İqtisadi riyazi üsullar



Yüklə 188,5 Kb.
səhifə1/4
tarix28.12.2021
ölçüsü188,5 Kb.
#17161
  1   2   3   4

İQTISADI - RIYAZI ÜSULLAR.

Elmi-texniki tərəqqinin müasir inkişaf tempi riyaziyyatın iqtisadiyyata tətbiqini genişləndirdiyi kimi, demək olar ki, iqtisadi təhlilin bütün üsulları və növləri üzrə aparılan tədqiqat işləri riyazi metodlara əsaslanır.

Riyazi üsullardan geniş itsifadə olunması iqtisadi təhlilin təkmilləşdirilməsinin əsas istiqamətidir. Onun tətbiq olunması müəssisə və onun ayrı-ayrı bölmələrinin fəaliyyətinin təhlilinin faydalılığmı yüksəldir. Buna təhlilin apanlma müddətinin ixtisar edilməsi, təsərrüfat fəaliyyətinin nəticəbrinə təsir göstərən amilbrin daha tam əhatə olunması, təqribi, yaxud sadələşdirilmiş hesablamalar dəqiq hesablamalarla əvəz edilməsi, praktiki olaraq elmi, yaxud təhlilin ənənəvi metodları ilə yerinə yetirilməsi mümkün olmayan yeni çoxtərəfli məsələlərin təşkili və. həlli hesabına nail olunur.

Müəssisənin təsərrüfat fəaliyyətinin iqtisadi təhlilində riyazi metodların tətbiqi aşağıdakılari tələb edir:

1. Müəssisənin iqtisadiyyatının öyrənilməsinə sistemli yanaşılmasını, müəssisənin fəaliyyətinin müxtəlif tərəfləri arasında mövcud olan bütün qarşılıqlı olaqələrin uçotunu, belə bir şəraitdə təhlilin özü kibernetik mənada sistem elementini alır;

2. Iqtisadi təhlilin köməyi ilə həll edilən, iqtisadi proses və hadisələrin kəmiyyət xarakteristikasını əks etdirən iqtisadi-riyazi modellər kompleksinin işlənilməsini;

3.Müəssisənin işinə dair iqtisadi informasiya sisteminin təkmilləşdirilməsini;

4. Iqtisadi təhlilin aparılması məqsədilə iqtisadi informasiyaların saxlanmasını, işlənməsini və ötürülməsini həyata keçirən texniki vəsaitlərin (EHM) mövcudluğunu;

5. Təhlilçilər, iqtisadçılar, iqtisadi-riyazi modelləşdirmə üzrə mütəxəssislər, hesablayıcı-riyaziyyatçılar, proqramlaşdırıcı operatorlar və s.-dən ibarət xüsusi analitiklər kollektiv təşkilini və s.

Iqtisadi təhlil geniş mənada təkcə stoxostik amilli təhlil sında deyil, həm də hər şeydən əvvəl amilli təhlildir. Amilli təhlildə tədqiqat obyekti kimi istifadə olunan iqtisadi göstəricilər nəticə göstəriciləri adlanır. Nəticə göstəriciləri kimi məsələdə iştirak edən göstəricilər, yəni onun hərəkətini təyin edən göstəricilər amillər göstəriciləri adlanır. İqtisadi təhlil hər şeydən əvvəl amilli təhlildir.

Amilli iqtisadi təhlil dedikdə ilkin amillər sistemindən tədricən son amillər sisteminə keçilməsi, nəticə göstəricilərinin dəyişməsinə təsir göstərən kəmiyyətcə ölçülən, birbaşa amillərin tam komplektinin açılması kimi başa düşülür.

Birbaşa amilli təhlil öz növbəsində aşağıdakı hissələrə ayrılır:

- determinləşdirilmiş amilli təhlil;

- qeyri amilli təhlil (sintez);

- stoxastik təhlil;

- bir pilləli təhlil;

- zəncirvari yerdəyişmə təhlili;

- statistik məkan amilli təhlil;

- dinamik təhlili;

- məkan amilli təhlili;

- müvəqqəti təhlil;

- cari iqtisadi təhlil;

- operativ təhlil;

- perspektiv iqtisadi təhlil;

Birbaşa amilli təhlil zamanı nəticə göstəricilərinin, yaxud proseslərin dəyişməsinə təsir göstərən ayrı-ayrı amillər aşkar nəticə göstəriciləri və müəyyən amillər komplekləri arasında determinləşdirilmiş (funksional) yaxud stoxastik asılılıq formaları təyin edilir və nəhayət iqtisadi nəticə göstəricilərinin dəyişməsində ayn-ayrı amillərin rolu aydınlaşdırılır.

Ümumi qayda olaraq göstəricilər arasındakı əlaqələrin asılılığına görə determinləşdirilmiş və stoxastik amilli təhlillər biri-birindən fərqləndirilir.

Determinləşdirilmiş funksional əlaqə dedikdə-müəyyən qeyri-təşadüfi nəticə əlamətinin mahiyyətinin amilləri əlamətinin mahiyyətilə tam uyğun gəlməsi başa düşülür. Stoxastik əlaqə bir çox nəticə əlamətinin mahiyyətinin hər bir amilin əlamətinin mahiyyətilə uyğunluğudur. Elə buna görə də iqtisadi təhlilin üsulları və qaydaları determinləşdirilmiş amilli təhlil metoduna və stoxastik amilli təhlil metoduna ayrılır. Amilli təhlil üsulunu amillər və nəticə göstəriciləri arasındakı əlaqə formalarma uyğun olaraq aşağıdakı kimi qruplaşdırmaq olar.

Amilli təhlil metodu həm determinləşdirilmiş amilli təhlil üsulunu və həm də stoxastik amilli təhlil üsulunu əhatə edir. Determinləşdirilmiş amilli təhlil üsuluna - zəncirvari yerdəyişmə; mütləq və nisbi fərq üsulu; yerləşdirilməmiş qalıqların adi üstəgəlinməsi; yekun fərqlərinin müəyyən edilməsi; loqarifmik; inteqral, indeks və işgüzar iştirak üsulu aiddir.

Stoxastik amilli təhlil üsuluna - korrelyasiya; dispersiya; çoxölçülü amilli təhlil və klaster təhlili aiddir. Müxtəlif qruplar üzrə sadəcə olaraq üsulların sadalanması göstərir ki, onların hamısı müxtəlif dərəcəli mürəkkəb riyazi aparatın tətbiqini tələb edir.

Analitik metodlar tətbiq olunan instrumentlərin mürəkkəbliyindən asılı olaraq adi riyazi və ali riyazi metodlarına ayrılır.

Adi riyazi metodlar ehtiyatlara tələbatın əsaslandırılması, istehsala məsariflər, biznes-planın işlənməsində, layihlərin hazırlanmasında, balans hesablarının və s. hesablanmasında isifadə edilir.

Klassik ali riyazi metodunun müstəqil şəkildə verilməsi onun tədqiqat işlərində riyazi statistik və riyazi metodları ilə birgə tətbiqindən əlavə ayrılıqda istifadə edilməsindən irəli galir. Elə buna görə də bir çox iqtisadi göstəricilərin səviyyəsinin dəyişməsinin amilli təhlilinin differensiallaşma və inteqrallaşmanın köməyi ilə həyata keçirmək mümkündür.

Optimallıq nöqteyi-nəzərindən bütün iqtisadi-riyazi metodlar (üsullar) iki qrupa - optimallaşdırılmış və optimallaşdırılmamış qruplara ayırırlar. Əgər tətbiq edilən metod nəzərdə tutulmuş optimallıq meyarını müəyyən etməyə imkan verirsə həmin optimallaşdırılmış metod qrupuna aid edilir. Axtarışlar optimallıq meyarı tətbiq olunmadığı şəritində həyata keçirildikdə həmin metod optimallaşdırılmamış metod adlanır,

Qeyd olunan metodların çoxcəhətliliyi tədqiqatçıya tədqiqatın müxtəlif növlərinın seçilməsinə geniş imkanlar verir. Təhlilin məqsədindən asılı olaraq tədqiqatçı bu və ya digər , üsulu, metodu tətbiq etməklə öz məqsədlərinə nail ola bilər.

Qeyd olunduğu kimi iqtisadi təhlildə riyazi metod kimi determinləşdirilmiş və stoxastik metodlardan da geniş istifadə edilir.

Məhdudiyyət şərtləri və məqsəd funksiyasının parametrləri tam, dəqiq kəmiyyətlərlə ifadə olunan modelə determinləşdirilmiş model deyilir.

Məhdudiyyət şərtləri və ya məqsəd funksiyalı ehtimal xarakteri daşıyan modelə staxostik model deyilir.

Birbaşa, determinləşdirilmiş amilli təhlilə aşağıdakılar misal ola bilər:



  1. Əmək məhsuldarlığı və işçilərin sayının məhsul istehsalının həcminə təsirinin təhlili. Bu zaman funksional əlaqə forması

olur. Burada у - məhsulun həcmini; z, x –amilləri göstərir.

2. Mənfəətin həcminin, əsas istehsal fondları və dövriyyə vəsaitlərinin dəyərinin rentabellik səviyyəsinə təsirinin təhlili. Burada funksional əlaqə forması

olur.

Bu formulada y - rentabellik səviyyəsini, z və r müvafıq amilləri göstərir. Birbaşa determinləşdirilmiş amili təhlil təsərrüfat fəaliyyətinin təhlilində daha geniş istifadə olunur.

İndi də birbaşa stoxastik amilli təhlil zamanı məsələnin qoyuluşu xüsusiyyətlərini nəzərdən keçirək. Əgər birbaşa determinləşdirilmiş amilli təhlildə təhlil üçün ilkin məlumatlar konkret sayda verilirsə, birbaşa stoxastik amilli təhlil zamanı isə onlar seçmə yolla verilir. Stoxastik amilli təhlil zamanı məsələnin həlli aşağıdakıları tələb edir:

1. Nəticə göstəricilərinə təsir göstərən əsas amillərin aşkar edilməsi üçün dərin iqtisadi tədqiqatin aparılmasıni;

2. Öyrənilən göstəricilərin amilbr kompleksi ilə həqiqi əlaqəsini daha düzgün əks etdirən reqresiya növünün seçilməsini;

3. Hər bir amilin nəticə göstəricilərinə təsirini müəyyən etməyə imkan verən metodun işlənilməsini.

Əgər birbaşa determinləşdirilmiş təhlilin nəticəsi dəqiq və eynimənalı (birmənalı) almırsa, onda birbaşa stoxastik təhlilin nəticəsi bəzi ehtimallıqla alınır. Birbaşa stoxastik amilli təhlilə əmək məhsuldarlığı və digər iqtisadi göstəricilərin reqresiya təhlilini misal göstərmək olar.

Iqtisadi təhlildə göstəricilərin detallaşdırılması, onların tərkib hissələrə bölüşdürülməsi kimi tapşırıqlarindan başqa bir sıra iqtisadi xarakterli göstəricilərin kompleks əlaqələndirilməsi, yəni nəzərdən keçiribn bütün iqtisadi göstəriciləri-arqumentləri özündə əks etdirən funksiyalarm qoyuluşu kimi bir qrup məsələlər tələb olunur. Beb halda, əks tapşırıq da verilir, yəni kompleksdəki bir sıra göstəricilərin birləşdirilməsi tapşırığı verilir.

Fərz edək ki, müəyyən iqtisadi prosesləri () xarakterizə edən x1,x2,...,xn göstəricilər komplekti verilmişdir. Bu göstəricilərin hər biri  prosesini birtərəfli xarakterizə edir. Bu luüda bütün göstəricilərin (x1,x2,...,xn) əsas xarakteristikalarını yaxud komplekt göstəricibrinin müəyyən hissəsini özündə əks etdirən  prosesinin dəyişməsi ilə əlaqədar olaraq f(xi) funksiyasının qurulması tələb olunur. Tədqiqatın məqsədindən asılı olaraq f(xi) funksiyası statistik yaxud dinamik prosesləri xarakterizə etməlidir. Belə məsələlərin qoyuluşu əks təsirli amilli təhlil adlandırılır.

Əks təsirli amilli təhlil məsəlılıri determinləşdirilmiş və stoxastik məsələlər ola bilər. Determinləşdirilmiş əks təsirli amilli təhlil məsələlərinə istehsal-təsərrüfat fəaliyyətinin kompleks qiymətləndirilməsi, habelə riyazi proqramlaşdirma, o cümlədən xətti proqramlaşdırma məsələlərini aid etmək olar. Stoxastik əks təsirli amilli təhlil məsələsinə isə məhsul buraxılışını həcmi ilə istehsal hətərəfləri arasında asılılığı müəyyən edən istehsal funsiyalarını misal göstərmək olar.

Iqtisadi göstəriciləri yaxud-prosesləri daha dəqiq tədqiq etmək üçün təkcə birpilləli təhlil aparmaqla kifayətlənmək olmaz. Həm də zəncirvari yerdəyişmə amilli təhlil, yəni statistik (məkan) və dinamik (məkan və zaman) təhlili də aparmaq lazımdır.

Fərz edək ki, «u» iqtissadi göstəricisi və ona təsir göstərən x1,x2,...,xn amilləri tədqiq edilir. Tədqiqatm məqsədindən asılı olaraq «u» göstəricisinin hərəkəti amilli təhlilin metodlarının biri ilə təhlil edilir. Əgər x1,x2,...,xn funksiyaları daha ilkin amillərdirsə, onda «u»-i təhlil etmək üçün x1,x2,...,xn -nin hərəkətini aydınlaşdırmaq lazımdır. Bunun üçün amillər aşağıdakı kimi detallaşdırılır:




Amillərin detallaşdırılmasını daha da dərinləşdirmək olar. Bundan sonra «u» göstəricisinin nəticəsini xarakterizə etmək üçün tədqiqatın nəticəsi tez sintez edilərək amilli təhlil məsələsi geriyə həll edilir. Tədqiqatın beb metodu amilli təhlilin statistik zəncirvari yerdəyişmə metodu adlanır.

Amilli iqtisadi təhlil məkan və ya vaxt (zaman) daxilində ayrı-ayrı mənbələr üzrə təsərrüfat fəaliyyətinin formalaşan nəticəsinə amillərin təsirinin aydınlaşdırılmasına istiqamətləndirilə bilər. Bir halda məkan amilli təhlil vasitəsilə müəssisə kollektivinin iş şəraiti və onun səviyyəsi, həmin səviyyəni təyin edən müsbət və mənfi amillər aydınlaşdırılır, deməli, istehsal kollektivinin işinin yekunlaşdırılması məkan amilli təhlilin tipik vəzifəsidir.

Təsərrüfat fəaliyyəti göstəricilərinin dinamik sıralarının təhlil edilməsi, onu təşkil edən sıraların səviyyəsinin hissələrə ayrılması (inkişafın əsas xətti - mövsümi yaxud dövrü, geniş təkrar istehsal ilə əlaqəli və s.) vaxt (zaman) amilli təhlilin vəzifəsidir. Amilli təhlilin vəzifələrinin təsnifləşdirilməsi bir çox iqtisadi məsələlərin qoyuluşunu nizama salır, onların həllində ümumi qanunauyğunluğun aşkara çıxarılmasına imkan verir. Əgər məsələnin qoyuluşü yuxarıda göstərilən təsnifatın bu və ya digər tipinə aid deyilsə, onda mürəkkəb iqtisadi prosesləri tədqiq edərkən məsələnin qoyuluşunu uyğunlaşdırmaq (kombinasiya etmək) mümkündür.

İqtisadi hadisələrin və proseslərin riyazi modelləşdirilməsi iqtisadi təhlilin ən mühüm vasitəsidir. O, tədqiqat aparılan obyekt haqqında dəqiq təsəvvür əldə etməyə, onun daxili quruluşu və xarici əlaqələrini kəmiyyətcə təsvir etməyə və xarakterizə etməyə imkan verir. Model idarəetmə (tədqiqat) obyektinin şərti obrazıdır. İdaraetmənin (tədqiqatın) səmərəliliyini yüksəltmək məqsədilə model idarəetmə subyektləri üzrə qurulur. Bu da obyektin tam xarakteristikasını, yəni xüsusiyyətini, struktur və funksional parametrlərini, onların qarşılıqh əlaqələrini və asılılığını hərtərəfli əks etdirməyə imkan verir.

Obyektin qabaqcadan öyrənilməsinə əsaslanaraq modelin qurulması, mühüm səciyyəvi xüsusiyyətlər üzrə onun fərqlənməsi, modelin eksperimental, yaxud nəzəri təhlili, nəticənin obyekt haqqındakı məlumatlarla müqayisə edilməsi, modelə düzəliş edilməsi modelləşdirmə metodunun məzmununu təşkil edir.

İqtisadi təhlil işində əsas etibarilə riyazi modeldən istifadə olunur. Öyrənilən iqtisadi proses və hadisələrin modeli ona xas olan daxili qanunauyğunluqlar, qarşılıqlı əlaqə və asılılıqlar riyazi dildə funksiya, bərabərlik, bərabərsizlik, qrafik, sxem və s. şəkildə yazılır.

Riyazi modellər kəmiyyət xarakteristikasına görə fərqlidır:

1. Ədədi modellər.



  1. Məntiqi modellər.

  2. Qrafik modellər.

Formal nöqteyi-nəzərindən amillər sisteminə daxil edilən amillər kəmiyyətcə ölçülə bilinən olmalıdır. Bu amillər sisteminin aşağıdakı modelləşdirmə üsulları vardır.

1. Amillər sisteminin uzadılması metodu:



ilkin amillər sistemini təşkil edir. Əgər ai –i ayrı-ayrı toplanan amillərin məbləği formasında nəzərdə tutsaq, zaman onda

a1 = a11 + a12+a13+... + a1n alarıq, o zaman

olmaqla son amillər sistemi formasında olmalıdır.

2. Amillər sisteminin genişləndirilməsi metodu. Burada ilkin amillər sistemi şəklində olur. Əgər kəsirin sürəti və məxrəcini eyni bir ədədi vurmaqla «genişləndirsək, onda yeni amillər sistemi alarıq».

yeni multiplikativ model forması -dir.

3. Amillər sisteminin qısaldılma metodu. İlkin amillər sistemi şəklindədir. Əgər kəsirin sürət və məxrəcini eyni bir ədədə bölsək, o zaman yeni-amillər sistemi alarıq (bu zaman təbiidir ki, amillərin ayrılması qaydasına əməl olunmalıdır).

Bu halda son amillər sisteminin formasını alırıq.

Beləliklə təsərrüfat fəaliyyəti göstəricilərinin öyrənilən səviyyəsinin formalaşması üzrə mürəkkəb proseslər və onları təşkil edən amilləri müxtəlif üsullarla hissələrə ayırmaqla amillər sisteminin determinləşdirilmiş modelində əks etdirlmək olar.

Məsələn, buraxılan u məhsulun həcminin əmələgəlmə prosesini tədqiq edərkən təhlil üçün aşağıdakı determinləşdirilmiş amillər sistemindən istifadə etmək olar:

Statik modeldə (a)

Dinamik modeldə (b)



burada


u - məhsulun həcmini;

x1 - işləyənlərin sayını;

x2 - təhlil edilən dövrdə orta illik işçi hesabı ilə əmək məhsuldarlığını;

x3 – işləyənlərin tərkibində fəhlələrin xüsusi çəkisini;

x4 - təhlil edilən dövrə bir fəhlə hesabı ilə əmək məhsuldarlığını;

x5 - iş günündən istifadə əmsalını;

x6 • iş saatından istifadə əmsalını;

x7 - bir fəhlə hesabı ilə orta saatlıq əmək məhsuldarlığını;

zy- məhsulun həcminin dəyişməsinin ümumi indeksini;

i1i2.....i7 - amillər indeksini göstərir.

1-3 modellər ümumi göstərici kimi məhsulun həcminin dəyişməsinə təsir göstərən amillərin detallaşdınlmasının ardıcıllıqla əks etdirir. Təsərrüfat fəaliyətinin digər göstəriciləri üçün anoloji qaydada model qurmaq olar.

Amillər sisteminin determinləşdirilmiş modelləşdirilməsinə əsasən iqtisadi göstəricilərin ilkin formulu üçün həmin göstəricilərin digər amil-göstəricilərilə nəzəri cəhətdən ehtimal olunan birbaşa əlaqələrini tamamilə oxşar şəkildə qurmaq imkanı yaranır. Amillər sisteminin determinləşdirilmiş modelləşdirilməsi iqtisadi göstəricilərin formal əlaqəbrinin sadə və faydalı vasitəsi hesab edilir.

Yuxarıda qeyd etdiyimiz kimi əhatə etdiyi informasiyanın dəqiqliyinə görə iqtisadi-riyazi modellər - determinik və stoxastik modellərə bölünür. Məhdudiyyət şərtləri və məqsəd funksiyasının parametrləri tam dəqiq və kəmiyyətlərlə ifadə olunan modeb determinləşdirilmiş model deyilir. Məhdudiyyət şərtləri və ya məqsəd funksiyalı ehtimal xarakteri -daşıyan modelə stoxastik model deyilir.

Amillər sisteminin determinləşdirilmiş modelləşdirilməsi birbaşa əlaqənin amillər dairəsində məhduddur. İqtisadi göstəricilərin kəmiyyətcə dəyişməsinin genişlənməsini yalnız kütləvi təcrübəyə əsaslanan məlumatların stoxastik təhlillə aydınlaşdırmaq mümkündür.

Stoxastik təhlil amillərin dolayı əlaqələrinin öyrənilməsinə yönəldilir. Buradan determinləşdirilmiş və stoxastik təhlilin əlaqəsinə dair elə nəticə çıxır ki, stoxastik təhlil köməkçi xarakter daşıdığı üçün birbaşa əlaqəbri birinci növbədə öyrənmək lazımdır. Deməli, stoxastik təhlil amillərin determinləşdirilmiş təhlilinin dərinləşdirilməsində vasitəçi kimi çıxış edir.

Təsərrüfat fəaliyyətinin ayrı-ayrı tərəflərinin qarşılıqlı əlaqəsinin amillər sisteminin stoxastik modelləşdirilməsi iqtisadi göstəricilərin mənasının müxtəlif şəkildə dəyişməsinin qunanauyğunluğunun ümumiləşdirilməsinə, yeni amillərin kəmiyyət xarakteristikasına və təsərrüfat fəaliyyətinin nəticələrinə istinad edir. Əlaqələrin kəmiyyət parametrləri məcmu rüfat obyektlərinin öyrənilən göstəricilərinin müqayisəsinə əsasən aşkar edilir. Beləliklə, stoxastik modelləşdirmənin birinci ilkin şərti tədqiqatın yekununun tərtib edilməsinin mümkünlüyü hesab edilir. Yeni müxtəlif şəraitdə bu və ya digər hadisənin parametrinin təkrarən ölçülməsinin mümkünlüyü hesab olunur.

Determinləşdirilmiş amilli təhlil zamanı müvafıq əsas kateqoriyalarin əlaqəsi sabit olduğu üçün öyrənibn hadisələrin modeli təsərrüfat obyektləri və dövrlər üzrə dəyişmir. Yalnız müxtəlif dövrlərdə ayrı-ayrı təsərrüfatın, yaxud bir təsərrüfatın fəaliyyətinin nəticələrinin müqayisə edilməsi zəruriyyəti zamanı modelə əsasən aşkara çıxarılmış analitik nəticələrin kəmiyyətinin müqayisə edilməsi haqqında məsələ meydana çıxa bilər. Stoxastik təhlildə real modelin əldə edilməsi üçün zəmin yaradan təcrübi məlumatların məcmuuna əsasən tərtib olunan modelin özü bütün ilkin tədqiqat hüdudunda əlaqələrin kəmiyyət xarakteristikasına uyğun gəlir. Bu o deməkdir ki, göstəricilərin mənasının müxtəlif formada dəyişdirilməsi , hadisələrin keyfiyyət tərəfınin bir mənalı müəyyənlik hüdudunda baş verməlidir. Deməli, əlaqələrin modelləşdirilməsinin stoxastik üsulunun tətbiq olunmasının ikinci ilkin şərti yekunun keyfiyyət eyniliyidir.

İqtisadi göstəricilərin dəyişməsinin öyrənilmiş qanunauyğunluğu gizli formada olur. O, tədqiqat nöqteyi-nəzərincə variasiya göstəricilərinin təsadüfi komponentləri ilə birləşir. Böyük ədədlər qanunu sübut edir ki, yalnız böyük cəmdə qanunauyğun əlaqələr sabit təsadüfı uyğunluq kimi çıxış edir. Buradan da stoxastik təhlilin üçüncü ilkin şərti - yəni öyrənilən qanunauyğunluğu kifayət qədər etibarlı və dəqiq aşkar etməyə imkan verən olduqca ahəngdar məcmuu tədqiqat aparılması imkanı yaranır. Modelin etibarlı və dəqiqlik səviyyəsi istehsal-təsərrüfat fəaliyyətinin idarə edilməsində modeldən istifadənin praktik məqsədləri üçün müəyyən edilir.

Göstəricilər səviyyəsinin müxtəlif şəkildə göstərilməsinin kütləvi məlumatlan arasında iqtisadi göstəricilərin kəmiyyət parametrlərini aşkar etməyə imkan verən metodların mövcudluğu stoxastik yanaşmanın dördüncü ilkin şərtidir. Tətbiq olunan metodların riyazi aparatı bəzən modelləşdirilən emprik materiala spesifık tələblər irəli sürür. İrəli sürülən tələblərin yerinə yetirilməsi metodların tətbiqi və alınan nəticələrin doğruluğunun vacib ilkin şərtidir.

Stoxastik amilli təhlilin əsas xüsusiyyəti ondan ibarətdir ki, belə təhlil zamanı keyfıyyət (nəzəri) təhil yolu ilə modeli qurmaq olmaz, mütləq emprik məlumatlarm kəmiyyət təhlili lazımdır.

İqtisadi tədqiqatlarda təsərrüfat hadisələri və proseslərinin stoxastik modelləşdirilməsinin aşağıdakı riyazi-statistik metodları tətbiq edilir:

1. Göstəricilər arasında əlaqə və korrelyasiyamn qiymətləndirilməsi;

2. Əlaqələrin statistik mənasının qiymətləndirilməsi;

3. Reqressiya təhlili;

4. İqtisadi göstəricilərin dövrü dəyişməsi parametrlərinin aşkar edilməsi;

5. Çoxsaylı müşahidəbrin qruplaşdırılması;

6. Dispersiya təhlili;

7. Müasir amilli (komponentli) təhlil;

8. Transformasiya təhlili.

Hər bir subyektin təsərrüfat fəaliyyətinin təhlili metodikasına riyazi-statistik metodlann daxil edilməsi zərurəti metodların köməyi ilə həll edilən kəmiyyət (statistik) məsələlərinin əhəmiyyətindən asılıdır.

İqtisadi təhlildə aşağıdakı daha tipik məsələləri ayırmaq olar:


  1. İqtisadi göstəricilərin əlaqəsinin mövcudluğu, istiqaməti və intensiviliyinin öyrənilməsi;

  2. Iqtisadi hadisələrin amillərinin təsnifləşdirilməsi;

3. Göstəricilər arasındakı əlaqənin analitik formasının aşkar edilməsi;

4. Göstəricilərin səviyyəsinin dəyişməsi dinamikasının səlisləşdirilməsi;

5. Göstəricilər səviyyəsinin qanunauyğun dövrü dəyişməsi parametrlərinin aşkar edilməsi;

6. Təsərrüfatların (birliklərin, müəssisələrin və onların bölmələrinin) növbələşdirilməsi və təsnifatı;

7. İqtisadi hadisələrin ölçüsünün (mürəkkəliliyinin, çoxcəhətliliyinin) öyrənilməsi;

8. Daha informatik (ümumiləşdirici) sintetik göstəricilərin aşkar edilməsi;

9. Iqtisadi göstəricilər sistemində əlaqələrin daxili strukturunun öyrənilməsi;

10. Müxtəlif yekunlarda əlaqələrin strukturunun müqayisə edilməsi.




Yüklə 188,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin