50
daşıyır. Müəllim əməyi qədər canlı, mütəhərrik, daim dəyişən,
yüksək mobillik və dinamizm tələb edən başqa bir peşə tapmaq
çətindir. Müəllim gündəlik işində çox müxtəlif, bəzən də
gözlənilməz hallarla qarşılaşır. Onların hazır cavabları yoxdur.
Müəllim, bir tədqiqatçı kimi, yaranmış pedaqoji situasiyanı
təhlil edir (diaqnoz), görəcəyi tədbirin nəticələrini layihələşdirir
(proqnoz), müvafiq vasitə və metodları seçib tətbiq edir,
alınmış nəticəni təhlil edib qiymətləndirir.
Görkəmli rus pedaqoqu və psixoloqu P.P.Blonskinin
təbirincə desək, həqiqi müəllim ensiklopedik lüğət yox, Sokrat
olmalıdır. Müasir dövrdə sadəcə bilikli müəllim olmaq azdır;
məktəbə yaradıcı, tədqiqatçı müəllim lazımdır.
Ali məktəb müəllimi pedaqoji fəaliyyətin xüsusiyyətlərini
nəzərə almalı, normativ tələblərlə özünün yaradıcılığını əla-
qələndirməyi bacarmalıdır. Başqa sözlə, ali məktəbdə təlim-
tərbiyə prosesini tənzimləyən ümumi prinsiplər, müddəalar çər-
çivəsində hərəkət etməklə pedaqoji vasitə, metod və priyom-
ların seçilməsinə kortəbii yox, yaradıcı yanaşmalıdır. Hər bir
müəllimin təşəbbüs və yaradıcılıq göstərmək, öz fərdiliyini
ifadə etmək, özünün şəxsi pedaqoji xəttini, üslubunu müəyyən-
ləşdirmək hüququ vardır.
Dostları ilə paylaş: