11
mənimsənilməsinin, insan münasibətləri və davranış motivlə-
rinin formalaşmasının qanunauyğunluqlarını və psixoloji mexa-
nizmlərini öyrənir);
- Yaş psixologiyası ilə (yaşla bağlı psixi dəyişmələri öyrənir);
- Sosial psixologiya ilə (tələbələrin bir-birilə və müəllim-
lərlə qarşılıqlı münasibətlərini, kollektiv münasibətləri öyrənir);
-
Sosiologiya ilə (sosial münasibətləri, tələbələrin sosial
tərkibi, müəllimlərin sosial statusu və rolu, peşələrə bələdləşmə
və s. məsələləri öyrənir);
-
Kibernetika ilə (mürəkkəb dinamik sistemlərdə idarəet-
mə prosesini, informasiyaların ötürülməsi və mənimsənilməsi
mexanizmlərini öyrənir);
Ali məktəb pedaqogikası birbaşa və dolayısı ilə, demək olar
ki,
bütün elm sahələri ilə əlaqədardır. Ayrı-ayrı elmlərlə bağlı olan
fənlər (dil, ədəbiyyat, tarix, fizika, riyaziyyat, kimya, biologiya,
coğrafiya və b.) və onların tədrisi məsələləri pedaqogikanın bir
qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir.
Ali məktəb pedaqogikası
ümumi pedaqogika və müxtəlif
pedaqoji elm sahələri ilə də əlaqəlidir: sosial pedaqogika, gənc-
lər pedaqogikası, autoqogika (özünütərbiyə qanunauyğunluqla-
rını öyrənir), gender pedaqogikası, müqayisəli pedaqogika, pe-
daqogika tarixi, pedaqoji konfliktologiya, korreksion pedaqo-
gika, pedaqoji antropologiya (insan, onun mövcudluğu, şəxsiy-
yət kimi formalaşması üzrə baxışlar sistemini əks etdirir), an-
droqogika (yaşlılar pedaqogikası), erqonomika (əmək prosesin-
də insanın funksional imkanları, əmək şəraiti ilə iş qabiliy-
yətləri arasındakı qanunauyğun əlaqələri öyrənir) və s.
Pedaqogikanın başqa elm sahələri ilə əlaqəsi qarşılıqlı
səciyyə daşıyır və yeni elm sahələrinin yaranması üçün əsas
verir. Məsələn, belə əlaqə sayəsində təhsil və tərbiyə fəlsəfəsi,
pedaqoji psixologiya, psixopedaqogika, təhsil iqtisadiyyatı,
təhsil menecmenti və s. elm sahələri yaranmışdır.
Dostları ilə paylaş: