16
olması, müstəqil, yaradıcı, tənqidi təfəkkürə malik olması vacib
şərtdir. Əldə olunan informasiyaları təhlil edərkən reytinq me-
todundan (informasiyaların, keyfiyyət
və xüsusiyyətlərin əhə-
miyyətlilik və ya digər baxımdan sıralanmasından) istifadə et-
mək olar.
Sosiometrik metodlar – sorğular və ya davranışın qeydə
alınması əsasında kollektiv və qrupun, habelə oradakı qarşılıqlı
münasibətlərin
strukturunu, şəxsiyyətin təşkilati və kommu-
nikativ keyfiyyətlərini aşkara çıxarmaq məqsədi güdür.
Ranqlaşdırma metodu – hər hansı obyekti, şəxsi müəyyən
əlamətə görə təhlil edib sıralama məqsədi güdür. Məsələn, ali
məktəb müəlliminin şəxsi və peşə keyfiyyətlərini ranqlaşdı-
rarkən tələbələr ideal müəllim üçün zəruri keyfiyyətləri belə sı-
ralamışlar: 1. Obyektivlik; 2. Elmi səviyyə, erudisiya; 3. Tədris
materialını şərhetmə bacarığı; 4. Tələbkarlıq; 5. Pedaqoji takt,
yumor hissi; 6. Prinsipiallıq; 7. Ünsiyyət bacarığı, tələbəni duy-
maq, qayğıkeşlik; 8. Tənqidilik.
Müxtəlif tələbə qruplarında müəllimi qavrama səviyyə-
sindən asılı olaraq eyni müəllimin keyfiyyətlərinin qiymətləndi-
rilməsi müxtəlif ola bilər.
Sosiometrik metodların nəticələri digər metodlarla (mən-
tiqi və qrafik təhlil) əlaqələndirilir.
Pedaqoji tədqiqat metodları tədqiqat prosesində kompleks
şəkildə
tətbiq olunur, alınan nəticələr tutuşdurulur. Tədqiqat
metodlarının düzgün seçilməsi tədqiqatın metodikası baxımın-
dan böyük əhəmiyyətə malikdir.
Pedaqoji tədqiqatın metodi-
kası tədqiqatın texnologiyasını, bütün mərhələlərini özündə əks
etdirir. Tədqiqatın metodikasında, şərti olaraq, üç mərhələni
fərqləndirmək olar:
- Hazırlıq mərhələsində tədqiqatın
nəzəri məsələləri
araşdırılır: tədqiqatın obyekti, predmeti (nəyi öyrənmək?), məq-
sədi (nəyə nail olmaq?), vəzifələri (məqsədə çatmaq ümün
hansı işləri görmək lazımdır?), tədqiqatın problemi (həlli tələb
olunan məsələ) müəyyən edilir, fərziyyə (problemin həlli yol-
17
ları) və tədqiqat metodları müəyyənləşdirilir.
- İcra mərhələsində tədqiqat metodlarının
köməyi ilə
pedaqoji faktlar toplanıb tədqiq edilir və müvafiq nəticələr çı-
xarılır. Həmin nəticələr zəruri halda eksperiment və təcrübə ilə
yoxlanılır.
- Yekun mərhələsində tədqiqat materialları kəmiyyət və
keyfiyyət baxımından təhlil olunur, fərziyyənin düzgün olub-
olmaması aydınlaşdırılır. Tədqiqat materialları
pedaqoji nəzə-
riyyə əsasında şərh edilir, yeni qanunauyğunluqlar müəyyən
olunur.
Dostları ilə paylaş: