27
riyyəti (90%-dən çoxu) Boloniya prosesinə qoşulmuşdur. Bo-
loniya prosesinin şərtlərinə uyğun olaraq ali təhsildə islahatlar
aparılır. İslahatla bağlı Avropa Şurasının Təhsil və Ali Təhsil-
Tədqiqat Komitələrinin proqramları hazırlanmışdır. Boloniya
prosesinə qoşulan ölkələr bu proqramların həyata keçirilmə-
sində fəal iştirak edir. Həmin proqramların reallaşdırılması Av-
ropa ali təhsil zonası yaratmağa, universitet məzunlarının Avro-
pa ölkələrində işə düzəlmə imkanlarını genişləndirməyə, dip-
lomların və elmi dərəcələrin qarşılıqlı tanınmasına xidmət edə-
cəkdir.
4. Ali təhsil sahəsində inteqrasiya.
Boloniya prosesi
Dünyada gedən qloballaşma təhsil sahəsində də özünü
göstərir. Azərbaycan təhsili, o cümlədən ali təhsil, dünyada ge-
dən proseslərə daha sürətlə inteqrasiya olunur. Bu, çox müxtəlif
sahələrdə – təhsilin məzmunundan, texnologiyalarından tutmuş
idarəetmə sisteminədək özünü büruzə verir. Respublikamızın
ali təhsil sistemi Boloniya prosesinə qoşulmuşdur (2005).
Boloniya prosesi
Avropa təhsil zonası yaratmağa, Av-
ropa Birliyinə daxil olan ölkələrdə vahid ali təhsil sistemi, in-
tellektual-mədəni əlaqələr sistemi formalaşdırmağa yönəlmiş-
dir. 1999-cu ilin iyun ayında 30 Avropa ölkəsinin təhsil nazir-
ləri İtaliyanın Boloniya şəhərində ümumavropa təhsil siste-
minin gələcək inkişaf tendensiyalarını rəsmi surətdə təsdiqlədi.
Dostları ilə paylaş: