23
5.
Keyfiyyətlilik prinsipi – təhsilin mövcud standartlara,
normalara, habelə cəmiyyətin tələblərinə, dövlətin və şəxsiy-
yətin maraqlarına uyğun qurulmasını nəzərdə tutur.
6.
Səmərəlilik prinsipi – təhsildə və elmi yaradıcılıqda
müasir metodlar tətbiq etməklə səmərəli nəticələr əldə etməyi
nəzərdə tutur.
7.
Fasiləsizlik, vəhdətlik, daimilik prinsipi – təhsilin fa-
siləsiz olmasında, təhsil pillələri arasında əlaqə, vəhdət gözlə-
nilməsində və təhsilin bütün həyat boyu davam etməsində ifadə
olunur.
8.
Varislik prinsipi – təhsil sahəsində əldə olunmuş bilik
və təcrübənin növbəti nəslə, təhsilin bir pilləsindən digərinə
ötürülməsini nəzərdə tutur.
9.
Liberallaşma prinsipi – təhsil sahəsinin və təhsil
fəaliyyətinin açıqlığını genişləndirməkdə özünü göstərir. Başqa
sözlə, təhsil müəssisələri, təhsil prosesi ictimaiyyət üçün açıq
olmalı, ictimaiyyət, ayrı-ayrı vətəndaşlar təhsil prosesində,
onun problemlərinin həllində yaxından iştirak etmək imkanı
qazanmalıdırlar.
10.
nteqrasiya prinsipi – milli təhsil sisteminin dünya
təhsil sisteminə səmərəli qovuşmasında, uyğunlaşmasında və
qoşulmasında ifadə olunur.
Respublikamızın təhsil sistemi göstərilən prinsiplərə
uyğun qurulur və fəaliyyət göstərir.
Dostları ilə paylaş: