20
qaziya Müəllimlər Seminariyası təsis edildi.
Bu işdə görkəmli
maarifçi M.F.Axundzadənin böyük xidmətləri olmuşdur.
Üç ildən sonra – 1879-cu ildə Seminariya nəzdində Azər-
baycan şöbəsi yaradıldı, 1918-ci ilin noyabrında Qazaxa köçü-
rüldü və müstəqil Seminariya kimi (Qazax Müəllimlər Semina-
riyası) fəaliyyətə başladı. Seminariyanın məzunları içərisində
C.Məmmədquluzadə, S.S.Axundov, N.Nərimanov, R.B.Əfəndi-
yev, F.B.Köçərli, Ü.Hacıbəyli, M.Maqomayev və b. kimi tanın-
mış elm, ədəbiyyat,
incəsənət, dövlət xadimləri, pedaqoqlar
vardır.
Azərbaycanda təhsil, o cümlədən ali təhsilin inkişafında
ADR-in (1918-1920) böyük xidmətləri olmuşdur.
ADR milli
kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir: yüzlərlə
gənc təhsil almaq üçün xarici ölkələrin tanınmış ali məktəblə-
rinə göndərildi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Univer-
siteti iki fakültə ilə (tibb və tarix-filologiya) fəaliyyətə başladı.
1921-ci ildə Azərbaycan Politexnik İnstitutu, Azərbaycan
Dövlət Pedaqoji İnstitutu, Qadın Məktəbəqədər Tərbiyə İnsti-
tutu (sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutuna birləşdi-
rildi), Şərqdə ilk Konservatoriya, Ali Rəssamlıq Məktəbi açıldı.
1926-cı ildə Azərbaycanda 5 mindən çox tələbəsi olan 5
ali məktəb fəaliyyət göstərirdi. 1929-cu
ildə Gəncədə Kənd
Təsərrüfatı İnstitutu açıldı.
1928-ci ildən Azərbaycan üçün Rusiyanın ali məktəb-
lərində də kadrlar hazırlanmağa başlanmışdı.
30-cu illərdə respublikada ali məktəblərin şəbəkəsi bir
qədər də genişlənir. Azərbaycan Dövlət
Universiteti ləğv edi-
lərək onun fakültələri bazasında 1930-cu ildə Tibb İnstitutu,
Sovet Quruculuğu və Hüquq İnstitutu açıldı.
1934-cü ildə Azərbaycan Dövlət Universiteti bərpa olun-
du. 1935-ci ildə ADPİ yanında Müəllimlər İnstitutu açıldı.
1941 – 1945-ci illər müharibəsindən sonrakı dövrdə yeni
ali məktəblər yaradıldı: 1945-ci ildə Bakıda Teatr İnstitutu,
1948-ci ildə Pedaqoji Xarici Dillər İnstitutu, 1950-ci ildə Poli-
21
texnik İnstitutu, 1952-ci ildə Rus Dili və Ədəbiyyatı İnstitutu,
1981-ci ildə Gəncə Texnologiya İnstitutu təsis olundu.
1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqil-
liyini bərpa etdikdən sonra milli təhsil konsepsiyası hazırlandı,
Təhsil Qanunu qəbul edildi. 1992/93-cü dərs ilində ali və orta
ixtisas məktəblərinə qəbul test üsulu ilə həyata keçirildi.
XXI yüzilliyin başlanğıcında təhsil sistemində, o cümlə-
dən ali təhsildə islahatlara başlandı. Dövlət təhsil müəssisələri
ilə yanaşı qeyri-dövlət (özəl) ali məktəblər də yaradıldı. 2000-ci
ilin əvvəlində Azərbaycanda 18 qeyri-dövlət
ali təhsil müəs-
sisəsi fəaliyyət göstərirdi.
Müstəqilliyin ilk illərində keçid dövrü ilə əlaqədar ali təh-
sil müəssisələrində müəyyən çətinliklər olsa da, sonrakı illərdə
respublikanın iqtisadi inkişafı ilə bağlı vəziyyət yaxşılaşdı: ali
məktəblərin maddi bazası möhkəmləndi, tədris binalarında
təmir-tikinti, abadlıq işləri aparıldı, yeni tədris korpusları inşa
edildi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin maddi
durumunun yaxşılaşdırılması üçün tədbirlər həyata keçirildi.
Ali məktəblərin bir çoxu yüksək göstəricilər əldə etdi.
Dostları ilə paylaş: