamı ilə.
Teyxa həmişə, bütünlüklə.
Teztav qıvraq, cəld, tələsik.
Təfirqə heç nəsiz köçüb gəlmək.
Təhr etmək incimək, küsmək, inad göstərmək.
Təkər-təkər yekıə-yekə danışmaq, təkəbbürlülük.
Təllivəl güc-bəla ilə dayanan hər hansı bir şey, adam,bina.
Tərkibinə bax formasına, geyiminə, adamlığına bax.
Tərmə alaçıqların sıra ilə düzülüşü.
Təşbeh elə hesab elə, zənn elə,müqaisə.
Təzmək, Tazaraxlanmaq hürkmək, qaçmaq.
Tığ odun, nar, üzüm yığımı.
Tıxac səhəng ağzının qapağı.
Tılf meyvənin, çayın istifadəsindən sonra tullantısı.
Tılfı tökərəm döyüb əzişdirmək.
Tilimək təzəcə balasını əmməyə qoymayan keçiyə və ya yad keşiyə öz balası kimi tanıtmaq əməliyyatına tilimək deyilir.
Tilişgə ağacın, odunun nazik, itiuclu balaca hissəsi.
Tingə meyvə tingi.
Tipə-təpmə qəfildən, birdən, tələsik .
Tır Tır (adamdır,arvaddır): Yəni,çox tərs,inadcıl,sözə yatmayan.
Tır deyib durub inadcıl, tərs,zulum.
Tir eyvana, aryımaya salınmış xeyli uzuun ağac, mil.
Tirix qaramalın duru peyini.
Tisbir vəziyyət, hal.
Tısıx qarın, dünbək.
Tısıx qarnı.
Tit gətirmək oturuş gətirmək.
Tiyamər 1. Qışda dəhşətli şaxta.2. Yayda dözümsüz isti.
Torta ərinmiş yağın çöküntüsü.
Tor-toxum əsasan ata tərəfinin uzaq-yaxın qohumları.
Törə.Tösbərək balaca boy, liluput.
Tulazlamaq əl ağacını,odunu hara gəldi möhkəm tullamaq.
Tunquyub çömbəlib oturmaq, quruyub qalmaq, qısılmaq.
Tunquyub soyuqdan donmaq,bir yerdə qısılıb durmaq, arıqlayıb.
Turş nar-şərab.
Tutalrqa uşaqlıqdan adamın deyiklisi, adaxlısı .
Tuturuğu çıxıb istudən yanmaq.
Tünnük sıxlıq, qarma-qarışıqlıq,səsli-küylü yer.
Ucıbınıx öz aləmində nəsə düzəldən.Nuhun gəmisini düzəldən ÖVC- ibn-ƏNİQ düzəldib.O bütün Şərqdə UCIBINIX adlanır.
Uçurlanmaq döş, yol aşağı götürülüb qaçmaq.
Uğursaq mayalanmamış öğlaq, anası ölmüş yad keçiyə əmizdirilən oğlaq.
Ulas hündür meşə ağacı.
Uleylası adamın nəsli, nişanəsi, yurdda qalmayanı.
Ulumirzə lənət yəni ulu keçmişinə,ulu babalarına.
Umur fürsət.
Umur imkan, fürsət.
Unvay-künvay əzilmək, dağılmaq, yerilə-yeksan olmaq, əzişdirmək, döyüb əldən salmaq.
Uruq almaq heyvanın nəslin artırmaq.
Urvatlı əməlli-başlı, layiqli, abırlı.
Uşqunmax əldən çıxıb qaçmaq (Uşqunub elə hey sizə qaçır)..
Uvra lavaş çəkilərkən xəmir taxtaya və oxlova yapışmasın deyə xəmirə səpilən un .
Uzunşərif eləmə artıq danışma, çərənləmə, uzatma.
Ülə şəlalə.
Ümsük olmaq tamahdan şişmək.
Ünə. Dıtdı hünü, ağcaqanad, mığmığa.
Üstub şöhrət, yaraşıq, tərkib.
Üzlü pişik utanmaz, həyasız,sırtıq, abırsız.
Üzübəhəm sırtıq,həyasız,utanmaz.
Üzük-üzük qədim oyun.
Varavürt gözdən keçir, yoxla, izlə.
Vasqı çaqqal balası.
Vaşşax gətirmək həyəcanlanmaq, heyrətlənmək.
Vaveyla vay-şivən.
Veçə vermək 1.ağacin budağından, gövdəsindən zoğlamasi. 2. arı ailəsinin pöhrə verməsi.
Velə 1.avara, əlindən bir iş gəlməyən. 2.Əncirin lap tez yetişəni, iri və dadsız olur.
Vər 1. Zəmidə yan-yana düzülmüş biçinçilərin öz sahəsi. 2. başqasının əvəzinə, yerinə danışmaq .
Vərdənə oxlovdan yoğun və yumru gödək alət.
Vəryan ümumi arxdan bağa qyrılan su yolu.
Vılozla gücün çatdığı qədər daşı, ağacı tulla.
Vızılqan sürüşkən yer.
Vızqırt rədd ol get.
Vurğun vursun qəfil bəlayə gələsən.
Yabara rahbərə, üzüm tənəyi.
Yanbız yançaq.
Yandışlıq vermək acıqlandırmaq, qıcıqlandırmaq,yandıqlıq vermək.
Yanımcıl istiqanlı, canıyanan.
Yaslam alçaq təpə,dağın düzənlik yeri.
Yaşmax qapı çərçivəsinin yanlarına vuryulan nazik taxta.
Yatab eləmək sürgünə göndərmək.
Yatır, Kürülü var xəzinə, var-dövlət.
Yava (adan,heyvan) 1.Heç nəyə yaramayan adam.2. Sahibinin qapısına dadanmayan, gəlməyən heyvan.
Yavıx yaxın,.
Yavımaq yaxınlaşmaq, doğmalaşmaq.
Yavıncı möhtac,yalvarmaq.
Yavıncı möhtac.
Yaylam yerə sərilmış, yayılmış.
Yelinləyib boğaz heyvanın təninin(cins üzvüsünün şişməsi) doğmasına 4-5 gün qalma vaxtı.
Yelpizək nazik.
Yerikləyib məcazı mənada hamilə qadının hər hansı meyvəyə hədsiz tamahı.
Yetik heyvanın doğmasına qalmış az vaxt.
Yez nar iri və sulu dənəli,çox şirin nar.
Zandaxur kənarda, qıraqda, uzaq yerlərdə.
Zardov irin, çirk.
Zebov iş bacarmayan, avara, bekar gəzən, veyillənən.
Zel siçan ifrazı.
Zəris turşməzə salxımlı giləmeyvə.
Zibirik getmək əsir-yesir olmaq,haldan, əldən düşmək.
Zığ palçıq.
Zıxca.Dıra. Dırama artıq-qrtıq doldur.
Zil quş peyini.
Zingirtə üzüm salxımına birləşən bir neçə gilənin toplusu.
Zır düdüyünə qoymaq hər yerə car çəkmək,xəbər yaymaq.
Zir nəlbəki.
Ziri-zəbər yerlə-yeksan, yerə dəyib dağılmış.
Zırtı qırmızı üzüboz,abırsız, söz əsirgəməyən.
Zoğand evin bünövrəsi.
Dostları ilə paylaş: |