M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə36/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı 
Müəllimin pedaqoji fəaliyyəti onun şəxsi keyfiyyətlərin-
dən ayrılmazdır. Başqa peşə sahələrindən fərqli olaraq müəlli-
min şəxsiyyəti onun işinə – pedaqoji prosesə bilavasitə təsir 
göstərir. Müəllim, ilk növbədə öz şəxsiyyəti ilə tərbiyə edir. 


61 
Buna görə də o, əsl mənada şəxsiyyət olmalı, kamil şəxsiyyət 
səviyyəsinə yüksəlməlidir. Hələ vaxtilə görkəmli rus pedaqoqu 
və psixoloqu K.D.Uşinski bu məsələdən bəhs edərək yazırdı ki, 
heç bir proqram, dərslik təlim-tərbiyə işində müəllim şəxsiyyə-
tini əvəz edə bilməz: şəxsiyyəti yalnız şəxsiyyət yetişdirə bilər. 
Müəllimin şəxsi keyfiyyətləri çoxdur. Onları bir neçə 
qrupda birləşdirmək olar: 
1. Müəllimin ideya-vətəndaşlıq keyfiyyətləri. Buraya mü-
əllimin ideya inamı, məslək və əqidəsi, vətəndaşlıq yetkinliyi, 
siyasi şüurluluğu, elmi dünyagörüşü, sosial fəallığı, yüksək 
ziyalılığı kimi keyfiyyətlər daxildir. Müəllim yüksək əqidə, 
məslək sahibi, müəllim-Vətəndaş olmalıdır. O, xalqın, vətənin 
problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. 
Xalq şairi B.Vahabzadə vaxtilə ona dərs deyən ədəbiyyat 
müəlliminin Hüseyn Cavid və onun ağır həyatı haqqında ürək 
yanğısı ilə, hətta doluxsunaraq dərs keçməsini xatırlayır. Böyük 
şairin milli-mənəvi ruhda, azərbaycançılıq ruhunda, şair-Və-
təndaş kimi yetişməsində milli qeyrətli, vətənpərvər ruhlu belə 
müəllimlərin rolu az olmamışdır. Bu gün də – müstəqilliyimiz 
dövründə belə müəllimlərə ehtiyac çoxdur. 
2. Müəllimin peşə keyfiyyətləri. Buraya müəllimin dərin 
zehni biliklərə malik olması, yüksək ixtisas və peşə hazırlığı, 
pedaqoji-psixoloji və metodik ustalığı, təlim-tərbiyə işini yüksək 
səviyyədə həyata keçirmək bacarığı, nikbinlik, tələbkarlıq, məsu-
liyyət hissi, pedaqoji mərifət, tələbə psixologiyasına bələdlik, on-
larla düzgün qarşılıqlı münasibətlər qurmaq bacarığı, tələbələrdə 
tədris etdiyi elmə və seçilən ixtisasa maraq yaratmaq bacarığı və s. 
daxildir. Müəllimin ən başlıca keyfiyyəti öz elmini dərindən bil-
məsi və sevməsidir. Haqlı olaraq, biliksiz müəllimi işıqsız lam-
paya, susuz bulağa bənzətmişlər. Tələbələr də müəllimə qiymət 
verərkən onun elmi səviyyəsini birinci yerdə qoyurlar. “Mənim 
sevimli müəllimim” mövzusunda keçirilən sorğuda iştirak edən 
tələbə və magistrlərin 85%-i öz müəllimlərini qiymətləndirərkən 
elmi hazırlığı, elmi sevməsi və sevdirməsini əsas göstərici kimi 


62 
qeyd etmişlər. 
Təcrübə göstərir ki, sevilən fənn bir neçə dəfə tez və 
möhkəm mənimsənilir. Tələbələrin əksəriyyətinin ümumi rəyinə 
görə, öz elmini dərindən bilən, sevən və böyük həvəslə tələbələrə 
öyrədən müəllimlərə – nüfuzlu alimlərə məşğələlərdə “bilmirəm” 
deməyə adam utanır.
Pedaqoji peşəkarlıqla bağlı yüksək qiymətləndirilən digər 
bir keyfiyyət müəllimin tələbələrlə ünsiyyət yaratmaq, onlara 
bir şəxsiyyət kimi yanaşmaq, səmimiliyə, hörmət və tələb-
karlığa əsaslanan münasibətlər qurmaqdır.
Pedaqoji peşəkarlıq müəllimdən bir sıra peşə keyfiyyətləri 
tələb edir: 
Ünsiyyətçilik – tələbənin daxili aləminə nüfuz etməyə 
imkan verir; 
Özünü ələ almaq bacarığı – müəllimə öz hisslərini idarə 
etməyə, özünə nəzarət etməyə imkan verir; 
Təkidlilik – qarşıya qoyulmuş məqsədə çatmağa, prin-
sipial olmağa kömək edir; 
Qarşılıqlı anlaşma – müəllim və tələbə bir-birini başa 
düşməyəndə ünsiyyətdə soyuqluq, bəzən də münaqişə yaranır; 
Qayğıkeşlik – gənclərin qəlbinə qayğı ilə yanaşdıqca on-
lar tərbiyəçi üçün açıq olur; yalnız özünü sevər eqoist müəllim 
yaxşı tərbiyəçi ola bilməz;
Nikbinlik və yumor hissi – kollektivdə nikbin, şən ovqat 
yaratmağa imkan verir. 
Bu keyfiyyətlərlə yanaşı peşəkar müəllim yeni pedaqoji 
təfəkkürə yiyələnməli, idrak və praktik məsələlərin həllinə ya-
radıcı şəkildə yanaşmağı bacarmalıdır, tələbələrdə müstəqil
tənqidi, yaradıcı, dialektik təfəkkürün inkişafı qeydinə qalma-
lıdır. 
3. Müəllimin şəxsi-mənəvi keyfiyyətləri. Buraya ədalət-
lilik, xeyirxahlıq, humanizm, düzlük, doğruçuluq, sadəlik, təva-
zökarlıq, vicdanlılıq, məsuliyyətlilik, mədənilik, pedaqoji etika 
və b. keyfiyyətlər daxildir. Müəllimin şəxsi keyfiyyətləri onun 


63 
təlim-tərbiyə işinə təsirsiz qalmır. Yaxşı müəllim, hər şeydən 
əvvəl, yaxşı tərbiyəçidir, nəcib, alicənab, mədəni insandır. 
Müəllimlik humanist peşədir. Tərbiyənin məqsədi – in-
sanlıq, vasitəsi isə - insana qayğı, hörmət və sevgidir. Huma-
nizm xeyirxahlıqla, ədalətliliklə, tələbkarlıqla vəhdət təşkil 
edir. Ədalət – pedaqoji mədəniyyətin əsasıdır: “Ədalət insan 
qəlbini nəcibləşdirir, ədalətsizlik isə kobudlaşdırır, qəddarlıq 
doğurur” (V.A.Suxomlinski). Buna görə də ədalət ruhu hər 
sahədə, xüsusın pedaqoji işdə hakim olmalıdır. 
Müəllim əxlaqi saflıq nümunəsi olmalıdır, çünki bunsuz 
tərbiyəçi kimi fəaliyyət göstərməyə onun mənəvi haqqı çatmaz. 
Əxlaqi cəhətdən səbatsız insana gənc nəslin tərbiyəsi kimi çox 
məsuliyyətli işi tapşırmaq olmaz, çünki müəllim özündə olma-
yan keyfiyyətləri başqalarına verə bilməz. Buna görə də müəl-
lim tərbiyə işinə özündən başlamalı, müntəzəm olaraq özünü-
tərbiyə ilə məşğul olmalıdır. Müəllim yüksək mədəniyyəti və 
mənəviyyatı ilə gəncləri nəcib şəxsiyyətlər kimi yetişdirə bilər. 
O, özündə zahiri və daxili mədəniyyəti, müsbət əxlaqi keyfiy-
yətləri (düzlük, doğruçuluq, sadəlik, xeyirxahlıq və b.) cəmləş-
dirməli, kamil şəxsiyyət olmalıdır. 
4. Müəllimin iradi-emosional keyfiyyətləri. Pedaqoji fəa-
liyyətin və ünsiyyətin səmərəsi müəllimin iradi-emosional key-
fiyyətlərindən də çox asılıdır. Müəllim iradəli, səbrli, təmkinli 
olmalı, öz hissi-emosional halını idarə etməyi bacarmalıdır
Müxtəlif xarakterli, müxtəlif səviyyəli tələbələrlə işləmək nə 
qədər çətin olsa da müəllim öz hisslərinə, danışığına, hərəkət-
lərinə nəzarət etməli, hər şeydən ötrü əsəbiləşib özündən çıx-
mamalıdır. Əsəbilik, hay-küy, qışqırıq, hədə-qorxu, cəza müəl-
limin pedaqoji səriştəsizliyinin göstəricisidir: qışqırıq, hay-küy 
olan yerdə kobudluq, anlaşılmazlıq, emosional gönüqalınlıq 
olur. Kobudluq kobudluq doğurur. 
Müəllim üçün vacib keyfiyyətlərdən biri də tələbələr ya-
nında nüfuza malik olmasıdır. Dərin bilik, mədənilik və mənə-
viyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu 


64 
qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz mü-
nasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə 
də hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə 
yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.
Əsl müəllim öz elmi səriştəsi, mənəvi saflığı, yüksək mə-
dəniyyəti, insani keyfiyyətləri, düzgün davranışı, humanizmi, ob-
yektivliyi ilə yanaşı, nüfuza xələl gətirən amillərin təsirini də nə-
zərə almalı, danışığında, davranış və münasibətlərində son dərəcə 
diqqətli olmalı, hər sahədə əsl nümunə göstərməlidir. Bu halda o, 
yüksək nüfuz əldə edib, onu daim qoruya bilər. Yüksək nüfuz 
müəllimin pedaqoji ustalığının mühüm göstəricisi və nəticəsidir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin