55
lərinə, xalqımızın tarixinə, mədəniyyətinə, dilinə, adət və
ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, habelə cəmiyyətə,
ətraf mühitə qayğı və hörmət hissləri aşılamaq;
- pedaqoji etika və əxlaq normalarına riayət etmək, mü-
əllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
- təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək;
- uşaq və gəncləri fiziki və psixi zorakılıqdan qorumaq,
onları zərərli vərdişlərdən çəkindirmək.
- ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi
araşdırmalar aparmaq, əlavə məşğələlər, dərsdənkənar tədbirlər
keçirmək.
Müəllimin göstərilən hüquq və vəzifələri bir-birilə sıx
bağlıdır: o, öz hüquqlarını tələb etdiyi kimi, üzərinə düşən
vəzifələri də yüksək səviyyədə yerinə yetirməlidir.
3. Müəllimin peşə qabiliyyətləri
Təlim-tərbiyə işinin səmərəsi müəllimin şəxsi keyfiyyət-
lərindən, ilk növbədə isə onun pedaqoji peşə qabiliyyətlərindən
asılıdır. Pedaqoji peşə qabiliyyətləri dedikdə, təlim və tərbiyə
işində yüksək nəticələri şərtləndirən pedaqoji-psixoloji key-
fiyyətlərin məcmusu başa düşülür.
Müəllimin peşə qabiliyyətləri çoxdur: əsas pedaqoji qabi-
liyyətlərə daxildir: akademik (nəzəri), didaktik, konstruktiv,
ünsiyyət (kommunikativ), təşkilatçılıq, perseptiv qabiliyyətlər.
Dostları ilə paylaş: