M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


yərlərə dərindən yiyələnməsi, müntəzəm şəkildə özünütəh-



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə27/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   142
Ali mekteb pedaqogikasi-kitab

yərlərə dərindən yiyələnməsi, müntəzəm şəkildə özünütəh-
sillə, mütaliə ilə məşğul olması önəmli yer tutur. Elmlərə, 
bəşəri və milli dəyərlərə yiyələndikcə gənclər zehni və mənəvi 
cəhətdən zənginləşir. Özünütəhsil və onun ən mühüm yolu olan 
müstəqil mütaliə gənclərin həm zehninə, həm də mənəvi alə-
minə güclü təsir edir: özünütəhsil və özünütərbiyə kitabdan 
başlanır; bunsuz insanı mənəvi boşluq gözləyir. Tələbə bu hal-
da mədəni adamın ən yüksək səadətindən – kitabla ünsiyyətdə 
olmaq, intelektual və estetik zövq almaq səadətindən məhrum 
olur. 
Burada başlıca qüvvə – müəllimdir; tələbələrdə biliyə
kitaba həvəs atəşini yandıran ilk qığılcım – müəllimin dərin 
biliyi, erudisiyası, mütaliəsi, görüş dairəsi, mədəniyyəti və 
şəxsi ziyalı nümunəsidir. 
Suallar və tapşırıqlar 
1. Şəxsiyyət, fərd və fərdiyyət anlayışlarını səciyyələndirin. 
2. Şəxsiyyətin inkişafı haqqında baxışları müqayisə edin. 
3. Şəxsiyyətin inkişafının mənbəyini izah edin. Nə üçün eyni ailədə bö-
yüyən iki insan bəzən bir-birindən kəskin şəkildə fərqlənir? 
4. Şəxsiyyətin inkişafına dair hansı nəzəriyyələr vardır ? Onlara müna-
sibətinizi bildirin. 
5. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu nədən ibarətdir? 
6. Tələbə şəxsiyyətinin xüsusiyyətlərini izah edin. 
7. Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtlərini səciyyə-
ləndirin. 


48 
IV fəsil 
Pedaqoji prosesdə müəllimin rolu. Ali məktəb müəllimi 
 
Plan: 
1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu. Müəllimlik işinin 
xüsusiyyətləri. 
2. Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri 
3. Müəllimin peşə qabiliyyətləri 
4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı 
1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin