Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
19
uzaqlaşaraq tamamilə yeni mənada terminləşir. Beləliklə,
sözlər səs tərkibi, formaca sabit qalmaq şərti ilə yeni
mənalardan əlavə terminoloji mənalar da qazanır, məsələn:
qırış sözü ümumişlək söz kimi “bir şeyin büküldüyü və
qatlandığı yerdə qalan iz”, maliyyə sahəsində “investorlar üçün
maraq doğuran, onların diqqətini çəkən maliyyə innovasiyası,
maliyyə bazarında qeyri-adi hadisə”dir.
Müasir Azərbaycan dilində terminlər üzərində aparılan
müşahidələr göstərir ki, semantik üsulla formalaşmış
terminlərin əksəriyyəti qrammatik mənsubiyyətinə görə
isimdirlər. Həmçinin bu isimlərin hamısı ümumişlək sözlərdir
və semantik inkişaf nəticəsində termin funksiyasında işlənirlər.
“Elmi-texniki inkişaf nəticəsində meydana çıxan anlayışları
yeni sözlərlə ifadə etmək əvəzinə, dilin daxili imkanlarına
əsaslanaraq lüğət tərkibində işlənən sözlərə yeni semantik
məna vermək daha məqsədəuyğundur” [53,s.54]. Semantik
üsuldan hazırda geniş şəkildə istifadə olunur. Daha doğrusu,
müasir ədəbi dillərin terminologiyasında sözlərin mənasının
dəyişdirilməsi üsulu geniş tətbiq olunur. Hazırda elm və
texnikanın ayrı-ayrı sahələrində bu üsullarla yaranmış terminlər
çoxdur. Hamıya məlum olan Azərbaycan sözlərindən terminlər
yaratmaq, yaxud onlardan termin kimi istifadə edilməsi daha
məqsədəuyğundur. Çünki Azərbaycan dilində terminologiyanın
yaradılması və zənginləşməsi üçün ən əlverişli yol dilin daxili
imkanları əsasında terminlərin yaradılmasıdır. Müasir
Azərbaycan dilində terminoloji sistemin təhlili göstərir ki, bü-
tün terminoloji sahələrdə ümumişlək sözlərin terminləşməsi ilə
bağlı yaranmış çoxlu sayda terminoloji vahidlər mövcuddur.
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
20
Dilin daxili imkanları hesabına termin yaradıcılığı
prosesində
kalkalar
müasir
dövrdə
istifadə
olunan
üsullardandır. Kalkaetmə prosesinin öyrənilməsi ictimai-siyasi
əhəmiyyət kəsb edən dil əlaqələrinin tədqiqi probleminin bir
tərkib hissəsidir. Bu prosesin öyrənilməsi, həmçinin müasir
dildə baş verən hadisələrin təhlili və tədbiqi ilə bir həma-
hənglik təşkil edir. Bu baxımdan X.V.Quliyevanın “Rus
dilindən Azərbaycan dilinə kalkaetmə yolları” adlı
monoqrafiyası kalkaların yaranmasını şərtləndirən dildaxili və
dilxarici amillər, kalkaların çoxaspektli xüsusiyyətləri təhlil
olunması baxımından diqqəti cəlb edir. O yazır: “Kalkalaşma
meyli müasir dövrdə sözalmaya nisbətən xüsusilə fəaldır. Çün-
ki yeni sözlərin əsas qismi mətbuatda işlənir, ümumişlək
səciyyə qazana bilmir. Ona görə də təbii yolla həmin sözlərin
kalkasının yaradılmasına zərurət əmələ gəlir” [54,s.113].
Azərbaycan dilində kalka yolu ilə termin-söz birləşmələri
yaradılarkən həm dilimizin terminlərindən, həm də
sözdüzəldici şəkilçilərindən geniş istifadə olunur. Hal-hazırda
kalka üsulu ilə yaradılan yeni termin-söz birləşmələrinin
miqdarı daha çoxdur. Bu üsulla yaradılan terminlərin böyük bir
qismini sintaktik yolla əmələ gələn terminlər təşkil edir. Mə-
sələn: aralıq istehlak, artırılmış balans, bilik iqtisadiyyatı, borc
neytrallığı və s. Terminologiyada kalka üsulu ilə yaradılan
terminlərin üstünlük təşkil etməsi elmlərin inkişafı, bir-birinə
inteqrasiya etməsi, müstəqillik qazandıqdan sonra başqa
ölkələrlə azad, siyasi, iqtisadi əlaqələrin artması ilə bağlıdır.
Tərcümə üsulu ilə termin yaradıcılığı prosesi müasir dildə
ən çox müraciət olunan üsullardandır. Son dövrlər bir çox elmi
|