M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təhsil Qanunu. Təhsil sisteminin prinsipləri və quruluşu



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə12/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
2. Təhsil Qanunu. Təhsil sisteminin prinsipləri və quruluşu 
Azərbaycan Respublikasında təhsil sistemi Təhsil Qa-
nunu ilə idarə və tənzim olunur. Təhsil Qanunu vətəndaşların 
təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin 
əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsi şərtlərini 
müəyyən edir. Təhsil Qanunu 19 iyun 2009-cu ildə Azərbaycan 
Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuş, 5 sent-
yabr 2009-cu ildə qüvvəyə minmişdir. Təhsil Qanunu 6 fəsil-
dən ibarətdir. “Ümumi müddəalar” adlanan I fəsildə əsas anla-
yışlar, təhsil hüququna dövlət təminatı, təhsil sahəsində dövlət 
standartları, tədris dili kimi məsələlər öz əksini tapmışdır. II 
fəsildə Azərbaycan Respublikasının təhsil sistemi şərh olunur. 
Burada təhsil sisteminin quruluşu, təhsildə keyfiyyət səviyyəsi, 
təhsilin məzmunu və təşkilinə dair ümumi tələblər, təhsilin 


22 
formaları, təhsil müəssisələri, təhsilin pillələri və s. məsələ-
lərdən bəhs edilir. III fəsil təhsilin idarə olunmasına, təhsil sub-
yektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsinə, IV fəsil 
təhsil iqtisadiyyatı və təhsil müəssisələrində sahibkarlıq fəaliy-
yətinə, V fəsil təhsil sahəsində beynəlxalq əlaqələrə, VI fəsil 
keçid və yekun müddəalarına həsr olunmuşdur. 
Təhsil Qanununda təhsil sisteminin əsas prinsipləri öz 
əksini tapmışdır. Respublikamızın təhsil sistemi bu prinsiplərə 
əsaslanır. Həmin prinsipləri qısaca nəzərdən keçirək. 
1. Humanistlik prinsipi – insan hüquqları və azadlıq-
larının, sağlamlıq və təhlükəsizliyinin, milli və bəşəri dəyər-
lərin prioritet (üstün) sahə kimi qəbul edilməsini, insanlara 
münasibətdə tolerantlıq və dözümlülük göstərilməsini nəzərdə 
tutur. Bu prinsipə görə, təhsil-tərbiyə işinin mərkəzində insan, 
onun maraq və qabiliyyətləri, inkişafı durmalı, hər şey ona 
xidmət etməlidir. Necə deyərlər, tələbə (şagird) müəllim üçün 
yox, müəllim tələbə (şagird) üçündür. Təhsilalanların zehni, 
mənəvi və s. cəhətdən inkişafına qayğı göstərmək bütövlükdə 
təhsil sisteminin, hər bir müəllimin başlıca vəzifəsidir. 
2. Demokratiklik prinsipi – təhsilalanların azad düşüncə 
ruhunda tərbiyə edilməsini; təhsilin dövlət və ictimai əsaslarda 
idarə edilməsini; bu prosesdə təhsilalanların səlahiyyət və azad-
lıqlarının genişləndirilməsini; təhsil müəssisələrinin muxtariy-
yatının artırılmasını nəzərdə tutur. Demokratiklik habelə təhsil-
alanların özünüidarəsinin genişləndirilməsində, vəzifələrin seç-
ki yolu ilə tutulmasında, qərarların təkbaşına yox, kollegial 
şəkildə qəbul edilməsində, müəllim-tələbə (şagird) münasibət-
lərinin demokratik üslubda qurulmasında ifadə olunur. 
3. Bərabərlik prinsipi – bütün vətəndaşların bərabər 
şərtlər əsasında təhsil alması üçün imkanlar yaradılmasını və 
təhsil hüquqlarının təmin edilməsini nəzərdə tutur. 
4.  Millilik və dünyəvilik prinsipimilli və bəşəri də-
yərlərə əsaslanan dünyəvi təhsil sisteminin yaradılmasında və 
inkişaf etdirilməsində ifadə olunur. 


23 
5. Keyfiyyətlilik prinsipi – təhsilin mövcud standartlara, 
normalara, habelə cəmiyyətin tələblərinə, dövlətin və şəxsiy-
yətin maraqlarına uyğun qurulmasını nəzərdə tutur. 
6. Səmərəlilik prinsipi – təhsildə və elmi yaradıcılıqda 
müasir metodlar tətbiq etməklə səmərəli nəticələr əldə etməyi 
nəzərdə tutur. 
7. Fasiləsizlik, vəhdətlik, daimilik prinsipi – təhsilin fa-
siləsiz olmasında, təhsil pillələri arasında əlaqə, vəhdət gözlə-
nilməsində və təhsilin bütün həyat boyu davam etməsində ifadə 
olunur. 
8. Varislik prinsipi – təhsil sahəsində əldə olunmuş bilik 
və təcrübənin növbəti nəslə, təhsilin bir pilləsindən digərinə 
ötürülməsini nəzərdə tutur. 
9. Liberallaşma prinsipi – təhsil sahəsinin və təhsil 
fəaliyyətinin açıqlığını genişləndirməkdə özünü göstərir. Başqa 
sözlə, təhsil müəssisələri, təhsil prosesi ictimaiyyət üçün açıq 
olmalı, ictimaiyyət, ayrı-ayrı vətəndaşlar təhsil prosesində, 
onun problemlərinin həllində yaxından iştirak etmək imkanı 
qazanmalıdırlar. 
10.  nteqrasiya prinsipi – milli təhsil sisteminin dünya 
təhsil sisteminə səmərəli qovuşmasında, uyğunlaşmasında və 
qoşulmasında ifadə olunur. 
Respublikamızın təhsil sistemi göstərilən prinsiplərə 
uyğun qurulur və fəaliyyət göstərir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin