5
qiqatlar ali məktəbin bütün sahələrini – tədris-tərbiyə, elmi fəa-
liyyət, pedaqoji ünsiyyət, ali məktəbə rəhbərlik, ali təhsil is-
lahatı və s. məsələləri əhatə edir. Onun həll etdiyi konkret
vəzifələri qısaca nəzərdən keçirək:
1. Ali məktəbdə təhsilin məzmununu,
mütəxəssisin
ümumelmi, ixtisas və peşə hazırlığının optimal nisbətini, ayrı-
ayrı ixtisaslar üzrə nəzəriyyə və təcrübənin vəhdətini, fən-
lərarası və fəndaxili əlaqələri müəyyənləşdirmək və bu əsasda
mütəxəssis hazırlığını modelləşdirmək, tələbələrin peşə hazır-
lığının nəzəri və metodik məsələlərini işləyib hazırlamaq.
2. Gələcək mütəxəssis üçün zəruri olan bilik, bacarıq və
vərdişlərin tələbələr tərəfindən şüurlu və dərindən öyrənilmə-
sinin səmərəli yollarını, ali təhsilin qanunauyğunluqları və prin-
siplərinin reallaşdırılması imkanlarını,
elmi cəhətdən əsaslan-
dırılmış metod və priyomları, yeni mütərəqqi təlim texnolo-
giyalarını və onların tətbiqi şərtlərini müəyyənləşdirmək.
3. Ali məktəbdə tədrisin səmərəli formalarını, onların im-
kanlarını, təşkili qaydalarını, tələbə müstəqil işinin səmərəliliyi-
nin artırılması, təhsilin elmi yaradıcılıqla əlaqələndirilməsi, müa-
sir texnologiyalardan istifadə edilməsi yollarını tədqiq etmək.
4. Tələbə gənclərin bir şəxsiyyət-Vətəndaş kimi tərbiyəsi
prosesinin mahiyyətini, qanunauyğunluqlarını, məzmun, vasitə,
metod və formalarını müəyyənləşdirmək əsasında ali məktəbdə
tərbiyə işinin metodikasını təkmilləşdirmək və zənginləşdir-
mək, tərbiyə təcrübəsində yeni texnologiyaların tətbiqi imkan-
larını və səmərəliliyini araşdırmaq; tələbələrin auditoriyadan-
kənar fəaliyyətinin forma və metodlarını müəyyənləşdirmək.
5. Müasir ali məktəb müəlliminin nəzəri cəhətdən əsaslan-
dırılmış modelini işləyib hazırlamaq, qabaqcıl müəllimlərin iş
metodlarını, texnologiyalarını, müəllim
əməyinin qiymətləndi-
rilməsi meyarlarını, əməyin stimullaşdırılması yollarını, müəl-
lim peşəsinin professioqramını, ona verilən pedaqoji tələbləri
müəyyənləşdirmək.
6. Ali məktəbdə ictimai təşkilatların fəaliyyətini, gənc mü-
6
təxəssislərin hazırlanması və tərbiyəsində, tələbə özünüidarəsinin
inkişafında onların rolunu tədqiq etmək.
7. Ali məktəbə rəhbərlik məsələlərini öyrənmək, idarə-
etmə strukturlarının optimal forma və metodlarını,
pedaqoji
əsaslarını müəyyənləşdirmək.
8. Ali təhsil islahatı ilə bağlı aktual problemlərin həll
edilməsi.
Göründüyü kimi, ali məktəb pedaqogikası qarşısında du-
ran problemlərin araşdırılması, ali məktəbdə tədris-tərbiyə və
elmi fəaliyyətin, idarəetmənin çox müxtəlif aspektlərinin təd-
qiqi ali təhsilin və mütəxəssis hazırlığının yeni keyfiyyət mər-
hələsinə qaldırılmasına, təhsilimizin
dünya təhsil sisteminə in-
teqrasiyasına imkan verəcəkdir.
Ali məktəb pedaqogikası, bir elm kimi, pedaqoji elmlər
sistemində özünəməxsus yer tutur, cəmiyyətin ali məktəb qar-
şısında qoyduğu çox mühüm nəzəri və praktik məsələlərin həl-
linə kömək göstərir. Ali məktəb pedaqogikasını elm və tədris
fənni kimi fərqləndirmək lazımdır. İkinci halda o,
gələcəkdə
elmi-pedaqoji fəaliyyətə hazırlaşan magistrant və doktorantlar
üçün ali məktəb məsələlərini öyrənməkdə mühüm mənbə
rolunu oynayır.
Ali məktəb pedaqogikasına yiyələnməklə gələcək müəl-
limlər ali məktəbdə elmi-pedaqoji fəaliyyətə daha yaxşı hazır-
lana bilərlər.
Dostları ilə paylaş: