43
dən yetkinləşirlər. Bu dövrdə elmi biliklərin,
həyat təcrübəsi-
nin, müstəqil düşüncə və davranışın sintezi sayəsində gənclərdə
dünyagörüşü, etik və estetik baxışlar daha intensiv formalaşır.
Nəzəri təsəvvürlərin bir çox sahələri (məhəbbət, ailə, dostluq və
s.) gənclər üçün praktik əhəmiyyət kəsb edir.
Tələbə gənclərin
davranışı, mənəvi inkişafı daha çox
onların əxlaqi şüuru, əqidəsi, yönəlişliyi ilə şərtlənir. Onlar
şəraitdən, vəziyyətdən asılı olaraq düzgün davranış vərdişlərinə
yiyələnirlər. Bir çox mənəvi-əxlaqi anlayışlar (borc və vəzifə
hissi, şəxsi ləyaqət,
qurur hissi, şərəf, vicdan, ədalət və s.)
gənclər üçün daha böyük məna kəsb edir.
Tələbələr
müstəqilliyə, özlərinin “
böyüklüyünü” təsdiq et-
dirməyə can atır, bəzi müəllimlərin onlara inamsız yanaşma-
sına, “böyüklükləri” ilə hesablaşmamasına, özlərini tələbədən
üstün tutmasına açıq və ya gizli etiraz edirlər. Belə hallar, o
cümlədən böyüklərin təzyiqi bir çox tələbələrdə (xüsusən
oğlanlarda) güclü neqativ reaksiya doğurur. Gənclərdə “bö-
yüklük” hissi özünüifadə, özünütəsdiq hissləri və öz fərdiy-
yətini ifadə etmək səyləri ilə qovuşur. Müəllimlər tələbə gənc-
lərin “böyüklük” hissinə, şəxsiyyətinə hörmətlə yanaşmalı, on-
ların özünütəsdiq və özünüifadəsi üçün kömək göstərməlidirlər.
Gənclər hər cür fədarkarlığa hazırdırlar. Sözü üzə demək-
dən çəkinmir,
cəsarətli və qorxmazdırlar, daha çox
romantik
olurlar, xəyallarla yaşayırlar. Lakin
onlardan bir qismi roman-
tikanı həyat haqqında suni, qeyri-real təsəvvürlərlə qarışdırırlar.
Nəticədə onlarda bəzi neqativ hallar (tənbəllik, məyusluq) baş
qaldırır: onlara elə gəlir ki, özlərini əhatə edən nə varsa hamısı
cansıxıcı, boz, diqqəti çəkməyən adi şeylərdir. Belə hallarla
qarşılaşdıqda müəllimlər gənclərin həyata, gələcəyə inamını,
ümidini artırmağa çalışmalıdırlar.
Gənclər üçün özünütəhlil, təndiq, özünütənqid, özünüqiy-
mətləndirmə səciyyəvidir. Onlar
tənqid etməyi xoşlayırlar, baş-
qalarını qiymətləndirərkən çox vaxt ifrata yol verirlər. Bəzən
belə ifratçılıq böyüklərin, xüsusən yaşlı müəllimlərin fikir-
44
lərinə, rəyinə, məsləhətlərinə qarşı mənfi münasibətə keçir.
Lazımi tərbiyə işi aparılmadıqda belə münasibət münaqişələrə
gətirib çıxara bilər.
Tələbə gənclərin
özünüqiymətləndirməsi bəzən qeyri-real,
ziddiyyətli olur. Özünüqiymətləndirmə ideal və real “Mən”in
müqayisəsi yolu ilə həyata keçirilir. Çox vaxt ideal “Mən”
kifayət qədər dərk edilmir, real “Mən” isə o qədər də aydın
olmur (tutğun və xəyali olur). Belə hal tələbədə özünə qarşı
daxili inamsızlığa gətirib çıxara bilər. Bu isə,
öz növbəsində,
çox vaxt zahiri aqressivliklə, kobudluqla müşayiət olunur.
Tələbə gənclərin sosial-psixoloji yetkinliyi
seçdikləri
ixtisaslara şüurlu münasibətlərində özünü göstərir. Düzgün
seçilmiş ixtisas gənclərin təlimə fəal və məsuliyyətli yanaşma-
sına, şəxsiyyətin zəruri keyfiyyətlərinin formalaşmasına müsbət
təsir edir. Bu halda dövlət məqsədləri ilə tələbələrin şəxsi
məqsədləri üst-üstə düşür, lazımi səmərə verir. Təcrübə göstərir
ki, ali məktəbdə seçdikləri ixtisaslara şüurlu yanaşan tələbələr
ilk günlərdən təlimə böyük səy və maraq göstərir, tapşırıqları
yüksək
səviyyədə yerinə yetirir, mühazirə və seminar məşğə-
lələrində fəal olur, ali məktəbin daxili qaydalarına əməl edirlər.
Əksinə, daxil olduqları ixtisasa təsadüfi gələn tələbələr müha-
zirələrdə laqeydlik, intizamsızlıq göstərir, qeydlər aparmır, arxa
tərəfdə oturub söhbət edir və ya mobil telefonla oynayırlar.
İmkan yarandıqda belələri mənfi motivlə birləşib mühazirə və
məşğələlərə mane olurlar.
Belə halların qarşısını almaq üçün fakültə dekanlığı, ix-
tisas kafedraları, müəllimlər tələbələrlə təlim və peşəyönümü
istiqamətində fərdi iş aparmalı, peşəyə maraq və meyl for-
malaşdırmağa, onun cəmiyyət və gəncin şəxsi həyatı üçün nə
kimi rol oynadığını aydınlaşdırmağa çalışmalıdırlar. Bu məq-
sədlə “İxtisasa giriş” kursunun tədrisi (daha doğrusu,
bərpa
edilməsi) səmərəli olardı.
Tələbələrin zehni, mənəvi, psixi inkişafı ziddiyyətlər və
onların həlli ilə bağlıdır.
45
Gənclik yaşı üçün müəyyən
sosial-psixoloji ziddiyyətlər
səciyyəvidir. Onlardan bəzilərini qeyd edək:
- tələbə gənclərin geniş arzuları ilə onları həyata keçirmək
imkanları arasında ziddiyyət;
- maddi və mənəvi tələbatların artması ilə onları təmin
etmək üçün iqtisadi imkanlar arasındakı ziddiyyət;
- böyük həcmdə informasiyalarla onları
dərindən dərk
etmək imkanları və vasitələri arasında ziddiyyət;
- böyük həcmdə tədris materiallarını mənimsəmək zə-
rurəti ilə tələbənin vaxt büdcəsi arasındakı ziddiyyət;
- ali məktəb həyatının ciddi norma və qaydaları ilə
tələbənin müstəqilliyi, sərbəstliyi arasındakı ziddiyyət və s.
Tələbə şəxsiyyətinin formalaşması ilə bağlı göstərilən
ziddiyyətlər və onların həlli ali məktəbdə tədris-tərbiyə işinin,
habelə mütəxəssis hazırlığının məzmununu,
forma və metod-
larını təkmilləşdirməkdə mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: