39
məktəb, əmək, məhəllə, yoldaşlıq mühiti). Makromühit isə cə-
miyyət həyatıdır, geniş sosial mühitdir. İnsanın inkişafına hər
iki mühit güclü təsir göstərir. Kiçik yaşlarda mikromühitin
təsiri böyükdür. Körpəlikdən heyvan sürüsünə düşən uşaqların
həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur.
Mikromühit geniş sosial mühitin tərkib hissəsidir. Cəmiy-
yətdə gedən proseslər ailədə, məktəbdə,
əmək kollektivlərində
də özünü göstərir. Cəmiyyətin demokratik xarakteri, hüququn
aliliyi, ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhə-
miyyətə malikdir. Valideynlərdən biri məşhur fizik Pifaqordan
soruşmuşdu: “Övladımı tərbiyəli
böyütmək üçün mən nə
etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız ədalətli cə-
miyyətdə yaşayarsa, heç nədən narahat olmayın, əks halda
verdiyiniz tərbiyənin də müsbət nəticəsi olmayacaq”.
İnsan şəxsiyyətinin formalaşmasında mikro- və makro-
mühitlə yanaşı
mezamühit (etnomədəni amillər, yaşayış məskə-
ninin tipi, kütləvi kommunikasiya vasitələri) də mühüm rol
oynayır.
Cəmiyyət həyatı, onun maddi və mənəvi sərvətləri tərbiyə
işində həlledici şərtdir. Şəxsiyyətin tələbatlarını, mənəvi sərvət-
lərini də cəmiyyət müəyyən edir.
Mühitin insana
təsirini mütləqləşdirmək olmaz; mühit
insanın inkişafını öz-özünə, mexaniki surətdə müəyyən etmir.
Mühitin təsirləri insanın özünün inkişaf səviyyəsindən, psixo-
loji xüsusiyyətlərindən asılı olaraq dəyişilir.
Müxtəlif inkişaf
səviyyəsində olan iki adam hətta eyni şəraitdə böyüsələr belə,
onu eyni şəkildə başa düşmürlər. Deməli, mühit onlar üçün
eyni məna kəsb etmir. Bu zəmində də insanla ətraf mühit ara-
sında özünəməxsus münasibət formalaşır. Eyni mühitdə (ailədə,
məhəllədə) yaşayan, eyni məktəbdə oxuyan bacı və qardaşların
fərqli inkişafı bununla izah edilə bilər.
Mühitin təsiri çox zaman birbaşa yox, vasitəli şəkildə –
başqa adamlara, ətrafdakılara, böyüklərin
tələblərinə münasi-
bəti, daxili mövqeyi vasitəsilə özünü göstərir. Odur ki, insanın
40
daxili mövqeyi, tələbatları, meylləri nə qədər düzgün formala-
şarsa, mühitin mənfi təsirinə onun müqavimət gücü bir o qədər
artar.
Dostları ilə paylaş: