Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
28
Q.Məşədiyev, N.Seyidəliyev “İzahlı
onomastik terminlər
lüğəti”, A.Q.Ağayev “Maliyyə terminlərinin izahlı lüğəti”,
“İzahlı iqtisadi terminlər lüğəti” II cilddə, Q.Məhərrəmli
“Mediada işlənən alınma terminlərin izahlı lüğəti”,
“Jurnalistika terminləri lüğəti”, Q.Əliyev, A.Rüstəmova
“İzahlı diplomatiya terminləri lüğəti”, N.Əliyeva, R.Şərifov,
C.Əhmədov “İnformatika terminlərinin izahlı lüğəti”,
R.Sədirxanov, R.Həsənov “Bank-maliyyə terminlərinin izahlı
lüğəti”, R.Məmmədli “İngiliscə-azərbaycanca izahlı kompüter
terminləri lüğəti”, S.N.Alimetov, N.B.Məmmədli, Ş.S.İbrahi-
mova, A.S.Alimetov “Tibb terminləri
və klinik simptomlar
lüğəti”, “İnşaat terminləri lüğəti (ingiliscə-rusca-azər-
baycanca)”
(tərtibçilər:
İ.H.Bəhərçinov,
Ş.H.Həsənov,
N.M.Qaraisayev, Ş.H.Xəlilli), A.İsmayılov “Kütləvi informasi-
ya vasitələrində işlənən terminlər lüğəti”, “Logistika ter-
minlərinin izahlı lüğət”i (redaktor: akademik A.Paşayev;
tərtibçilər: Elman Nəcəfov, Ənvər Həzərxanov,
Azər Qur-
banov, Heydər Turabov, Məlahət Mənsimli, Emin Qasımov,
Könül
Hüseynova, Polad İsmayılov), S.Sadıqova , S.Quliyeva
“İzahlı terminlər lüğəti”, İsmayıl Calallı “İnformatika termin-
lərinin izahlı lüğəti” nəşr olunmuşdur.
Son dövrlər nəşr olunan ikidilli lüğətlər sırasında
“İngiliscə-azərbaycanca izahlı kompüter terminləri lüğəti”
diqqətə layiqdir. Lüğətdə internet,
kompüter və informasiya,
kommunikasiya, texnologiya sahəsində ən çox işlədilən söz,
ifadə və xüsusi terminlərin ingiliscə açılışı və azərbaycanca
qarşılığı verilir. 8300-dən çox sözdən ibarət olan bu lüğətə ilk