2. Qravimetrik üsul.
Neft və qaz yığımlarının axtarışında qravimetrik üsul da tətbiq edilir. Bu üsul neft və qaz yataqlarını müəyyən edərkən eyni layda yerləşən neft, qaz və suyun, onların əhatə etdikləri süxurların sıxlıq dərəcəsi fərqinə əsaslanır. Bu fərq kollektorların fiziki xüsusiyyətlərindən qaz, neft və suyun sıxlıqlarından (qaz, neft və suyun sıxlıqları orta hesabla 0,8 q/sm3 və 1 q/sm3- dir) asılıdır. Qeyd edilən əlamətlər qaz, neft və su yerləşən sahələrdə bir-birindən az fərqlənən lokal minimumlar əmələ gətirir ki, onlar da yüksək dəqiqliklə qravimetrik planalmalarda müəyyən edilir. Lakin bu cür hesabatlar bir qədər təxminidir. Belə planalmalar neftli-qazlı layların qalınlığı böyük olan yataqlarda aparılır. Əgər neftlilik və qazlılıqla əlaqədar olan qalınlıqlar 300-500 m olub, dərinlikləri 3000 mdən çox olmazsa, yüksək dəqiqlikdə aparılan qravimetrik axtarış müsbət nəticə verir. Qaz yataqlarında 1,5 - 2,5, neft-qaz və neft yataqlarında isə 1,5 mql olan lokal minimumlar müasir qravimetrlərlə yaxşı müəyyən edilir. Neft və qaz yığımlarının qravimetrik üsullarla birbaşa axtarışı keçmiş SSRİ-nin regionlarında tətbiq edilmişdir. Əksər halda neft və qaz yataqları maksimum fonda kiçik minimumla göstərilmişdir.
Dostları ilə paylaş: |