H. M. HÜSeynov, A. Q. Abbasov neft-qaz yataqlarinin axtarişi və KƏŞFİyyati neft və qaz yiğimlarinin axtariş VƏ KƏŞFİyyat üsullari



Yüklə 127,86 Kb.
səhifə2/21
tarix14.04.2022
ölçüsü127,86 Kb.
#55410
1   2   3   4   5   6   7   8   9   ...   21
Axtarış və kəşfiyyat üsulları

Regional neft-qaz axtarışı işləri 1:100000 və 1:200000 miqyasında aparılır. Belə xəritəalmalar əsasında ən perspektivli zona və rayonlar müəyyən olunur ki, bunlar da sonradan mükəmməl xəritəalmaya verilir.

Mükəmməl xəritəalma axtarış etapında tətbiq olunur. Bu cür geoloji xəritələr 1:50000, 1:25000, 1:10000 miqyasında tərtib edilir. Mükəmməl axtarışda alətli geoloji xəritəalmadan geniş istifadə edilir. Bu cür xəritəalma əsasən yer qabığının yaxşı açıqlığa malik sahələrində tətbiq olunur. Belə xəritəalma ayrı-ayrı sahələrin tektonikasını və başqa geoloji xüsusiyyətlərini dəqiq öyrənməkdə son dərəcə əhəmiyyətli yer tutur.

Gəlmə torpaq qatı ilə örtülmüş sahələrdə geoloji xəritəalma qazma işləri ilə müşayət olunur. Bəzi hallarda mükəmməl xəritəalmada struktur qazmadan istifadə edilir. Burada geoloji xəritəalma ilə yanaşı struktur xəritələr də düzəldilir. Belə xəritəalma geoloji-struktur xəritəalma adlanır. Geoloji struktur xəritəalma zəif dislokasiya olunmuş, geoloji quruluşunda asanlıqla "markir" horizontlar ayrılması mümkün olan sahələrdə geniş tətbiq olunur. Son illər neft-qaz axtarışı işlərində geomorfoloji tədqiqatlar geniş tətbiq olunur. Bu üsulla ayrı-ayrı rayonlarda lokal strukturların öyrənilməsi mümkün olmuşdur.




Yüklə 127,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin