M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə32/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Müəllimin vəzifələri aşağıdakılardan ibarətdir:
- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində 
iştirak etmək; 
- təhsil proqramlarının mənimsənilməsini təmin etmək
- təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, 
onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, 
müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 
- şəxsi nümunəsi ilə təhsil alanlarda respublikamızın 
müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmz-


55 
lərinə, xalqımızın tarixinə, mədəniyyətinə, dilinə, adət və 
ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, habelə cəmiyyətə, 
ətraf mühitə qayğı və hörmət hissləri aşılamaq; 
- pedaqoji etika və əxlaq normalarına riayət etmək, mü-
əllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək
- təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək; 
- uşaq və gəncləri fiziki və psixi zorakılıqdan qorumaq, 
onları zərərli vərdişlərdən çəkindirmək. 
- ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi 
araşdırmalar aparmaq, əlavə məşğələlər, dərsdənkənar tədbirlər 
keçirmək. 
Müəllimin göstərilən hüquq və vəzifələri bir-birilə sıx 
bağlıdır: o, öz hüquqlarını tələb etdiyi kimi, üzərinə düşən 
vəzifələri də yüksək səviyyədə yerinə yetirməlidir. 
 
3. Müəllimin peşə qabiliyyətləri 
Təlim-tərbiyə işinin səmərəsi müəllimin şəxsi keyfiyyət-
lərindən, ilk növbədə isə onun pedaqoji peşə qabiliyyətlərindən 
asılıdır. Pedaqoji peşə qabiliyyətləri dedikdə, təlim və tərbiyə 
işində yüksək nəticələri şərtləndirən pedaqoji-psixoloji key-
fiyyətlərin məcmusu başa düşülür.
Müəllimin peşə qabiliyyətləri çoxdur: əsas pedaqoji qabi-
liyyətlərə daxildir: akademik (nəzəri), didaktik, konstruktiv, 
ünsiyyət (kommunikativ), təşkilatçılıq, perseptiv qabiliyyətlər. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin