Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə16/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   12   13   14   15   16   17   18   19   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
35 
“Azərbaycan xalq 
təbabəti terminləri”, 
H.Əsgərovun 
“Azərbaycan dilində zərgərlik terminləri” əsərləri xüsusilə 
maraqlıdır [18, 21, 26, 27, 33, 73, 74]. 
Terminləşmə nəticəsində dialekt sözləri məhdud məhəlli 
xarakterli sözdən elmi səciyyəli söz səviyyəsinə yüksəlir. 
Terminoloji işdə hər hansı anlayış deyil, yalnız müəyyən ter-
minlə ifadə edilən, elm və texnikanın müvafiq sahəsinə daxil 
olan anlayış əsas götürülür. S.Sadıqova yazır: “Termin 
yaradılan zaman dialekt və şivələrdə termini daha dəqiq, konk-
ret ifadə edən sözlərə üstünlük verilməlidir. Anlayışın ifadəsi 
üçün müxtəlif sözlərdən yalnız məfhumun mənasını düzgün, 
tam şəkildə ifadə edəni seçilməlidir. Dialekt və şivələrdə 
işlənən təsadüfi söz və ifadələr termin kimi işlədilməməlidir. 
Bu zaman dialektlərdən götürülüb terminə çevrilən sözlərin bu 
dildə müxtəlif məqamlarda işlənmə imkanı, termin 5yara-
dıcılığında rolu nəzərə alınmalıdır” [86,s.114]. Deməli, dialekt 
sözlərin termin kimi işlənmə məqamlarına dildə həssas 
yanaşmaq lazımdır. Hər cür dialekt sözünü elmi sahədə xü-
susiləşdirmək düzgün hesab olunmamalıdır. Eləcə də 
anlayışları təmsil etməyən sözlərin termin adlandırılması 
düzgün deyil. Çünki “termin elmin, texnikanın, incəsənətin an-
layışlarını, təbiət və cəmiyyətdə baş verən hadisələri, istehsal 
proseslərini bir-birindən fərqləndirmək üçün onlara verilən 
səciyyəvi addır” [88,s.268]. 
Beləliklə, terminlər elm, texnika, siyasət və mədəniyyətə 
aid xüsusiləşmiş mənalı söz və ifadələr hesab olunduğu üçün 
dildə işlənən hər hansı sözü terminologiyaya birbaşa daxil 
etmək düzgün deyil. Belə ki, söz terminləşərkən onun əvvəlki 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
36 
və sonrakı mənaları arasındakı əlaqələr dəyişir. Çünki 
terminləşmə prosesində sözün anlayış əlaqələri pozulur, se-
mantikasında dəyişikliklər baş verir. İlk növbədə məna 
xüsusiləşir. Söz terminləşdikdə termin-anlayış münasibəti təyin 
edilir, mütləq formada müəyyən sahə terminologiyasına daxil 
olur və definisiya əsasında təyin edən mənaya malik olur. 
Məhz bu prinsiplərə əsaslanaraq terminoloji leksikaya daxil 
etdiyimiz hər bir sözə diqqətlə yanaşmalıyıq. A.Qurbanov 
yazır: “Dialekt və şivələrdən söz almaqda ciddi ehtiyatlılıq 
tələb olunur. Çünki dialektlərdə işlənən hər sözü ədəbi dilə 
gətirmək olmaz, əks təqdirdə, bu, ədəbi dili ağırlaşdırır, onun 
inkişafına mənfi təsir göstərə bilər” [59,s.105]. Həqiqətən də
dialektlərdə işlək olan hər bir sözü olduğu kimi ədəbi dilə 
gətirmək olmaz. Dialekt sözləri də ədəbi dil normalarına tabe 
olaraq işlədilməlidir. Dialektlərdə ədəbi dilə xas olmayan uzun, 
qısa və burun saitləri işlənir. Eləcə də dialektlərdə ədəbi dilə 
xas olmayan ƞ¸ (sağır n), dişarası z, qovuşuq dz, tz, eləcə də x' 
və s. samitlər var. Səslərin mahiyyət etibarilə qalınlaşması, 
incələşməsi, karlaşması, cingiltiləşməsi halları da dialektlər 
üçün norma hesab olunur. Dialekt və şivələrdə rast gəlinən səs 
əvəzlənməsi hadisələri həm ayrı-ayrı dialekt və şivələr, həm 
dialektlərlə ədəbi dil arasında olan fərqli cəhətləri nümayiş 
etdirir. Bu isə həm dilimizin qədim xüsusiyyətlərini meydana 
çıxartmaq, həm də Azərbaycan dili ilə başqa türk dilləri ara-
sında oxşar və fərqli cəhətləri göstərmək üçün olduqca qiymətli 
faktlar verir. F.de Sössür fonetik dəyişmələrin sərhədsizliyini 
işarənin ixtiyariliyi ilə bağlayaraq qeyd edir: “Kimsə hər hansı 
fonetik dəyişməni izah etmək istəsə, əmin olacaq ki, onlar 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin