M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


kişaf – dəyişmə, bir keyfiyyət halından başqasına keçid de- məkdir. Şəxsiyyətin inkişafı



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə19/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   142
Ali mekteb pedaqogikasi-kitab

kişaf – dəyişmə, bir keyfiyyət halından başqasına keçid de-
məkdir. Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiy-
yətlərə (zehni, psixi, mənəvi və s.) yiyələnməsi və ozünü tək-
milləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə inkişaf edib 
formalaşmır; o, müəyyən səviyyələrdən keçir (aşağı, orta, yük-
sək, ideal səviyyə). Psixoloqlar 3-5 yaşlı uşaqların da şəxsiy-
yətin müəyyən keyfiyyətlərinə malik olduqlarını qeyd edirlər. 
Şəxsiyyətin inkişafına dair iki baxış mövcuddur: metafi-
zik və dialektik baxış. Metafizik baxış inkişafa kəmiyyət dəyiş-
məsi kimi baxır, onun mənbəyini (səbəbini) isə genetik proq-
ramda axtarır. Dialektik baxış isə şəxsiyyətin inkişafına keyfiy-
yət dəyişməsi kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin 
həlli prosesi ilə bağlayır. Dialektik baxışa görə, şəxsiyyətin 
inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin yaranması və 
həlli təşkil edir. Əksliklərin mübarizəsi, insanın psixikasında 
köhnə ilə yeninin arasındakı ziddiyyətlər həyati prosesdə – tə-
lim və tərbiyənin gedişində yaranır və aradan qaldırılır. 
Şəxsiyyətin inkişafında həm xarici, həm də daxili ziddiy-
yətlər özünü göstərir. Əsas xarici ziddiyyət – cəmiyyətin və 
yaşlıların tələbləri ilə insanın mövcud inkişaf səviyyəsi, dav-
ranış forma və vasitələri arasındakı ziddiyyətlə bağlıdır. İnsan 
qarşıda duran tələbləri ödəmək üçün öz üzərində işləməli, yeni 
davranış formalarına yiyələnməlidir. Əsas daxili ziddiyyət – in-
sanın tələbatları ilə imkanları arasındakı ziddiyyətdir. İnsan öz 
tələbatını (ehtiyacını) ödəmək üçün bütün imkanlarını (biliyini, 


34 
bacarığını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə 
tələbatını ödəyir. Bu prosesdə o, öz inkişafında irəliyə doğru 
müəyyən addım atır – bu və ya digər keyfiyyətə yiyələnir. 
Beləliklə, ziddiyyət həll olunur. 
Təlim prosesində tələbələr qarşıya qoyulmuş yeni idrak 
vəzifələri ilə – zehni məsələlərlə (problemlərlə) mövcud bilik 
və bacarıqlar, formalaşmış təfəkkür tərzi arasındakı ziddiyyət-
lərlə tez-tez qarşılaşmalı olurlar. Onlar elmi problemin həllində
biliklərinin kifayət etmədiyini dərk edir, yeni biliklər əldə 
etməyə tələbat duyurlar. Nəticədə öz biliklərini artırmaqla 
problemi həll edirlər. Bu da onları yeni axtarışlara, yeni prob-
lemlərin həllinə həvəsləndirir, elmi biliklərə tələbat yaradır. 
Bunu nəzərə alaraq ali məktəb müəllimi tələbələri daha çox 
idrak və təlim problemləri ilə qarşılaşdırmalı, müstəqil problem 
qoyub həll etməyə sövq etməlidir. Yalnız bu halda zehni 
inkişafdan danışmaq olar. 
Digər sahələrdə (mənəvi, fiziki, əmək və s.) də inkişaf bu 
yolla baş verir. 
Şəxsiyyət müxtəlif amillərin təsiri ilə formalaşır: irsiyyət, 
təlim, tərbiyə, təbii və sosial mühit, insanın özünün şəxsi fəal-
lığı. Bəs, bu amillərdən hansı əsasdır, həlledicidir? Bu sualla 
əlaqədar şəxsiyyətin inkişafına dair müxtəlif nəzəriyyələr 
meydana gəlmişdir. Onları dörd qrupa ayırmaq olar: bioloji 
amillərin rolunu şişirdən, sosial amillərin rolunu şişirdən, hər 
iki amili birgə qəbul edən və bütün amilləri vəhdətdə götürən 
dialektik nəzəriyyələr. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin