M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Akademik (nəzəri) qabiliyyətlər



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə33/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Akademik (nəzəri) qabiliyyətlər – müəyyən elm sahəsi 
ilə (fizika, riyaziyyat, pedaqogika, psixologiya və s.) bağlı 
qabiliyyətlərdir. Akademik qabiliyyətli müəllim yüksək elmi ha-
zırlığı, geniş dünyagörüşü, elmi problemlərə dərin marağı ilə 
seçilir. Tələbələr belə müəllimin timsalında ağıllı, bilikli, düşün-
cəli, elmi səriştəsi olan bir ziyalı – alimi, şəxsiyyəti və tərbiyəçini 
görürlər. O, tədris etdiyi elmə, mövzuya, mühazirə materiallarına 
tam sərbəst yanaşır, elmi yenilikləri auditoriyaya gətirir, öz fikir-
lərini elmi cəhətdən əsaslandırır, tələbələr qarşısında elmi prob-
lemlər qoyub, onlarda elmə maraq yaradır.


56 
Didaktik qabiliyyətlər – müəllimin öyrətmək məharəti-
dir. Bəzən müəllimin yüksək elmi səviyyəsi olsa da, öyrətməyi 
bacarmır.
Didaktik qabiliyyətə malik olan müəllim isə elmi bilikləri 
daha yaxşı çatdırır, mövzunu tələbələrin başa düşəcəkləri 
şəkildə, onların səviyyəsinə müvafiq tərzdə izah edir, fikirlərin 
sadə, aydın, anlaşıqlı olmasına çalışır. Belə müəllim hələ məş-
ğələyə hazırlaşarkən keçiləcək materialın çətinlik dərəcəsi 
üzərində fikirləşir, ən başlıca məsələləri ayırır. Məşğələ zamanı 
materialın tələbələr tərəfindən necə mənimsənilməsinə, nə dərə-
cədə maraqla dinlənilməsinə fikir verir, zəruri olduqda tədris 
materialı üzərində müəyyən dəyişiklik aparır: materialın həc-
mini, çətinlik dərəcəsini tənzim edir. 
Didaktik qabiliyyətlərə yiyələnmək üçün müəllim peda-
qoji-psixoloji hazırlığını artırmalı, qabaqcıl pedaqoji təcrübəyə 
yiyələnməli, həmkarlarının dərslərində olmalı, yaxşı cəhətləri 
götürüb onlardan yaradıcı şəkildə istifadə etməyə çalışmalıdır. 
Konstruktiv qabiliyyətlər – müəllimin özünün və tələ-
bələrin fəaliyyətini layihələşdirmək bacarıqlarında ifadə olunur. 
Bunun üçün təcrübəli müəllim tədris etdiyi fənnin məqsəd və 
vəzifələrini, hansı biliklərin, bacarıq və vərdişlərin tələbələrə 
aşılanacağını, onların hansı həcmdə və sistemdə, hansı vasitə və 
metodlarla keçiləcəyini müəyyənləşdirir, tələbələrlə aparılan 
bütün iş növlərini və formalarını (mühazirə, məşğələ, fərdi iş, 
elmi-tədqiqat işi, auditoriyadan kənar işlər və s.) planlaşdırır. 
Konstruktiv qabiliyyətlər təlim-tərbiyə işinin strategiya 
və taktikasını düzgün müəyyən etməyə, məqsədyönlü şəkildə 
fəaliyyət göstərməyə imkan verir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin