M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə30/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   142
Ali mekteb pedaqogikasi-kitab

İnkişafetdirici funksiya – təlim və tərbiyə prosesində 
gənclərin psixi inkişafını təmin etməkdə ifadə olunur. Təlim 
prosesində bilik vermək və tərbiyə etmək vəzifələri ilə yanaşı 
müəllim gənclərin şəxsiyyətinin inkişafı vəzifələrini də həll 
etməlidir. Tələbələrə hazır informasiyaları çatdırmaqdansa, on-
ları axtarışlar aparmaq, müstəqil düşünmək, tədqiq etmək üçün 
çalışmalar, problemlər üzərində işlətmək qat-qat səmərəlidir. 
Elmi biliklər tələbənin əqli səyinin nəticəsi olmalıdır. Prob-
lemləri tədqiq etmək, fərziyyələr irəli sürmək, nəticə çıxarmaq 
tələbəyə özünü təsdiq, iftixar hissi, özünə hörmət hissi bəxş 
edir, onu daha yeni problemlərin müstəqil həllinə sövq edir. 
Stimullaşdırıcı funksiyatələbəni müxtəlif yollarla 
təhsilə təhrik etməyi və istiqamətləndirməyi nəzərdə tutur. 
Başlıca amil tələbədə mənəvi tələbatların formalaşdırılmasıdır
Elmi biliklərə yiyələnmək daxili tələbatdan doğduqda daha 
səmərəli nəticələr əldə etmək mümkündür; heç kəsə zorla, 
məcburi yolla, hədə və qorxu ilə bilik vermək olmaz. Tələbə 
elmi bilikləri yalnız öz şəxsi səyi, fəallığı sayəsində qazana 
bilər. Bunun üçün təlimdə əlverişli şərait yaradılmalıdır.
Belə bir eksperiment aparılmışdır: eyni bir tapşırıq alan 
qrupu üç dəstəyə bölmüşlər: müəllim 1-ci dəstədə təhsil alanları 
tərifləmiş və ruhlandırmışdır; 2-ci dəstədə hər birinin səhvlərini 
göstərmiş və ciddi məzəmmət etmişdir; 3-cü dəstədə isə o, heç 
kəsə yaxınlaşmamışdır. Tapşırıqlar yoxlanarkən məlum olmuş-
dur ki, ən yaxşı nəticə 1-ci dəstədə, ən pis nəticə isə 3-cü dəs-
tədə olmuşdur. “İxtisasa giriş” əsərində bu eksperimenti şərh 


53 
edən akademik A.Mirzəcanzadə belə qənaətə gəlir ki, təhsilin 
çətin məqamlarında müəllim tələbələri (şagirdləri) hədələmək-
lə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə qorxutmamalı, 
əksinə, onlarda inam və ümid qığılcımları oyatmalıdır
Hər sahədə olduğu kimi, təhsildə də motivlər emosiya-
larla sıx bağlıdır.  stənilən işə maraq, meyl yaratmaq üçün bu iş 
insanda müsbət emosiyalar doğurmalıdır. Mənfi emosiyalar 
(qorxu, inamsızlıq, təşviş, həyəcan) işə, təlimə səyi azaldır. 
Müəllimin xoş sözü, tərifi, müsbət rəyi, inamı, çətin anda 
köməyə gəlməsi tələbəyə sanki qüvvət verir, onu daha yaxşı 
oxumağa ruhlandırır. Çalışmaq lazımdır ki, tələbədə təlimin 
nəticəsinə olan maraq (elmi biliklərə, ixtisasa yiyələnmək) 
təlim prosesinin özünə (idrak prosesinə, mənimsəməyə, kitabla 
işə) olan maraqla uzlaşsın. Oxumaq, müstəqil mütaliə, tapşı-
rığın icrası prosesi özlüyündə tələbəni cəlb etməlidir. Çətinlik 
çəkmədən, ərinmədən oturub işləyən, oxuyan tələbə daha yaxşı 
nəticələr qazanır; işləmək, oxumaq prosesi onun üçün müsbət 
stimul rolu oynayır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin