Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
11
cəhətləri aydınlaşdırılmaqla bərabər, terminoloji tədqiqatların
kompleks şəkildə aparılması metodikası da verilmişdir [44].
A.Hacıyevin “Azərbaycan dilində termin yaradıcılığı” adlı
tədqiqat işində 1950-1990-cı illərdə Azərbaycan dilində termin
yaradıcılığı prosesinin izlənilməsi məhz ilk dəfə öz əksini
tapmış, terminoloji leksika həm tarixilik, həm müasirlik, həm
də nəzəri və praktik cəhətdən tədqiqata cəlb edilmişdir. 1950-
1990-cı illərdə həm milli dil hesabına yaranan, həm dilimizə
başqa dillərdən keçən terminlərin, həmçinin söz-termin
yaradıcılığı ilə bağlı bəzi məsələlərin şərhi dissertasiyada öz
əksini tapmışdır [28].
T.Quliyevin tədqiqat işində isə bütövlükdə 1920-1990-cı
illərdə Azərbaycan ədəbi dilində gedən leksik-terminoloji
yeniləşmə prosesi, dilimizin daxili imkanları hesabına leksik-
terminoloji yeniləşmədə alınma problemi və əvəzetmə meylləri
ilk dəfə olaraq araşdırılmışdır [53].
Terminşünaslığın elmi-nəzəri və əməli məsələlərinə dair
doktorluq və namizədlik dissertasiyaları, elmin müasir
səviyyəsini əks etdirən dəyərli araşdırmalar və təkliflər bu elm
sahəsinin böyük perspektivlərə malik olmasını, onun ayrı-ayrı
problemlərinə dair tədqiqatların aparılmasına ehtiyac olduğunu
bir daha sübut edir.
Elmi-texniki tərəqqinin hazırkı mərhələsində mülki
aviasiyanın müxtəlif sahələrinə aid terminlərin tədqiqi, onların
yaranma və işlənmə xüsusiyyətlərinin dəqiqləşdirilməsi, ni-
zama salınması, unifikasiyası və standartlaşdırılmasının həlli
son dərəcə vacib məsələlərdən birinə çevrilmişdir. Bu
baxımdans. M.Əliyevanın “İngilis və Azərbaycan dillərində
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
12
aviasiya terminlərinin struktur-semantik və funksional təhlili”,
M.Musayevanın “Azərbaycan dilində mülki aviasiya
terminlərinin formalaşmasında tərcümənin rolu” adlı monoqra-
fiyaları diqqəti cəlb edir [24,76]. M.Musayeva monoqrafiyada
aviasiya terminlərinin spesifik xüsusiyyətləri, yaranma yolları,
formalaşmasında tərcümənin rolu və mənbələrini nəzəri
aspektdə araşdırmışdır. Bu sahə daim inkişafdadır və yeni
yaranan terminlər struktur cəhətdən diqqəti cəlb edir.
Terminologiya elmin, texnikanın, istehsalatın, sənaye və
kənd təsərrüfatının, ədəbiyyat və incəsənətin, iqtisadiyyat,
ictimai-siyasi həyatın müxtəlif sahələrinə məxsus anlayışları
dəqiq və dürüst ifadə edən xüsusi funksiyalı leksikanı əhatə
edir. Terminologiya leksikologiyanın ən fəal, dəyişkən, artan,
təkmilləşən, yeniləşən hissəsi olmaqla yanaşı, sosial-iqtisadi
inkişaf, elmi texniki tərəqqi, mədəni inqilab, istehsalın inten-
sivləşməsi nəticəsində yaranan çoxlu sayda elmi səciyyəli
sözlərin toplum olaraq yaratdığı sistemdir. Yəni dilin leksik
qatının xüsusi funksiyalı hissəsini təşkil edən vahidlər termi-
noloji sistem yaradır. Bu sistemə daxil olan sözlər fərqli
xüsusiyyətləri, spesifik əlamətləri ilə digər sözlərdən seçilir və
dilin elmi üslubunun formalaşmasında başlıca rol oynayır. Son
dövrlər ölkə iqtisadiyyatında aparılan iqtisadi islahatlar bank-
maliyyə fəaliyyətinin inkişaf xüsusiyyətlərinə və terminoloji
bazasına təsirini göstərir, onun fasiləsiz dəyişməsini tələb edir.
Bazar
iqtisadiyyatına
keçidlə
bağlı
iqtisadi-siyasi
terminologiyaya aid dilimizin lüğət tərkibinə yeni terminlər
daxil olmuşdur. Bu sahədə işlənən terminlərin böyük qismi ana
dilimizdə işlənən sözlərdir: borc, gəlir, bazar, xidmət, iştirakçı
|