M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Xaricdə ali təhsil sistemi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə14/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
3. Xaricdə ali təhsil sistemi 
Xaricdə ali təhsil, əsasən, universitetlərdə həyata keçirilir: 
tələbələrin böyük qismi aparıcı ali təhsil müəssisəsi kimi 
universitetlərdə təhsil alır. Bundan əlavə konkret ixtisaslar üzrə 
ali təhsili institutlarda, bəzi ölkələrdə (məsələn, ABŞ-da, İngil-
tərədə) ali kolleclərdə də (təhsil müddəti 4-5 il olur) almaq 
mümkündür. Kolleclər universitetlər nəzdində və ya müstəqil 
fəaliyyət göstərir. Məsələn, Oksford Universitetinin nəzdində 
30-dan çox kollec fəaliyyət göstərir. 
Ali təhsil almağın nisbətən geniş yayılmış forması qiyabi 
təhsildir. İngiltərədə tələbələrin 50%-i bu formada təhsil alır. 
Bu hal təhsil haqqının yüksək olması ilə bağlıdır. Tələbələr 
təhsil haqqını ödəmək üçün işləmək məcburiyyətində qalırlar.
Xarici ölkələrin böyük qismində dövlət ali məktəbləri ilə 
yanaşı, qeyri-dövlət (özəl) təhsil müəssisələri də geniş yayılmış-
dır. Belə ali məktəblər ayrı-ayrı şəxslər, təhsil korporasiyaları, 
monopolist ittifaqlar və s. tərəfindən açılır. Məsələn, ABŞ-da 


26 
ali məktəblərin yarıdan çoxu özəl məktəblər olub iri korpora-
siya və monopoliyaların fondu hesabına maliyyələşir. Yaponi-
yada bütün ali məktəblərin 72%-i bu cür fəaliyyət göstərir və 
ölkədəki tələbələrin 70%-dən çoxunu əhatə edir. Bəzi ölkələrdə 
isə ali təhsil müəssisələri, əsasən, dövlətə məxsusdur (İngil-
tərə). 
Bir çox ölkələrdə fərdi qaydada təhsil geniş yayılmışdır. 
Tələbələr özləri üçün fərdi tədris planı seçir və tyutor-müəl-
limin rəhbərliyi altında işləyirlər.  
Ali məktəbə qəbulu, bir qayda olaraq, ali təhsil müəs-
sisələri özləri müsabiqə əsasında aparır. Qəbulda orta məktəbdə 
alınan ballar həlledici əhəmiyyət kəsb edir.
Xaricdə ali məktəblər üçün ümumi cəhət tələbələrin mə-
nimsəmələri üzərində sistemli nəzarət aparılmasından və təlim 
göstəricilərinin ciddi şəkildə hesaba alınmasından ibarətdir. 
Yoxlama, nəzarət həm universitetdaxili, həm də müvafiq qu-
rumlar tərəfindən həyata keçirilir.
Bəzi ölkələrdə (məsələn, Almaniyada) universitet məzun-
ları iki il ixtisas üzrə işlədikdən sonra dövlət imtahanı verirlər. 
Bu dövrdə onlar praktik təcrübə qazanır, ali məktəb də həmin 
müddətdə onlara nəzəri və metodik köməklik göstərir. 
Universitetlərdə təhsilin keyfiyyətinə yuxarı qurumlar 
tərəfindən də nəzarət edilir. Bəzi ölkələrdə bu işi Təhsil De-
Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin