5. Tədris və istehsalat təcrübəsi Ali məktəblərdə tədris və istehsalat təcrübəsi təlim pro-
sesinin xüsusi forması olub, tələbələrin bilavasitə istehsalatda
peşə-ixtisas biliklərinə, bacarıq və vərdişlərinə yiyələnmək im-
kanını təmin edir. Onların başlıca məqsədi tələbələrin istehsalat
fəaliyyətində nəzəri bilikləri möhkəmləndirmək və gələcək
mütəxəssis üçün zəruri olan peşə bacarıq və qabiliyyətlərini
formalaşdırmaqdan ibarətdir.
Ali məktəbdə verilən peşə-ixtisas sahələrindən asılı
olaraq tələbələrin təcrübəsi iki istiqamətdə aparılır: a) istehsalat
təcrübəsi; b) pedaqoji təcrübə.
stehsalat təcrübəsi təhsilin həyatla, mütəxəssisin nəzəri
hazırlığı ilə praktik fəaliyyətini əlaqələndirməyə kömək edir.
Bu təcrübə mütəxəssis hazırlığının həlledici mərhələsidir. O,
ixtisasla bağlı bacarıq və vərdişlər formalaşdırmağa, nəzəri
bilikləri istehsalata tətbiq etməklə möhkəmləndirməyə imkan
verir. İstehsalat təcrübəsi təkcə texniki təhsillə yox, ali təhsilin
digər sahələri ilə də (iqtisadiyyat, təbabət, humanitar, coğrafiya,
geologiya və s.) bağlı olub, bütün təcrübə sahələrini əhatə edir.
İstehsalat təcrübəsi zamanı tələbələr müvafiq proqrama uyğun
olaraq peşə-ixtisas sahəsi ilə əlaqədar nəzərdə tutulan işləri
yerinə yetirir, yeni texnologiyalarla tanış olur, kurs və buraxılış
işləri üçün material toplayırlar.
İstehsalat təcrübəsinə ümumi tədris-metodik rəhbərliyi
ali məktəbin müvafiq ixtisas kafedraları həyata keçirir. İs-
tehsalat müəssisəsində isə bu işə yüksək ixtisaslı mütəxəssislər
cəlb edilir.
Pedaqoji təcrübə pedaqoji təmayüllü ali təhsildə çox
mühüm yer tutur və yüksək ixtisaslı müəllim kadrları hazırlığı
sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir. O, tələbələrin ali
142
təhsildə qazandıqları nəzəri bilikləri pedaqoji prosesə tətbiq
etməyə, onları pedaqoji fəaliyyətə əməli cəhətdən hazırlaşmağa
kömək göstərir. Pedaqoji təcrübə müxtəlif vəzifələri yerinə ye-
tirir:
- nəzəri bilikləri tətbiq edib möhkəmlətmək;
- müəllim üçün zəruri olan peşə bacarıq və vərdişlərinin,
habelə şəxsi keyfiyyətlərin formalaşmasını təmin etmək;
- tələbələri yeni pedaqoji texnologiyalarla, iş metodları ilə
tanış etmək;
- tələbələrdə pedaqoji prosesə yaradıcı yanaşmaq bacarığı,
yeni pedaqoji təfəkkür formalaşdırmaq;
- pedaqoji ünsiyyət mədəniyyəti formalaşdırmaq və s.
Pedaqoji təcrübədə bu vəzifələr kompleks şəkildə hə-
yata keçirilməlidir. Pedaqoji təcrübənin təşkili və keçirilməsi
qaydaları müvafiq əsasnamə ilə müəyyən edilir.
Təcrübə müddətində tələbənin işi bir neçə istiqamətdə qurulur:
a) təlim işi: fənn müəlliminin işi ilə tanış olmalı, dərs-
lərini dinləməli, nəzərdə tutulan sınaq dərslərini deməlidir (6-8
dərs);
b) tərbiyə işləri: pedaqogika kafedrasının nümayəndəsi
tərəfindən verilən tərbiyə tədbirlərini yerinə yetirməli, təhkim
olunduğu sinifdə sinif rəhbərinin köməkçisi kimi fəaliyyət gös-
tərməlidir;
c) psixoloji iş: psixologiya kafedrasının nümayəndəsinin
təqdim etdiyi psixoloji müşahidə proqramını yerinə yetirmə-
lidir;
ç) tədqiqatçılıq işi: metodistin, pedaqoqun və ya psi-
xoloqun verdiyi tapşırıqlar üzrə tədqiqat aparmalı, onun nəti-
cələrini təhlil edib ümumiləşdirməlidir. Tələbə habelə kurs və
buraxılış işi üçün materiallar toplamalıdır.
Tələbələr öz fəaliyyətlərini fərdi plan üzrə, dərslərin və
tərbiyə tədbirlərinin xüsusi qrafiki əsasında həyata keçirirlər.
Hər bir dərs (tərbiyə tədbiri) metodistin (pedaqoqun) iştirakı ilə
143
təhlil edilib qiymətləndirilir.
Təcrübənin sonunda metodist, pedaqoq və psixoloq gö-
rülmüş işlərə əsasən tələbələrin fəaliyyətini birlikdə qiymətlən-
dirirlər. Pedaqoji təcrübə yekun konfransı ilə başa çatır.