18
II fəsil
Ali təhsil sistemi
Plan:
1. Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı.
2. Təhsil qanunu. Təhsil sisteminin prinsipləri və quruluşu.
3. Xaricdə ali təhsil sistemi
4. Ali təhsil sahəsində inteqrasiya. Boloniya prosesi
1. Təhsil sistemi anlayışı. Azərbaycanda ali təhsilin inkişafı
Mütəxəssis hazırlığı təhsil sistemi vasitəsilə həyata ke-
çirilir.
Təhsil sistemi dedikdə ölkə daxilində olan bütün təhsil-
tərbiyə müəssisələrinin məcmusu başa düşülür. Təhsil sistemi
üstqurum
hadisəsi olub, bazisə – cəmiyyətin iqtisadi-ictimai
münasibətlər sisteminə xidmət edir və ona qüvvətli təsir gös-
tərir. Cəmiyyətin inkişafı, ilk növbədə,
onun üzvlərinin təhsil
səviyyəsi ilə şərtlənir. Yaxşı təhsil almış yüksək ixtisaslı mütə-
xəssislər cəmiyyətin bütün sahələrində – iqtisadiyyat, elm və
texnika, təhsil və mədəniyyət, təbabət, inşaat,
sənaye və kənd
təsərrüfatı, dövlət qulluğu, hərbi quruculuq və s. sahələrdə
uğurla və yaradıcılıqla çalışıb, həmin sahələrin inkişafına
kömək göstərə bilərlər. Buna görə də təhsil,
elm cəmiyyətin
strateji vəzifəsi sayılır və inkişaf etmiş ölkələrdə ona birinci
dərəcəli əhəmiyyət verilir. Cəmiyyətin, dövlətin gücü hər şey-
dən əvvəl, təhsillə, elmlə bağlıdır. Dahi Nizaminin dediyi kimi:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Həyat göstərir ki, dövlətin, millətin tərəqqi yolu təhsil-
dən, elmdən keçir: “Heç bir millət qılıncla,
tüfənglə irəli get-
mir; hansı millət qabağa gedib tərəqqi edirsə, o ancaq təhsilin,
elmin gücünə xoşbəxt olur” (N.Nərimanov). Bunu tarixi təc-
rübə də sübut edir: II Dünya müharibəsində məğlub olmuş Ya-
poniya və Almaniya kimi dövlətlər təhsilin, elmin, yeni texno-
logiyaların inkişafı, ümumiyyətlə, insan kapitalının inkişafı sa-
19
yəsində qısa tarixi dövrdə dünyada inkişaf etmiş dövlətlər
sırasına çıxa bildilər. İqtisadi cəhətdən qüdrətli dövlət təhsilin
və elmin sürətli inkişafına
təkan verir, cəmiyyətdə təhsilin və
elmin, təhsil və elm adamlarının nüfuzunun yüksəlməsinə hər
vasitə ilə kömək göstərir, yaradıcı
mütəxəssisləri, elm adam-
larını hər cəhətdən (ilk növbədə maddi cəhətdən) stimullaşdırır.
İnkişaf etmiş ölkələrə dünyanın hər yerindən “beyin axını”da
bununla bağlıdır.
Təhsil sistemi cəmiyyətin tələbatı, ictimai-iqtisadi, sosial-
mədəni inkişafı ilə şərtləndiyi və onunla bağlı olaraq dəyişdiyi
üçün müxtəlif ölkələrin təhsil sistemləri bir-birindən fərqlənir.
Eyni cəmiyyətin müxtəlif inkişaf dövrlərində də inkişafın xa-
rakterindən asılı olaraq təhsil sistemi dəyişir. Bununla bağlı
Azərbaycanda ali təhsilin inkişafına qısaca nəzər salaq.
Dostları ilə paylaş: