M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə9/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   142
Ali mekteb pedaqogikasi-kitab

sosioloji metodlara da müraciət olunur. Riyazi-statistik metod-
lar tədqiqatın nəticələrini kəmiyyət baxımından tədqiq etməyə 
imkan verir. Sosioloji metodlar isə pedaqogikanın sosial məsə-
lələrinin (ailə və mühitin təlim-tərbiyə işinə təsiri, kollektiv və 
fərdin münasibətləri, peşəseçmə və s.) həllində geniş tətbiq olu-
nur. Sosioloji metodlara kütləvi sorğular, intervyu, reytinq, 
ranqlaşdırma, sosiometrik metodlar (şkala, sosioqramma və s.) 
daxildir.
 ntervyu metodu – şifahi sorğu metodudur; hər hansı mə-
sələ ilə bağlı müəyyən bir şəxsin mülahizəsini öyrənmək məq-
sədi güdür. Bu metoddan tədqiqatın müxtəlif mərhələlərində 
istifadə olunur (fərziyyəni müəyyənləşdirmək, ilkin məlumat 
əldə etmək, əlavə faktlar toplamaq). 
Reytinq metodu – pedaqoji fəaliyyətin bu və ya digər 
sahəsinin mütəxəssislər tərəfindən qiymətləndirilməsində (eks-
pert qiyməti) ifadə olunur. Bu halda qiymətin obyektiv olması 
üçün seçilən ekspertlərin pedaqoji və elmi baxımdan səriştəli 


16 
olması, müstəqil, yaradıcı, tənqidi təfəkkürə malik olması vacib 
şərtdir. Əldə olunan informasiyaları təhlil edərkən reytinq me-
todundan (informasiyaların, keyfiyyət və xüsusiyyətlərin əhə-
miyyətlilik və ya digər baxımdan sıralanmasından) istifadə et-
mək olar. 
Sosiometrik metodlar – sorğular və ya davranışın qeydə 
alınması əsasında kollektiv və qrupun, habelə oradakı qarşılıqlı 
münasibətlərin strukturunu, şəxsiyyətin təşkilati və kommu-
nikativ keyfiyyətlərini aşkara çıxarmaq məqsədi güdür. 
Ranqlaşdırma metodu – hər hansı obyekti, şəxsi müəyyən 
əlamətə görə təhlil edib sıralama məqsədi güdür. Məsələn, ali 
məktəb müəlliminin şəxsi və peşə keyfiyyətlərini ranqlaşdı-
rarkən tələbələr ideal müəllim üçün zəruri keyfiyyətləri belə sı-
ralamışlar: 1. Obyektivlik; 2. Elmi səviyyə, erudisiya; 3. Tədris 
materialını şərhetmə bacarığı; 4. Tələbkarlıq; 5. Pedaqoji takt, 
yumor hissi; 6. Prinsipiallıq; 7. Ünsiyyət bacarığı, tələbəni duy-
maq, qayğıkeşlik; 8. Tənqidilik. 
Müxtəlif tələbə qruplarında müəllimi qavrama səviyyə-
sindən asılı olaraq eyni müəllimin keyfiyyətlərinin qiymətləndi-
rilməsi müxtəlif ola bilər. 
Sosiometrik metodların nəticələri digər metodlarla (mən-
tiqi və qrafik təhlil) əlaqələndirilir. 
Pedaqoji tədqiqat metodları tədqiqat prosesində kompleks 
şəkildə tətbiq olunur, alınan nəticələr tutuşdurulur. Tədqiqat 
metodlarının düzgün seçilməsi tədqiqatın metodikası baxımın-
dan böyük əhəmiyyətə malikdir. Pedaqoji tədqiqatın metodi-
kası tədqiqatın texnologiyasını, bütün mərhələlərini özündə əks 
etdirir. Tədqiqatın metodikasında, şərti olaraq, üç mərhələni 
fərqləndirmək olar: 
- Hazırlıq mərhələsində tədqiqatın nəzəri məsələləri 
araşdırılır: tədqiqatın obyekti, predmeti (nəyi öyrənmək?), məq-
sədi (nəyə nail olmaq?), vəzifələri (məqsədə çatmaq ümün 
hansı işləri görmək lazımdır?), tədqiqatın problemi (həlli tələb 
olunan məsələ) müəyyən edilir, fərziyyə (problemin həlli yol-


17 
ları) və tədqiqat metodları müəyyənləşdirilir. 
- İcra mərhələsində tədqiqat metodlarının köməyi ilə 
pedaqoji faktlar toplanıb tədqiq edilir və müvafiq nəticələr çı-
xarılır. Həmin nəticələr zəruri halda eksperiment və təcrübə ilə 
yoxlanılır. 
- Yekun mərhələsində tədqiqat materialları kəmiyyət və 
keyfiyyət baxımından təhlil olunur, fərziyyənin düzgün olub-
olmaması aydınlaşdırılır. Tədqiqat materialları pedaqoji nəzə-
riyyə əsasında şərh edilir, yeni qanunauyğunluqlar müəyyən 
olunur. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin