İqtisadi riyazi üsullar



Yüklə 188,5 Kb.
səhifə4/4
tarix28.12.2021
ölçüsü188,5 Kb.
#17161
1   2   3   4
Müqayisə üsulu. Bu üsul iqtisadi təhlildə proses və hadisələrin tədqiqinin əksər pillələrində tətbiq edilir. Ənənəvi üsul olan müqayisəli təhlilin mahiyyətini nəzərdən keçirək. Müqayisə dərketmənin elmi metodudur. Onu həyata keçirmək üçün qeyri-məlum (öyrənilən) hadisə, predmet, proses artıq məlum olan əvvəlcə öyrənilmişlərlə tutuşdurulur. Müqayisə yolu ilə ümumi və spesifık iqtisadi proseslərin inkişaf qanunauyğunluqları öyrənilir, təsərrüfat fəaliyyətinin əsasən aşağıdakı situasiyalan müqayisə edilir:

- biznes-planın yerinə yetirilmə səviyyəsini müəyyəh etmək üçün plan və faktiki göstəricilər;

- iqtisadi proseslərin inkişaf tendensiyasmı müəyyən etmək üçün cari ilin faktiki göstəricilərini ötən ilin faktiki göstəriciləri ilə;

- məsariflərə qənaəti və ehtiyatlara qənaət edə biləcək texnologiyanı tətbiq etmək məqsədilə faktiki göstəriciləri normativ göstəricibri ilə;

- təhlil aparılan müəssisələrin göstəricilərini qabaqcıl müəssisələrin göstəriciləri ilə;

- təhlili aparılan müəssisənin göstəricilərini iqtisadi-riyazi model ilə;

- ən optimal variantı müəyyən etmək üçün idarəetmə qərarlarının müxtəlf variantları ilə.

Müqayisə üsulu çox qədim tarixə malik, ən geniş yayılmış, nəinki iqtisadiyyat eimində, hətta belə bir çox elmi sahələrdə istifadə olunan bir üsuldur. Lakin müqayisə üsulundan istifadə olunan zaman bir sıra şərtlərə əməl olunmalıdır. Həmin şərtlərə əməl olunmadıqda heç bir düzgün nəticə əldə etmək mümkün deyildir. Həmin şərtlərə əsasən aşağıdakılar aiddir:

- həcm, dəyər, keyfiyyət, quruluş göstərictiərinin eyniliyi;

- müqayisə üçün hesablanan göstəricilərin əhatə dairəsi və əhatə etdiyi vaxtın, müddətin eyniliyi;

- müqayisə cdilən obyektlərin istehsal istiqamətinin, iqtisadi, texniki, təbii, iqlim və s. şəraitinin nəzərə almması;

- müəyyən olunan göstəricilərin və onların tərkibinin hesablanmasında eyni metodikadan istifadə edilməsi.

Məlum olduğu kimi istehsala məsrəflərin aşağı salınmasında məhsul istehsalı, yerinə yetirilmiş iş və xidmətlərin həcminin səviyyəsi mühüm rol oynayır.

Müqayisə üsulunun köməyi ilə öyrənilən göstəriciləri seçən zaman onları müqayisə etməyin mümkünlüyünü təyin etmək lazımdır. Müqayisəyə gəlməyən göstəricibrdən istifadə etmək lazım gəldikdə isə əvvəlcə hesablamalar aparmaq yolu ilə onları müqayisəyə gələn formaya salmaq lazımdır. Yəni tədqiqat üçün istifadə olunan bütün biznes-plan, cari uçot, hesabat və normativ göstəricilərini əvvəlcə müqayisəyə gələn şəklə salmaq və sonra müqayisə etmək lazımdır. Misal üçün, ümumi məhsulun maya dəyəri göstəricilərini təhlil etmək üçün faktiki istehsal edilmiş məhsullar biznes-plan maya dəyəri ilə hesablanılır. Sonra ümumi məhsulun faktiki maya dəyərini biznes-plan maya dəyəri ilə müqayisə etməklə maya dəyəri üzrə biznes-plandan kənarlaşma müəyyən edilir.

Müqayisəyə gəlməyən göstəriciləri müqayisəyə gələn şəklə salmaq üçün müəyyən hallarda mütləq kəmiyyətlər əvəzinə orta və nisbi kəmiyyətlərdən istifadə edilir.

Təsərrüfat fəaliyyətinin təhlilində ayrı-ayrı proses və hadisələri və onların müəssisənin istehsal fəaliyyətinə təsirini daha dəqiq aydınlaşdırmaq və qiymətləndirmək üçün hesabat ilinin faktiki göstəriciləri keçmiş dövrlərin göstəriciləri ilə yaxşı işləyən, eyni çeşiddə məhsul buraxan və eyni istehsal şəraitinə malik olan müəssisələrin göstəriciləri ilə müqayisə edilir. Bu üsulla apanlan təhlil nəticəsində qabaqcıl müəssisələrin iş təcrübəsi ətraflı öyrənilir. Belə təcrübənin geniş miqyasda yayılması, iş şəraitində istehsal istiqaməti eyni olan bütün müəssisələrdə tətbiqi və onlann işini xarakterizə edən əsas iqtisadi göstəricilərin yaxşılaşdırılması üçün ardıcıl olaraq əməli təkliflərin hazırlanması və onların həyata keçirilməsi təmin edilir.



Təcrübə göstərir ki, təhlil zamanı müqayisə üsulu ilə öyrənilən iqtisadi göstəricilərin sayı nə qədər çox olarsa, istifadə edilmiş ehtiyat mənbələrini daha dəqiq müəyyən etmək, düzgün nəticə çıxarmaq, qabaqcıl təcrübəni və mütərəqqi iş üsullarınm geniş yayılması üçün əməli təkliflər hazırlamaq imkanlan artır.





Yüklə 188,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin