5. Maqnitometrik
üsul birbaşa axtarışda yeni istiqamət hesab olunur. Son zamanlar ABŞ-da aparılan teromaqnit tədqiqat demək olar ki, bütün neft və qaz yataqlarının üzərində maqnit anomaliyasının olduğunu göstərmişdir. Bu anomaliya kar
bohidrogen yataqları üzərində epigenetik (törəmə) maqnetit qrupu minerallarının əmələ gəlməsi hesabına qeydə alınmışdır. Törəmə maqnetit qrupu mineralları karbohidrogen və digər qazların üst laylara miqrasiyası və kimyəvi reaksiyası nəticəsində əmələ gəlməsi güman edilir. Maqnit kəşfiyyat üsulu ilə müəyyən edilmiş bu tip anomaliyalar, özlərindən aşağıda yerləşən stratiqrafik vahidlərdə neft və qaz yataqlarının varlığını göstərir. Qeyd olunan tədqiqat üsulları ilə yanaşı neft və qazın birbaşa axtarışında polyarizasiya və radio dalğaları üsulları da tətbiq olunur. Polyarizasiya üsulu neft və qaz yataqları sahəsində sulfidli mineralların anomal yayılmasına, radio-dalğalar üsulu isə neft, su və qaz-neft kontaktların radio-dalğalarında əks olunmasına əsaslanır.
Dostları ilə paylaş: |