51
hafizəyə, yaddaşa yox, daha çox təfəkkürə, sərbəst fikrə düşmə-
lidir. Müəllim tələbələrə “Nədir?”, “Nəyə deyilir?”, “Hansılar-
dır?” suallarından daha çox “Nə üçün?”, “Nə ilə fərqlənir?”,
“Hansı fikir düzgündür?”, “Sən bu haqda nə fikirləşirsən?” və
s. bu kimi suallara müraciət etməklə təlim materiallarının şüur-
lu mənimsənilməsinə, müstəqil və tənqidi təfəkkürün inkişafına
şərait yaratmış olur.
Hər bir müəllim öz fənni daxilində tələbələrdə özünü-
təhsil tələbatı tərbiyə etməlidir. İlk növbədə,
müəllim tələbələr
üçün dərin bilik, geniş erudisiya, ağıl, intellekt, elmi maraqların
zənginliyi
nümunəsi olmalıdır. V.A.Suxomlinskinin təbirincə
desək, əgər müəllim tək bircə gün öz intellektual inkişafından
qalarsa, o, yetirmələri üçün bilik məşəli olmaqdan məhrum ola-
caqdır.
Tərbiyedici funksiya bütün vasitələrlə – təhsilin məzmu-
nu, təşkili prosesi, metod və priyomlarla tələbələrdə mütəxəssis
üçün zəruri olan fərdi və peşə keyfiyyətlərinin formalaşmasına,
onların yetkin şəxsiyyət kimi inkişafına
kömək göstərməkdə
ifadə olunur. Ali məktəb müəllimi hansı elmi tədris etməsindən
asılı olmayaraq hər şeydən əvvəl, tərbiyəçidir. Tədris prosesi də
tərbiyəyə kömək etməlidir. Ali məktəbdə keçilən
hər bir fənnin
özünəməxsus
tərbiyə imkanları vardır. Müəllim bu imkan-
lardan istifadə edərək gənclərdə ideya-mənəvi keyfiyyətlər,
nəcib əxlaqi hisslər formalaşdırmağa çalışmalıdır.
Ən başlıcası isə, ali məktəb müəllimi, bir ziyalı kimi, öz
şəxsiyyəti ilə tələbələr üçün
tərbiyə nümunəsi olmalıdır, çünki
şəxsiyyət – şəxsiyyətlə, vicdan – vicdanla, inam – inamla,
düzlük – düzlüklə tərbiyə olunur.
Tərbiyə funksiyası bir çox vasitələrlə, o cümlədən
müəl-
lim-tələbə münasibətlərinin düzgün qurulması yolu ilə reallaşır.
Bu münasibətlər səmimi, diqqətli, qarşılıqlı
inam və etibara,
hörmət və tələbkarlığa əsaslanan, xeyirxah, insanı münasibətlər
olmalıdır. Müəllim tələbəni bir şəxsiyyət kimi qəbul etməli,
onunla şəxsiyyət kimi rəftar etməli, onda
şəxsi ləyaqət, özü-
52
nəhörmət hisslərini formalaşdırmağa, onu özünətərbiyəyə cəlb
etməyə çalışmalıdır. Özünütərbiyə olmayan yerdə insanın şəx-
siyyət kimi formalaşmasından,
ümumiyyətlə, normal tərbiyə-
dən danışmaq olmaz. Müəllim tələbəyə daha yaxşı olmaq
arzusu, özündə müsbət keyfiyyətlər formalaşdırmaq və nöqsan-
lardan yaxa
qurtarmaq əzmi təlqin etməli, bu sahədə ona
istiqamət verməli, uğurlarını vaxtında qiymətləndirməlidir. Əsl
tərbiyə – insanı özünütərbiyəyə sövq etməkdir.
Dostları ilə paylaş: