42
tələbə gəncləri müxtəlif fəaliyyət növlərinə geniş cəlb etmək,
onların təşəbbüskarlığı, müstəqilliyi və yaradıcılığı üçün
əlverişli şərait yaratmaq lazımdır.
Gənclərin fəallığı, hansı formada olmasından asılı olma-
yaraq,
ətraf aləmi dərk etmək üçün, şəxsiyyətin inkişafı üçün
zəruri şərtdir. Gənclər fəallıqda həm özlərini ifadə edir, həm də
inkişaf edirlər. İnkişafın səmərəsi fəallığın – müəllim və tərbi-
yəçilər tərəfindən idarə olunmasından asılıdır. Fəallığın təşki-
linin başlıca formaları təlim və tərbiyədir, gənclərin fəal sürətdə
elmi biliklərə və düzgün davranış təcrübəsinə yiyələnməsidir.
Nəzərdən keçirilən amillər – irsiyyət, mühit, tərbiyə və
insanın şəxsi fəallığı bir-birilə sıx bağlı olub, bir-birini şərtlən-
dirir. Buna görə də şəxsiyyətin formalaşması səbəblərini yalnız
bir amillə – irsiyyət, mühit və ya tərbiyə ilə izah etmək, insanda
müşahidə olunan nöqsanlara görə yalnız irsiyyəti, mühiti,
yaxud tərbiyəçini (və ya valideynləri) günahlandırmaq düzgün
deyildir. Tərbiyə işində bütün amilləri qarşılıqlı vəhdətdə, kom-
pleks halında götürmək və həyata keçirmək vacibdir.
Dostları ilə paylaş: