M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə44/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları 
Təlim prosesinin metodoloji əsasını fəlsəfənin idrak nəzə-
riyyəsi təşkil edir. İdrak dünyanın insan şüurunda əks olunması 
prosesidir. Bu proses üç pillədən keçir: hissi idrak, məntiqi idrak, 
praktika. Dünyanın dərk olunması hissi idrakdan başlayır: hiss 
üzvlərinin köməyi ilə insanda ətraf aləm haqqında duyğular, qav-
rayış və təsəvvürlər yaranır. Bu yolla əldə olunan faktik material-
lar (qavrayış və təsəvvürlər) məntiqi idrakda – mücərrəd təfəkkür-
də təhlil olunur, ümumiləşdirilir. Ümumiləşdirmələrin nəticələri 
anlayışlar və qanunlarda öz əksini tapır. Əgər hissi idrak dünyanın 
obrazlı mənzərəsini yaratmağa kömək edirsə, məntiqi idrak ha-
disə və proseslərin mahiyyətini başa düşməyə, ətraf aləmin qanu-
nauyğunluqlarını dərk etməyə imkan verir. Mücərrəd təfəkkürdə 
çıxarılan nəticələr praktikada yoxlanılır; praktika – biliklərin 
həqiqiliyinin əsas meyarıdır.
Elmi idrakın göstərilən üç pilləsi tədqiqatçı alimin keç-
diyi yoldur. Məsələn, deyilənlərə görə, məşhur fizik İ.Nyuton 
ağacdan başına alma düşəndən sonra ümumdünya cazibə qanu-
nunu kəşf etmişdir. O, hamı kimi, idrakın birinci – hissi pilləsi 
ilə kifayətlənməmiş, almanın nə üçün göyə qalxmayıb yerə 
düşdüyünü müəyyənləşdirmək üçün idrakın ikinci pilləsinə – 
məntiqi idraka keçmiş, təhlil və ümumiləşdirmələr əsasında 
belə nəticəyə gəlmişdir ki, yer cazibə qüvvəsinin təsiri ilə al-
manı özünə çəkir. Sonra bu nəticəni praktika yolu ilə yoxlayıb 
cazibə qanununu müəyyən etmişdir. 
Bütün qanunauyğunluqların həqiqiliyi praktika yolu ilə 
öyrənilir və bu əsasda elm qanunları müəyyən edilir. Görəsən, tə-
limdə tələbə (şagird) də tədqiqatçı alimin yolu iləmi gedir? Alimin 
və tələbənin fəaliyyətində oxşar və fərqli cəhətlər nədən ibarətdir? 
Təlim prosesi də idrakın bir növüdür. Tələbənin (şagir-


78 
din) öyrənmə yolu bir çox cəhətdən idrak yoluna əsaslanır: o da 
hissi idrak yolu ilə ətraf aləmi qavramalıdır, qavradıqlarını mü-
cərrəd təfəkkür yolu ilə dərk etməli, anlamalıdır, nəhayət, bilik-
lərini praktikaya tətbiq etməlidir. Alimdən fərqli olaraq tələbə 
keçilən bilikləri unutmamaq üçün vaxtaşırı təkrarlamalıdır. 
Deməli, alimin elmi idrak yolu ilə tələbənin təlim yolu arasında 
oxşarlıq vardır. Bunu sxematik olaraq nəzərdən keçirək.
İdrak yolu Canlı müşahid mücərrəd təfəkkür praktika 
Təlim yolu Qavrama anlama tətbiqetmə
möhkəmlətmə 
Göründüyü kimi, tələbənin təlim (öyrənmə) yolu idrak 
yoluna müvafiqdir. Lakin onunla tam eyni deyildir; müəyyən 
fərqli cəhətləri, özünəməxsus xüsusiyyətləri vardır. Bu fərqi 
idrak məqsədində (alim yeni qanunları üzə çıxardır, tələbə isə 
elmə məlum olan bilikləri öyrənir), idrak pillələrinin sistemində 
(elmi idrakdan fərqli olaraq təlimdə pillələrin ardıcıllığı dəyişir, 
möhkəmlətmə pilləsinə ehtiyac duyulur), idraka rəhbərlik işin-
(alimdən fərqli olaraq tələbənin idrak fəaliyyəti müəllimin 
rəhbərliyi altında gedir) və s. özünü göstərir. 
Təlim prosesində müəllim bu xüsusiyyətləri nəzərə al-
malı, tələbənin idrak fəaliyyətinin tədricən elmi idraka yaxın-
laşması üçün şərait yaratmalıdır. Təlim elə qurulmalıdır ki, tə-
ləbə idrakın bütün pillələrindən keçsin: müşahidələr etsin, təhlil 
və ümumləşdirmələr aparsın, problemləri həll etsin, nəzəri 
biliklərini praktikaya, həyata, çalışmalara tətbiq etsin, müstəqil 
və yaradıcı düşünsün və fəaliyyət göstərsin. Başqa sözlə, tə-
limdə canlı müşahidə, mücərrəd təfəkkür və praktikanın vəhdəti 
təmin edilməlidir. Yalnız bu şərtlə biliklərin şüurlu, əsaslı və 
möhkəm mənimsənilməsi mümkündür. 


79 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin