Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
33
əlaqəsi təkcə onun mövcudluğunu deyil, eyni zamanda bu
anlayışın sonrakı məna inkişaflarını istiqamətləndirməyə də
kömək edir. Məna və anlayış əlaqələrinin sözlərdə əks
olunması onların ayrı-ayrılıqda nəyisə ifadə etməsini göstərmir.
Bu hal onları ayırmaq, fərqləndirməklə yanaşı, aralarında vahid
oxşar cəhətin olmasını da üzə çıxarır.
Terminologiya ayrıca xüsusi sözyaratma üsul və vasitələrə
malik deyil. Terminologiyada da ümumi ədəbi dildə sözlərin
yaradılması üçün istifadə olunan üsul və vasitələrindən istifadə
edilir. Belə ki, leksik-semantik üsulla yaranan terminlərin
böyük əksəriyyəti ümumxalq sözlərinin termin səciyyəsi
qazanması hesabına baş verib. Ümumxalq sözlərin
terminləşməsinin digər halı isə sözlərin semantik baxımdan
dəyişməsi hesabına baş verir. Semantik baxımdan dəyişərək
terminləşən leksik vahidlərdən biri də dialekt sözləridir.
İctimai-tarixi inkişaf prosesinin nəticəsi olan dialektizmlər
ədəbi dilin inkişafında rol oynamaqla yanaşı, Azərbaycan ədəbi
dilinin inkişaf edib formalaşmasında bir mənbədir və daim
qalmaqdadır. M.İslamov yazır: “Dialekt və şivələr elə bir
zəngin xəzinədir ki, termin yaradıcılığında ondan həmişə, hər
zaman istifadə etmək mümkündür” [43,s.39]. M.Qasımov da
dialekt sözlərindən qaynaqlanaraq termin yaratmanın tərəfdarı
olmuşdur: “Termin yaradılarkən dilimizin dialekt və
şivələrindən də istifadə edilməsi zəruridir. Çünki ayrı-ayrı
sahələr üzrə terminologiyanın təkmilləşməsi və terminlərin
dəqiqləşdirilməsi üçün dialektlərdə zəngin material var”
[47,s.117]. Beləliklə, dilin terminoloji leksikasının inkişafında
dialekt sözləri əsas mənbələrdən hesab olunur. B.Əhmədov
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
34
yazır: “Yenidənqurma şəraitində milli dillərin hərtərəfli tədqiqi
və inkişafı üçün böyük imkanlar yaranmışdır. İndi kökə
qayıtmaq, dilin daxili qanun və qaydaları əsasında onun
sözlərini geniş türkoloji areala çıxartmaq zərurəti dilçilərimizin
qarşısında mühüm bir problem kimi durur. Qədim abidələrin,
ədəbi və elmi mənbələrin, canlı şivələrin sözlərinin başqa türk
dilləri, onların abidələri, şivələri ilə tutuşdurmaq, tarixi
müqayisəli metodun bütün imkanlarından istifadə dilçiliyimizə
böyük uğurlar gətirə bilər [23,s.71-72]. Deməli, dialekt
sözlərindən bəhrələnərək terminoloji leksikanı inkişaf etdirmək
dilin öz tarixini, soykökünü, milliliyini qorumaq üçün əsas
vasitələrdən biri hesab oluna bilər. Dialekt sözlərinin
terminləşmə prosesi keçən əsrin 30-cu illərdə Azərbaycan
dilinin terminologiyasının müxtəlif sahələrini əhatə etmişdir.
Bu hadisə günümüzə qədər davam edir. Bununla bağlı bir çox
tədqiqatlar yazılmışdır. Bu dissertasiyalarda dialekt və şivələrin
müəyyən sahələr üzrə leksik mənaları şərh edilməklə yanaşı,
onların funksional xüsusiyyətləri, strukturları haqqında da
məlumat verilmişdir [33, 37, 47, 68, 90].
Son dövrlərdə müasir dildə terminoloji leksikanın dialekt
sözləri hesabına zənginləşməsi istiqamətində
yazılan
dissertasiyalar arasında K.Dənziyevanın “Azərbaycan dilində
toy mərasimi leksikası”, H.Əsgərovun “Azərbaycan dilinin
maddi mədəniyyət leksikası”, E.Mirzəyevin “Azərbaycan dili
Lənkəran və Astara şivələrinin terminoloji leksikası”, H.Mir-
zəyevin “Azərbaycan dilində kargüzarlıq terminləri”,
Ə.Həsənovanın
“Azərbaycan
xalq
təsərrüfatı
terminologiyasının
nəzəri
əsasları”,
A.Cəfərovanın
|