Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
46
5.
Metal adı bildirən termin səciyyəli sözlər:
silsilə,
təkbənd, küfə, hel və s.
6.
Mal-qara adı bildirən
termin səciyyəli sözlər: baytal,
bozax, tutma, binə, caylax, şamoy və s.
7.
Xalça növləri adı bildirən termin səciyyəli sözlər:
bəçəgöl,
dəmirçilər, mərəzə,
çin, kənarə və s.
8.
Musiqi alətləri adı bildirən termin səciyyəli sözlər:
cürə,
burbuğ və s.
Dilin lüğət tərkibinə nəzər salsaq görərik ki, hal-hazırda
elmi terminoloji leksikada çoxlu sayda dialekt sözlərinin
terminləşməsinə rast gəlmək mümkündür. Bu baxımdan
geologiya, iqtisadiyyat, tibb, botanika, zoologiya, musiqi,
idman, torpaqşünaslıq, heyvandarlıq elm sahələrində bu proses
özünü qabarıq şəkildə göstərir.
Geologiya Azərbaycanda hələ
qədim dövrlərdən mövcud
olan elm sahəsidir. Elmin inkişafı ilə bağlı olaraq bu sahə üzrə
xeyli sayda terminoloji lüğət nəşr olunmuşdur. Bu lüğətlərdə
dialekt sözləri hesabına yaranan bir çox geologiya terminləri
var. Həmin sözlərin tarixi inkişafına nəzər saldıqda məlum olur
ki,
bəzi sözlər əvvəlki, qədim mənalarını saxlayaraq
terminləşmiş, digərləri isə tam fərqli mənada xüsusiləşmişlər.
Məsələn,
bar sözü geologiyada “iri qum tirəsi,
su hövzəsinin
dib çöküntülərinin sahilə doğru eninə yerdəyişməsi nəticəsində
əmələ gələn tirə” mənasında termindir [191,s.49]. Bu söz
Ağsuda “çiy südün üzü”, Qazaxda “kif”, Ağdam, Bərdə,
Şuşada “xəstənin dilində, dodaqlarında əmələ gələn ağ ərp”
deməkdir [150,s.39]. Terminləşən bu sözün tarixi, əslində, daha
qədimlərə söykənir. Belə ki, V.V.Radlov lüğətdə
bar sözünün